Safvan b. Mihranı Cemmaldan: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "Allaha and olsun ki, Mehdiniz aranızdan qeybə çəkildiyi zaman İÇİNİZDƏN BƏZİ CAHİLLƏR DEYƏCƏK Kİ, ALLAHın ALİ MƏHƏMMƏDə (HZ. MEHDİ (Ə.S.)-a) EHTİYACI YOXDUR. SONRA O, YER ÜZÜNƏ PARLAQ ULDUZ KİMİ DÖNƏCƏK, yeri zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq." (Kamal-ud Din, c. 2, s. 341)
Hz. Mehdi (ə.s.) zühur etdiyi zaman insanlar onu dərhal tanımayacaq, həyatının müəyyən bir zamanı gizli, qeybə çəkilmiş olaraq (həbs, böhtan, zülm və təzyiq altında keçirəcəyi dövrlər) və kim olduğu məlum olmadan keçəcək. Belə ki, Hz. Mehdi (ə.s.) insanlar arasında gəzəcək, onların qarşısında oturacaq, onların arasında yaşayacaq, onlarla danışacaq, insanlarla əlaqədə olacaq. Ancaq insanlar Sahib-üz Zamanı, Əsrin Vəlisi olan Hz. Mehdi (ə.s.)-ı tanımayacaqlar. Bu dövr insanların bu vəziyyətindən faydalanan və dini öz mənfəətlərinə uyğun, Qurana uyğun olmayan tərzdə açıqlayan bəzi cahillər meydana çıxıb, Hz. Mehdi (ə.s.)-ın zühuru üçün lazım olan hər cür şərt və əlamət meydana gəldiyi halda onun bu əsrdə çıxmayacağı, onun zühuruna ehtiyac olmadığı kimi həqiqətə uyğun olmayan iddialar irəli sürəcəklər. Bu şəkildə həm Hz. Mehdi (ə.s.)-ın zühurunu, həm də İslam əxlaqının bu əsrdə Allahın izni ilə reallaşacaq olan hakimiyyətini ört-basdır etməyə çalışacaqlar. Ancaq Hz. Mehdi (ə.s.) parlaq ulduz kimi bir anda zühur edəcək, yer üzündə ədalət və bərabərliyi bərpa edəcək.