Darvinistlərin təxminən 150 ildir izah etdikləri hekayələrin doğruluğunu isbatlaya bilmələri üçün, məsələn Sibir canavarlarının bu günki hallarını alana qədər keçdikləri sözdə təkamül mərhələlərin izlərini göstərmələri şərtdir. Sibir canavarlarının gözlərini, dişlərini, burunlarını necə qazandıqlarını, kəllə strukturlarının necə günümüzdəki halına gəldiyini dəqiq tapıntılarla açıqlamaları lazımdır. Üstəlik bunu bütün canlılar üçün edə bilmələri lazımdır. Nə var ki, Darvinistlər Sibir canavarları və ya hər hansı bir başqa canlı üçün belə elmi bir şərh heç bir zaman edə bilməzlər. Xəyali sxemlər, hipotetik illüstrasiyalar, gerçəyi əks etdirməyən rekonstruksiyalar xaricində bir şey təqdim edə bilməzlər. Qalıqlar kimi konkret tapıntılar isə, Sibir canavarlarının həmişə Sibir canavarı olaraq var olduqlarını göstərmişdir.