Bütün müsəlman dünyasının həyəcanla gözlədiyi mübarək Ramazan ayı ilə şərəflənirik. Bütün möminlər bu mübarək ayda oruc tutaraq Rəbbimizn Quranda fərz buyurduğu ibadəti yerinə yetirəcək. Hər günü bayram olan, möminlərə şəfa və fərahlıq verən Ramazan ayı Allah’ın rizasını qazanmaq üçün mühüm bir vəsilədir.
Ancaq bu Ramazan ayında müsəlman qardaşlarımızın daha fərqli düşünməsi və yaşadığımız dövrün önəmini yaxşı qavraması lazımdır. Yaxın Şərqdə müsəlmanın müsəlman qanı tökdüyü, fitnə və fəsadın artdığı bir dövrdə müsəlman qardaşlarımızın birlik və bərabərlik içində hərəkət etmələri lazımdır. Günlük və müvəqqəti problemlərimizi bir kənəra qoyub başda İslam dünyası olmaqla bütün dünyanın problemlərini həll etmək və axan qanı durdurmaq üçün ilahi oyanış vacibdir. Sadəcə Ramazan ayının bərəkətindən və gözəlliyindən bəhs etmək, zəkat və ya qonşulara yardımın önəmini vurğulamaq, müsəlmanların düşdüyü fitnəni həll etmək üçün yetərli deyil. Əlbəttə ki, bunlar Allah’ın müsəlmanlara fərz buyurduğu mövzulardır. Ancaq ən önəmli və vacib məsələ Allah’ın bizə Quranda fərz buyurduğu həqiqi İslam axlaqının və bu əxlaqa paralel olaraq sevginin bütün dünyaya yayılmasıdır. Bu səbəbdən bütün iman gətirənlərin dünyaya və yaşanan problemlərə öz kiçik dünyalarından çıxıb çox böyük miqyasda baxmaları lazımdır.
Suriyada vətəndaş müharibəsi nəticəsində 200 minə yaxın insan qətl edildi və 3 milyondan çox insan başqa ölkələrə köç etmək məcburiyyətində qaldı. Türkiyə başda olmaqla bir çox qonşu ölkə müharibədən qaçan məcburi köçkünlərə qucaq açdı. Lakin Suriyada hələ də milyonlarla müsəlman uşaq və qadın aclıq və yoxsulluq çəkir.
Son aylarda ortaya çıxan və guya İslam adına hərəkət etdiyini iddia edən İŞİD təşkilatı, İraq-Suriya bölgəsində böyük qətliama başladı. Bölgədə uzun illər davam edən məzhəb müharibələrinə yeni bir fitnə əlavə edilmiş oldu. Mosul və Tikriti ələ keçirən İŞİD Bağdada doğru gedir. Müharibədən qaçan etnik qruplar bölgədəki təhlükəsiz şəhərlərə qaçmağa çalışır. Ölkədəki türkmən və şiə liderlərin İŞİD-ə qarşı müharibə fətvası verməsi fitnəni daha da artırır və sonu gəlməyən bir savaş girdabı meydana gətirir.
Müsəlman aləmində yaşanan ədalətsizlik və fitnə mühiti bununla bitmir. Orta Afrika, Nigeriya, Sudan və Somalidə də qan və göz yaşı hakimdir. Müsəlmanlar aclıqla mübarizə aparır və vətəndaş müharibəsi şəraitində qorxu içində yaşayırlar. Radikal təşkilatların terror hücumları, çevrilişə rəhbərlik edən şəxslərin təzyiq və zorakılıq siyasətləri, imperialist ölkələrin istismar sistemi bu ölkələri xarabaya çevirmişdir. Ölkədəki vətəndaş müharibəsi nəticəsində minlərlə müsəlman evlərini tərk edir və başqa ölkələrin qaçın düşərgələrində çətinlik içində yaşayır.
Orta Asiya və cənub-şərqi Asiyada da müsəlmanlara qarşı böyük kin və nifrət hakimdir. Şərqi Türkistanda 1949-cu ildə Çinin işğalından bu günə kimi 60 milyon müsəlman yandırılaraq, işgəncə edilərək, yaxud da güllələnərək qətl edildi. Hal-hazırda uyğur türklərinə qarşı böyük təzyiq var. Yüzlərcə uyğur sadəcə İslamın tələblərini yerinə yetirdikləri üçün şəbəkələr tərəfindən küçənin ortasında döyülərək ya da güllələnərək öldürüldü.
Myanmarda da vəziyyət fərqli deyil. Sevgisizlik, kin və nifrət nəticəsində yüzlərlə müsəlman qadın, yaşlı və uşaq yandırılaraq və ya döyülərlək qəddarcasına qətl edildi. Məscidləri və evləri yandıran buddist qruplar yüz minlərlə arakanlı müsəlmanın başqa yerlərə sığınmasına səbəb oldu. Hazırda qaçqın düşərgələrində yüz minlərlə müsəlman aclıq, yoxsulluq və qorxu içində yaşayır.
Bütün dünya müsəlmanları və digər dinlərə mənsub qardaşlarımız müsəlmanlara qarşı edilən bu zülmləri görməli və buna qarşı ağıllı və qalıcı həll yolları tapmalıdırlar. Bu günə kimi bu ölkələrə edilən hərbi və maddi yardımlar çıxan fitnə alovunu söndürə bilməmişdir. Yaşanan fitnə və qətliamların ən böyük səbəbi sevgisizliyin bütün dünyanı əhatə etmiş olmasıdır. Yanlış ideologiyaların və fəlsəfələrin kin və nifrət təlqinləri bütün dünyanı sevgisizliyə boğur. İnsanlar yaşadıqları sevgisizlik nəticəsində kindar, eqoist, məsuliyyətsiz olur və çıxan problemləri zorakılıqla həll etməyə çalışırlar.
Yaşanan sevgisizlik nəticəsində insanları kin və nifrətə aparan musəvi, xristian, budist, şiə, sünnü düşmənçiliyi yaranır. Halbuki, bu müxtəlifliyi bir hikmətlə yaradan Allah’dır. Müsəlman qardaşlarımız hər kəsin Allah qarşısında bərabər olduğunu bilib, məzhəb ayrı-seçkiliyi etməməlidirlər.
Bütün bu problemlərin həll edilməsi üçün dünyada böyük bir sevgi partlayışı olmalıdır. Allah qorxusuna bağlı olan güclü sevgi bütün dünyaya yayıldığında, yaşanan bu fitnə və acılar bitəcəkdir. Bu səbəbdən müsəlman qardaşlarımız bu Ramazan ayında bütün İslam ölkələrini birlik içində olmağa, bütün insanlığı sevgiyə və qardaşlığa dəvət etməlidirlər.
Adnan Oktarın “Harakah Daily”də nəşr olunan məqaləsi