Dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin ortaya çıxdığı, insanların etdikləri əməllərlə sınandığı, iman gətirənlərin və inkar edənlərin sınanıb imtahan edildiyi müvəqqəti bir məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah imtahanın bir gərəyi olaraq iman edənlərə qarşı inkarçı və günahkar düşmənlər yaratmışdır. Dəccal hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan, Peyğəmbərimizin hədislərində bildirdiyinə görə hz. İsanın təkrar yer üzünə gəlişinin gözlənildiyi dövrdə, yəni axır zamanda çıxacaqdır.
Dəccal ərəb mənşəli bir sözdür, "dəcl" sözündən törəmişdir. Lüğəvi mənasına görə Dəccal, "yalançı, hiyləgər, zehinləri, könülləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi örtüb həqiqi üzünü gizlədən, hər yeri gəzən müfsid (nifaq salan, pozan, daha pis edən) və məlun (Lənətlənmiş, qovulmuş)" bir varlıqdır.
Hədislərdə Dəccal axır zamanda (dünyanın son dövrlərində) ortaya çıxan ən böyük mənfi qüvvə olaraq təsvir edilmişdir. Axır zaman kimi fövqəladə hadisələrin reallaşdığı bir dövrdə Allah’ın elçisinin əleyhində şeytanın sistemini hakim etməyə çalışan Dəccal tarixin, bəlkə də, ən azğın inkarçılarından biridir. Peyğəmbərimiz (səv) Dəccalın fitnəsinin böyüklüyünü belə təsvir etmişdir:
"Adəmin yaranmasından qiyamətə qədər keçən zaman içərisində Dəccaldan daha böyük bir hadisə yoxdur. "[1]
Rəvayətlərə görə, Dəccal doğrunu yanlış, yanlışı doğru, yaxşını pis, pisi yaxşı göstərən bir fitnəkardır.
"Şübhəsiz, onun ətrafında bir cənnət və bir cəhənnəmin (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi bir cənnət, cənnəti də bir cəhənnəmdir."[2]
Hədisdə də ifadə edildiyi kimi, onun çağırdığı gözəl görünən hər şey insana fəlakət gətirəcək bir zərərdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə əslində, onların yaxşılıqları və mənfəətləri üçündür. İnsanların bəziləri hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (səv) sünnəsinə görə dəyərləndimədikləri üçün Dəccalın çağırdığı şeylərə aldanaraq ona tabe olacaq və Allah’ın fitrətindən qəflət içində üz çevirəcəklər. Bunun nə qədər böyük bir yanlış olduğunu isə Dəccalın səbəb olduğu zülmlərin nəticəsində başa düşəcəklər. Buna görə də, Peyğəmbərimiz (səv) insanları xəbərdar etmiş və Dəccalın pis olaraq göstərdiyi şeyin yaxşı olduğunu bilərək lazimi addımların atılmasını bildirmişdir:
"Dəccal çıxanda onunla birlikdə su və od vardır. İnsanların su olaraq gördüyü yandırıcı bir atəşdir. İnsanların odolaraq gördükləri də soyuq və şirin bir sudur. Sizdən hər kim bunu idrak etsə odu seçsin, özünü oda atsın. Əslində, o, şirin və gözəl bir sudur." [3]
Qaynaqlar:
[1] Tirmizi, s. 82; Müslim, Fiten: 126
[2] İbni Əbi Şeybe, Musannef, Fiten: 5, 8/5912 İbni Macə, 4075, 4076; Tirmizi, Fiten: 59, nömrə. 2240, 4/510
[3] Müslim, Böyük FitnəMəsihi Dəccal, Saim Güngör, səh 13