Dünyada baş verən bir çox regional mübarizənin, vətəndaş müharibələrinin və ya qarşıdurmaların mənbəyində fərqli irqlər arasında davam edən düşmən münasibətləri durur. Bir çox ölkədə hələ də davam edən və çoxsaylı insanın ölümü ilə nəticələnən ağ irqin qara irqə qarşı təcavüzkar siyasətinin səbəbi məhz "soy qoruyuculuq", yəni "irqçilik"dir. Bu anlayış özündə bir irqin digərindən fiziki və ya savad baxımından üstün olmasını, üstün olanın digərinə qarşı mərhəmət, hörmət, sevgi bəsləməsinin lüzumsuz olduğunu, hətta ikisinin bir yerdə olmasının belə səhv olacağı ehtiva edir. Halbuki bu, son dərəcə yanlış və qeyri-insani bir yanaşma tərzidir. Çünki bu anlayışa görə fərqli xalqların var olmalarına ehtiyac yoxdur və bütün "fərqli olanlar" aradan qaldırılmalıdır.
Belə bir anlayışın isə bütün dünyanı sonsuz bir qarşıdurmaya sürükləyəcəyi məlumdur. Quran əxlaqında isə fərqli xalqların və qəbilələrin yaradılmasının səbəbi "insanların bir-birləri ilə tanış olmaları" şəklində bildirilmişdir. Bu müxtəliflik Allahın yaratdığı bir gözəllikdir. Bir insanın uzun boylu, digərinin qısa boylu olması, bir adamın bədəninin ağ, digərinin sarı və ya qara rəngdə olmasının heç bir əhəmiyyəti yoxdur. Bunlar Allahın təqdir etməsi ilə olmuşdur və hər bir yaradılışda çox böyük gözəlliklər, hikmətlər və incəliklər var. Bir adamın fərqli rəngə, ya da fərqli fiziki xüsusiyyətlərə malik olması o adama nə bir üstünlük verər, nə də digərlərindən aşağı bir mövqeyə qoyar. İnsanlar arasındakı yeganə üstünlük Allaha olan yaxınlıqdır. İman sahibi bir adam yeganə üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imandakı üstünlüklə olduğunu çox yaxşı bilir. Allah Hucurat surəsində bu həqiqəti belə bildirir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Ancaq irqçiliyin keçmiş illərdə olduğu kimi indiki zamanda da bu qədər şiddətlənməsinin səbəbləri arasında özünə fikri bir dayaq tapması ilə əlaqədardır. Bir vəhşilik olaraq qarşımıza çıxan irqçi anlayışın guya elmi bir dayağı vardır. Bu elmi dayaq Darvinin təkamül nəzəriyyəsidir. Təkamül nəzəriyyəsinin adını eşidənlər bunun yalnız biologiyanın bir sahəsinə aid olduğunu və öz həyatları baxımından bir əhəmiyyət daşımadığını düşünə bilərlər. Halbuki həqiqətdə təkamül nəzəriyyəsi bioloji bir anlayışından uzaq olan, geniş kütlələri təsiri altına alan irqçilik kimi yanlış fəlsəfələrin də infrastrukturunu meydana gətirir.
İrqçiliyin "elmi dayağı”
Darvinin nəzəriyyəsi ilk dəfəortaya çıxdığı zaman bu nəzəriyyə elm adamları tərəfindən qəbul olunmamışdı. Xüsusilə qalıq üzərində araşdırma aparan alimlər onun bu iddiasının xülyalardan başqa bir şey olmadığının fərqinə varmışdılar. Ancaq buna baxmayaraq, Darvinin nəzəriyyəsi zamanla özünə daha çox dəstək tapdı. Çünki Darvin bu nəzəriyyəsi ilə XIXəsrin hakim dairəsiniəvəzolunmaz bir bəhanə ilətəmin etmişdi.
Təkamül fikri Darvinin “Növlərin Mənşəyi” adlı kitabı ilə məşhurlaşanda avropalılar da digər qitə və mədəniyyətlərə bunu yaymağa davam edirdilər. Başda İngiltərə və Fransa olmaqla, Avropalı dövlətlər Cənubi Asiyanın böyük hissəsini, Afrikanın demək olar ki, bütün hissəsini və Latın Amerikasının bir qismini müstəmləkəyə çevirməklə məşğul idilər. Şimali Amerikada isə qırmızıdərililərin qırğını davam edirdi. Qısacası, XIX əsrin ikinci yarısında qərblilər digər mədəniyyətləri yağmalayırdılar. Heç bir hüquqları olmadığı halda bir ölkəni zorla ələ keçirir, sonra bu ölkədəki insanları təzyiq altına alır və ölkənin qaynaqlarını ələ keçirirdilər. Buna görə də Qərb etdiyi cinayətləri qanuniləşdirmək məcburiyyətində idi. Məhz Darvinizm bu məqamda imperialistlərə böyük bir fürsət təqdim etdi. Bu nəzəriyyə ilə birlikdə istismar edilən xalqların "bir heyvan növü" olduqları düşüncəsinə elmi bir dayaq göstərmək mümkün olmuşdu.
Darvin 1871-ci ildə nəşr olunan “İnsanın Mənşəyi” adlı kitabında öz nəzəriyyəsinin insan haqqındakı bölməsini açıqladı.Bu kitabda insanın meymunlarla ortaq bir atadan meydana gəlmə nəzəriyyəsi irəli sürülürdü. Ancaq Darvinin maraqlı bir düşüncəsi vardı. Onun düşüncəsinə görə bəzi irqlər digər insanlara görə daha çox təkamülləşmiş və irəliləmişlər. Bəzi irqlər isə hələ də demək olar ki, meymunlarla eyni səviyyədə idi.
Darvinin nəzəriyyəsinin əhəmiyyətli bir istiqaməti daha vardı. Darvin canlıların və insanların inkişafını "həyat mübarizəsi" anlayışı iləəsaslandırırdı. Onun fikrinə görətəbiətdə mərhəmətsiz bir həyat mübarizəsi, daimi bir qarşıdurma var. Güclülər hər zaman zəiflərə qalib gəlir və inkişaf da bu sayədə mümkün olurdu.
Darvin həyat mübarizəsi anlayışının insan irqləri arasında da olduğunu qarşıya qoydu. “Növlərin Mənşəyi” kitabına qoyduğu alt başlıq isə onun insanlığa qarşı irqçi baxışını bir daha sübut etdi: "Növlərin Mənşəyi Təbii seçmə və Həyat Mübarizəsində qalib gəlmiş üstün İrqlərin Qorunması Yolu ilə".
Darvinə görə üstünirq Avropalı ağ adam idi. Asiyalı, ya da Afrikalı irqlər isə həyat mübarizəsində geri qalmışdılar. Darvin düşüncələrində daha da irəli gedərək bu irqlərin mübarizəni tamamilə itirəcəklərini də söyləyirdi:
Bəlkə dəəsrlər sürməyəcək. Yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcək və onların yerinə keçəcək. Digər tərəfdən, insanabənzər meymunlar da. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. 1
Darvinin bu ifadələrindən onun bir irqçi olduğu aydın olur. Avropalıların dünyanın digər irqlərindən üstün olduğunu və onları zamanla kölələşdirib yox edəcəklərini düşünürdü. Darvinin irəli sürdüyü təkamül qaydasının cəmiyyətlərə tətbiq olunması ilə inkişaf edən bu nəzəriyyə İctimai Darvinizm olaraq adlandırıldı və həm imperializmin, həm də irqçiliyin ən böyük dayağına çevrildi. İctimai Darvinizmin ən geniş yayıldığı ölkələrdən biri isə Almaniya oldu.
Nasistlər və Darvinizm
Neo-Nasistlərin Darvinin təkamül nəzəriyyəsindən ilham almaları təsadüfi deyil. Çünki Darvinizm əvvəldən Nasist ideologiyasının ayrılmaz tərkib hissəsi idi.
Nasizm I Dünya müharibəsində məğlub olan Almaniyada meydana gəldi. Nasizm Partiyasının lideri ehtiraslı və təcavüzkar bir şəxsiyyətə sahib olan Adolf Hitler idi. Hitlerin dünyagörüşünün əsasını isə irqçilik təşkil edirdi. Hitler Alman millətinin əsl ünsürünü meydana gətirən ariçiliyin bütün irqlərdən üstün olduğuna və onları idarə etməyə layiq olduğuna inanmışdı. Ariçiliyin yaxında min illik bir dünya imperiyası quracağını xəyal edirdi. Hitlerin bu irqçi nəzəriyyələrinə tapdığı elmi dayaq isə Darvinin təkamül nəzəriyyəsi idi.
Hitlerin fikirlərinə dəyər verənlərdən biri də Alman tarixçisi irqçi Heinrich von Treitcshke idi. Treitcshke Darvinin təkamül nəzəriyyəsindən bəhrələnərək irqçi fikirlərində Darvinizmə əsaslanırdı. "Xalqlar ancaq Darvinin həyat mübarizəsinə bənzər bir rəqabətlə inkişaf edə bilərlər" deyirdi. Treitcshkenin digər bir ifadəsi isə onun digər irqlərə baxışını aşıq şəkildə göstərirdi:
Sarı xalqlar sənət qabiliyyətlərindən və siyasi azadlıq anlayışından məhrumdurlar. Qara irqlərin vəzifələri isə ağlara xidmət etmək və sonsuza qədər ağların qorxularına tuş gəlməkdir. Çünki köməkçilərolmadan heç bir mədəniyyət var ola bilməz. 2
İctimai Darvinizmin faşist şərhçisi və Darvinizmin və Nasizmin inkişafında böyük rolu olan Friedrich Nietzschenin Darvini mənimsəməsi ilə ilk əhəmiyyətli addımlarından birini atmışdı. Nietzsche insanların bir çoxunu "kölə əxlaqı"na uyğun səfillər olaraq görür, ancaq aralarındakı az sayda bir qrupun "üstün insan" olduğunu düşünürdü. Bu ayrı-seçkilik irqlər arasında da var idi: irqlərin çoxu səfil idi, ancaq biri "üstün irq" idi. Bu xüsusiyyətlərin meydana gələ bilməsi üçün də daimbir döyüş və mübarizənin lazım olduğuna inanırdı. Döyüşün zəruri olaraq həyata keçən bir pislik olaraq deyil, irqlərin və ya millətlərin inkişafını təmin edən bir yaxşılıq hesab edilməsi Nietzschedən sonra hər cür irqçiliyin və milliyətçiliyin də əsas inanclarından birinə çevriləcəkdi. Nietzschenin aşağıdakı sözü də bu yanaşmanı çox açıq şəkildə ifadə edir:
Vicdandan, mərhəmətdən, bağışlamadan, insanların bu daxili zülmlərindən xilas olun: zəiflərətəzyiq göstərin, cəsədləri üzərindən yuxarıya dırmaşın. 3
Bu sözlərdən də aydın olur ki, dinsiz bir quruluşun meydana gətirdiyi məntiqi pozulmalar sərhədsizdir. Bu ifadələrdə Allah qorxusu olmayan insanların zalımlıqda, insaniyyətsizlikdə, eqoizmdə, qısacası hər cür şeytani xüsusiyyətdə nə qədər irəli gedə biləcəkləri görünür. Hitler də nəzəriyyələrini inkişaf etdirərkən Darvinin həyat mübarizəsi fikrindən ilham alırdı. “Döyüşüm” adlı məşhur kitabını bu həyat mübarizəsi fikrindən ilham alaraq yazmışdı. Darvin kimi Hitler də Avropalı olmayan irqləri meymunlarla eyni səviyyədə tutur və belə deyirdi:
Şimali Avropa almanlarını insanlıq tarixindən çıxarın, geridə meymun rəqsindən başqa bir şey qalmayacaq. 4
Nasistlərin təkamülçü görüşlərinin təməlində "yevgenika" anlayışı dururdu. “Yevgenika” şikəst və xəstə insanların seçilib ayrılması və sağlam fərdlərin çoxaldılması yolu ilə bir insan irqinin "islah edilməsi" mənasını verirdi. Bu nəzəriyyəni ortaya atanlar isə Darvinistlər idi: Charles Darvinin oğlu Leornard Darvin və əmisi oğlu Francis Galton. Yevgenikanı Almaniyada ilk olaraq mənimsəyən adam isə məşhur təkamülçü bioloq Ernst Haeckel oldu. Haeckel Darvinin yaxın dostu idi və ona daim yeni ideyalar verirdi. Bunlardan biri də şikəst körpələrin vaxt itirmədən öldürülməsi, beləcə təkamülünün sürətləndirilməsi idi. Haeckelin bir başqa fikri isə ruhi xəstələrin, cüzam, xərçəng xəstəliyinə tutulanların öldürülmələrinin vacib olması idi. Bu insanlar öldürülmədikləri halda cəmiyyətə yük olacaqlarını düşünürdü.
Hitler iqtidara gəldikdən sonra Haeckelin fikirlərini öz rəsmi siyasətinə çevirdi. Ruhi xəstələri, şikəstləri, anadangəlmə korları və irsi xəstəliklərə mübtəla olanları xüsusi mərkəzlərdə toplayırdılar. Bu yanlış anlayışa görə Alman irqinin saf hissəsini və guya təkamül irəliləyişini pozan bu insanlara parazitlər kimi baxılırdı. Belə ki, bir müddət sonra cəmiyyətdən mücərrəd olunan bu insanları Hitlerdən gələn gizli bir təlimatla öldürməyə başladılar.
II Dünya müharibəsində məğlub olan Nasist imperiyası özündən sonra milyonlarla günahsız insanın qanının axıdılmasına səbəb oldu. Nasist ideologiyasına zəmin hazırlayan ictimai Darvinizm düşüncəsi yaşamağa davam edirdi. Hitlerdən sonrakı illərdə isə Darvinin bir başqa sözü Nasistlər arasında çox böyük əhəmiyyət qazandı. Neo-Nasistlər türklərə qarşı cəhdlərində onun bu sözündən güc alırdılar. Darvin W. Grahama 3 İyul 1881 tarixli məktubundatürklərə qarşı irqçi yanaşmasını belə ifadə edirdi:
"Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməyə davam etdiyini sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildikdə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri olan mədəni irqlər, həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdilər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdıqda, bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən məhv ediləcəyini (yox ediləcəyini) görürəm." 5
Darvinin türklərə qarşı yönəltdiyi bu ifadəsi xüsusilə də son on ildə Avropada geniş yayılan irqçi hərəkatlara dayaq təmin edirdi. Buna görə "Türklərə qarşı edilən hər cür hücum təkamül müddətinin işləməsinə bir kömək məqsədi daşıyırdı və mədəni irqlərin inkişafına fayda verəcəkdi".
Nasizm Avropada hələ də çox güclüdür
Son zamanlarda qəzetlərdə tez-tez Neo-Nasistlərin Avropada güclənmələri, nümayiş etmələri ilə əlaqədar xəbərlər oxuyuruq. Üstəlik hərəkatları edən qruplar bu dəfə həm iqtidardakı hökumətlərdən, həm yaxın olduqları partiyalardan, həm də öz xalqlarından çox böyük dəstək görürlər. Məsələn, yalnız Almaniyada Neo-Nasist adlandırılan gənclərin sayı 60 mini keçmişdir. Bu gənclərə simpatiya ilə baxan almanların sayı 10 milyona yaxındır. Bu gün Almaniyada 5-dən çox qanuni olaraq qurulmuş Nasist partiyası var. Hollandiya, İsveç və Fransa kimi ölkələrdə də irqçi cərəyanlar daim güc qazanır və hər ölkədə yaşayan azlıqlar üzərində onların (xüsusilə də, Şimali Afrika mənşəli müsəlmanlar və türklər üzərində) qaranlıq təsirləri görülür.
Bizim yaxın tariximiz də bu kimi kədərli hücumlarla, geridə qalan gözü yaşlı ailələrlə doludur. Məsələn, istər Almaniyada, Hollandiyada, istərsə də digər Avropa ölkələrində çox yaxın tarixlərdə türklərə qarşı buna bənzər cəhdlər də olundu. Xüsusilə də Almaniyada türklərə qarşı çox şiddətli bir düşmənlik dalğası hər keçən gün daha da artır. Yaxın zamanda həyata keçirilən bu hadisələrdən bir neçəsini bir az daha geniş olaraq xatırlamaqda fayda var. Alman Neo-Nasistləri 1992-ci ilinnoyabr ayında türkləri hədəf seçərək Mölln şəhərində qırğın etmişdilər.Bu hadisədən sonra 1993-cü ilinmay ayında Solingen qırğınında beş türkün Neo-Nasistlər tərəfindən yandırılması ilə Möllndəki səhnələr Solingendə yenidən yaşandı. Hadisənin türk düşmənçiliyindən qaynaqlanan irqçi bir hücum olduğu açıq idi. Hətta San Francisco Examiner qəzetinin 1 Aprel 1997 tarixli sayında dərc olunan xəbərdə: "Solingendəki hücum alman tarixinin Nasist dövründən bu yana ən qanlı irqçi hücumudur" deyilirdi.
Yenə də eynidövrlərdə (1997) Heigerseelbachdabaş verənbiryanğındaisə birtürkbirincimərtəbədəki evininpəncərəsindən özünü küçəyə atmış və yaralanmışdı. Polismənzilinarxasında çəkilmiş haldasvastika şəklinin çəkildiyiniaşkaretmişdi. Buhadisələrlə bərabərDetmolddameydanagələnhadisədə bıçaqvə beysbol çubuqları ilə silahlananiçkili əsgərlər "Türklərçölə" şüarı ilə nümayiş etmiş və ikitürkə hücumetmişdilər. Buna bənzərhücumlardansonradahadisə yerininyaxınlarındasvastikalı xaç şəkillərinə rastgəlinirdi.
BundanbaşqaHollandiyanınLahey şəhərində türklərə qarşı birhücumyenidənhəyatakeçirildi. Buhücumdadabirtürkqadınvə beş uşağı öldürüldü. Türklərtərəfindəntəşkiledilənyasmərasimindənsonraonlarınevinə svastikalıxaç şəkli çəkilmiş imzasıztəhdidməktubları gəldi. Məktublarda ölümtəhdidləriyer alırdı. Bununlabərabər, ölümlə nəticələnməyən, ancaqböyük maddivə mənəvizərərlərə səbəbolanhücumlarda dayanmaqbilmirdi. Məscidləryağmalanır, evlərinvə məktəblərin şüşələriqırılır, insanlaraqarşı təcavüzləredilir, gənclərarasındadöyüşlərvə yaralanmalarbitməkbilmirdi. Ancaqnə səbəbdənsə buqeyri-insanihadisələrə heç kimqarşı çıxmırdı. Heç kimbuməsələnikökündənhəlləretmək üçüncəhdetmirdi.
Hücumlar Almaniya və Hollandiya ilə məhdudlaşmır
Yaxın tariximiz dünyanın bir çox yerində türk soyuna mənsub insanların məruz qaldığı qeyri-insani təcavüzlərlə doludur. Məsələn, 80-ci illərin əvvəllərində Bolqar türklərinin uğradığı zülm və assimilyasiya buna misal ola bilər. Bolqarıstandakı soydaşlarımızın adlarının və soyadlarının zorladəyişdirilməyə çalışılması, türkcə danışmağın qadağan edilməsi də bu qəbildəndir. Burada yaşayan 2 milyon türkün ibadət azadlıqları əllərindən alınmış, məscidlərə getmələrinə qadağa qoyulmuşdu. Türk məktəbləri bağlanmış, üstəlik bu metodlara qarşı müqavimət göstərənlər ölümə cəzası ilə cəzalandırılmışlar. Amma bu gün insan haqlarının müdafiəçisi kimi tanınan və hər fürsətdə Türkiyəni tənqid edən Qərb dünyası bütün bunlara qarşı səssiz qalmışdır. Bu ayrı-seçkiliyin səbəbi Avropaya keçmişdən miras qalan irqçilikdır.
Digər tərəfdən, Sovet Rusiyasının zamanında da Rusiya Federasiyasına daxil olan türklər assimilyasiyaya uğramışlar. Sovet Rusiyası bu məqsədlə türkləri müxtəlif bölgələrə yerləşdirmiş və əlaqələrini tamamilə kəsmişdir. Eynilə Stalin dövründə də Türkiyə ilə sərhəd bölgədə yaşayan Axıska türkləri ərazilərindən çıxarılaraq Sibir başda olmaqla Sovet İmperiyasının müxtəlif yerlərinə yerləşdirilmişlər. Yerlərinə isə xristian olangürcülər gətirilmişdir. Rusiyanın Qafqaz siyasətindəki əsas məqsədi Türkiyə sərhədində xristian gürcü və ermənilərdən ibarət olan bir başqa xalq meydana gətirərək Türkiyənin türk dünyası ilə əlaqəsini kəsmək idi. Başqa ərazilərdən Qafqaza ermənilər immiqrant olaraq gətirilmiş, süni bir Erməni dövləti yaradılmışdır. Azərbaycan və Naxçıvan arasındakı ərazi ermənilərə verilərək bu iki bölgənin əlaqəsi kəsilmişdir. Ruslar türkləri mədəniyyətlərindən qoparmaq və aralarındakı Türk birliyini pozmaq üçün əlifbalarını dəyişdirmişdir. Əvvəl ərəb əlifbası istifadə edən türkləri latın əlifbası istifadə etməyə məcbur etmişlər.
Almaniya Hitlerin İzi ilə
Hitler və Mussolini kimi faşist liderlərin tarixin dərinliklərinəgizlədilməsi onların müdafiə etdikləri fikirlərin də yox olduğu mənasını vermir. Bu gün onların düşüncələrini özlərinə nümunə götürən bir çox təşkilat Avropa ölkələrində fəaliyyətdədir. Xüsusilə də son illərdə Avropanın bir çox ölkəsində irqçi və faşist hərəkatları baş qaldırmışdır. Bu hərəkatların başında isə Almaniyadakı Neo-Nasistlər durur.
Neo-Nasistlərin internet səhifələrində isə məşhur bir adamın adı və ondan əldə edilən əhəmiyyətli məlumatlar yer alır. Bu Charles Darvinin adıdır. Çünki Darvinin düşüncələri irqçi Neo-Nasistlərlə çox böyük bir paralellik təşkil edir. Darvinin türkləri "aşağı irq" olaraq qiymətləndirməsi ilə Neo-Nasistlərin ifadələri arasında heç bir fərq yoxdur. Məsələn, bir neo-Nasist saytında türklərə qarşı bu ifadələr yer tutmuşdur:
"Məsələn, mən də bu gün əlimdə olsa türklərin böyük hissəsini qaz ocaqlarında görməyi istəyərəm." 6
Neo-Nasistlərin internet səhifələrində türk düşmənçiliyi mövzusunda Darvinin Türk Milləti haqqındakı əsassız və ağılsız iddialarına xeyli yer verilir. Beləcə, Hitlerin və o dövrün irqçilərinin etdikləri kimi, Türk düşmənçiliklərinə guya elmi bir izah gətirirlər. Nəticədə, yuxarıda saydığımız bu hadisələr dünyadakı irqçi hərəkatların yalnız çox kiçik bir hissəsidir. Ancaq bu hərəkatların mütləq qarşısı alınmalı, günahsız insanların yalnız rəngləri və irqləri səbəbindən soyqırıma məruz qalmalarına son qoyulmalıdır. Bu qeyri-insani hərəkətlərin qarşısının alınmasının yeganə yolu isə bu ideologiyalara zəmin gətirən fikirlərin etibarsızlığını ortaya qoymaqdır. Çünki insanların, ya da kiçik qruplaşmaların önünə keçməklə bu kimi hadisələri dayandırmaq mümkün deyil. Bu bataqlıq qurudulmadığı müddətdə eyni fikirlər mütləq yenidən həyata keçiriləcək. Bu həqiqətdir. Bu səbəbdən faşizmin fikri dayağı olan Darvinist anlayışın müasir elm işığında çökdürülməsi ilə irqçi hərəkatların də sonu olacaq.
ƏDƏBİYYAT
1. Charles Darwin, İnsanın Türeyişi, Ankara: Onur Yayınları, 7.b., Nisan 1995, ss.199-200
2. Burns, Çağdaş Siyasal Düşünceler 1850-1950, s.446; Allaeddin Şenel, Irk ve Irkçılık Düşüncesi, Ankara: Bilim ve Sanat Yayınları, 1993, s.61
3. Aliyev İzzetbegoviç, Doğu ve Batı Arasında İslam s. 97
4. Carl Cohen, Communism, Facism and Democracy, New York: Random House Publishing, 1967, s.408-409
5. Francis Darwin, The Life and Letters of Charles Darwin, cilt 1. New York, D. Appleton and Company, 1888. ss. 285-86 )
6. http://chefsseite.tsx.org/