Peyğəmbərimiz (səv) təbliğ edərkən, bir şeyi açıqlayarkən, dua edərkən Allahı təsbeh edər, Onu ən gözəl adları ilə ucaldardı. Allah Peyğəmbərimizin (səv) insanları da bu gözəl rəftara dəvət etməsini belə əmr etmişdir:
De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız hər halda, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (İsra surəsi, 110-111)