Bədbəxt ölkələr və intiharlar
ucgen

Bədbəxt ölkələr və intiharlar

548

Ötən həftələrdə Yaponiyada 71 yaşlı bir kişinin qatarda özünü yandırmasından sonra bir çox ölkələrin üzləşdiyi intiharlar yenidən gündəmə gəldi. Bu hadisə üzərindən yola çıxan tədqiqatçılar, Yaponiya üçün qorxunc gerçək halına gələn intihar bəlasına diqqətlərini yönəltdilər. Yaşlı bir insanın qatarın içində özünü yandıracaq psixoloji vəziyyətə necə gəldiyini və niyə Yaponiyanın intihar hadisələrində həmişə ön sıralarda olduğunu anlamağa çalışdılar.

Göstəricilər həqiqətən də narahat olunacaq dərəcədədir. Belə ki, ötən il Yaponiyada 25 mindən çox insan intihar etmişdi.1 Bu rəqəm Şimali və Cənubi Koreyada olduğundan daha yüksək deyildi, əlbəttə, amma hər gün gedərək şüurlu şəkildə daha da artan intihar xəbərləri narahatlıq yaradır.

Yaponiyadakı intihar hadisəsi ilə təxminən eyni günlərdə Çində evdə 3 bacısı ilə tək qalan 15 yaşlı oğlanın bacıları ilə birlikdə böcək dərmanı içərək intihar etməsi məsələnin dəhşətini bir daha ortaya qoydu.2 Demək ki, intihar bəlası üçün yaşlı və ya gənc olmağın fərqi yoxdu.

İntihar nisbətləri Uzaq Şərq ölkələrindəki qədər çox olmasa da ABŞ və Avropada da narahatlıq verici səviyyələrə çatıb. Məsələn, ABŞ-da il ərzində intihar edən gənclərin sayı Dünya Ticarət Mərkəzi hücumunda ölənlərin iki mislindən çoxdur.3 Amerika ordusunda isə gündə 22 əsgərin intihar etməsi məlumatı dəhşət vericidir. ABŞ-da 11 ay ərzində 23 ştatda baş verən 173.969 intiharların böyük hissəsi ordunun payına düşür.4 Kanadada 15-24 yaş arasındakı gənclər üçün intiharlar üçüncü ölüm səbəbidir.5 Avropanın Litva və Macarıstan kimi ölkələrində intiharların sayının hər il artması problemin daha da ciddiləşdiyini göstərir. Yunanıstanda isə iqtisadi böhran başladıqdan sonra son iki il ərzində intiharlar 35% artıb.6 Dünya Səhiyyə Təşkilatının son hesabatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir.7

Yaponiya kimi dini keçmişi olmayan ölkələrdə, zaman keçdikcə yaşlıların gənclər tərəfindən daha çox tərk edilmələri, qocalmış insanların özlərini işə yaramaz hiss etmələrinə, ölümləri ilə gələcək sığorta ödənişinin özlərindən daha çox fayda verəcəyinə inanmalarına səbəb olub. Ateizmin hakim olduğu ölkədə intihar günah olaraq görülmədiyi, ölümdən sonra cəza anlayışı olmadığı üçün intiharlar artır. Gənclər öz valideynlərini artıqlıq kimi görür. Bu qorxunc dünyagörüşü gənclərin öz həyatlarına da əks olunub.

Yapon rəsmiləri qutu şəklində tək otaqlı mənzillərdə ictimai həyatdan, sədaqət, dostluq kimi anlayışlardan uzaq yaşayan, əsasən texnologiya ilə başını qatan bədbəxt yapon gəncliyinin gün keçdikcə daha çox intihara sürükləndiyini müşahidə edirlər.

Əslində Avropadakı mənzərə də fərqli deyil. Tərk edilən yaşlılar, insan münasibətlərindən zövq almayan, ünsiyyətsiz, eyni zamanda bədbəxt gənc nəsil insanları bir-bir öz canlarına qəsd etməyə yönləndirir.

Ölkələr  bu qorxunc mənzərənin qarşısını almaq üçün müxtəlif tədbirlər alırlar. Yaponiya "intihara qarşı bəyaz sənəd" deyilən 9 mərhələli planla 2017-ci ilə qədər intiharları dayandırmağı qarşısına məqsəd qoyub. Bu tədbirlərin arasında telefon yardım xətlərinin qurulması, içində çəkindirici məlumatlar olan lövhələrin intihar məkanlarına qurulması nəzərdə tutulub. Avropa və Amerikada isə problemli insanlar, adətən, özlərini razı salacaq psixiatrlara istiqamətləndirilirlər. Alınan tədbirlərin intihar hallarını azaldacağını ümid edərkən, qarşımıza çıxan həqiqət bu halların daha da artdığını göstərir.

İntihar, adətən insanın içində yaşadığı məqsədsizlik, sevgisizlik, bədbəxtlik və ümidsizlik halının göstəricisidir. Psixoloji məsləhət və ya yardım xətləri bir insanı müəyyən bir müddət fikrindən döndərsə də, ona lazım olan ümidi və yaşamaq sevincini verməyəcək. Beləliklə, bu gün intihardan imtina edən insan ən kiçik depressiyada yenidən intihara əl atacaq.

İnsana ehtiyacı olan ümidi və məqsədi verməyin tək yolu onun sonlu bir varlıq olmadığını göstərməkdir. İnsan ruhu sonsuz bir varlıqdır və bu dünya o sonsuz ruh üçün yalnız müvəqqəti sığınacaq yeridir. Sonsuz ruhun həsrətində olduğu sonsuz həyat isə çətinlik və sıxıntılardan uzaq olmalı, ona istədiyi hər şeyin verildiyi xoşbəxtlik diyarı olmalıdır.

Allah cənnətdə belə bir həyatı vəd edir. Amma əgər bir insanın axirət inancı yoxdursa, özünü bu dünyada yox olub gedəcək bir varlıq olaraq görürsə, gələcəkdən ümidsiz, insanların sevgisizliyinə görə bədbəxt olubsa, Allahın varlığından şübhə edirsə, intiharın bir cana qəsd etmək mənasına gəldiyini, bir cana qəsd etməyin də haram olduğunu bilmirsə, böyük psixoloji problemlərlə mübarizə aparılacaq bir vəziyyətdir. Bu halı yaşayan insanın böyüklərini qorumaq istəməməsi, sosial həyatdan uzaq, dörd divar arasında yaşamağa üstünlük verməsi təəccüblü bir şey deyil. Bu səbəbdən intihar problemi ilə çalxalanan ölkələr insanları telefonlar və ya uçurumun kənarına asılmış lövhələrlə inandırmağa çalışmaq əvəzinə, onlara özlərini hər an sevən, qoruyan, gözləyən, hər yerin və hər şeyin sahibi Allahın varlığını göstərməlidirlər. Bütün kainata hökm edən Yaradanın ona şah damarından daha yaxın olduğunu anlatmalıdırlar. Unudulmamalıdır ki, ölkələrə xoşbəxtlik və rifah gətirəcək yeganə amil dindarlıqdır. Dindarlıqdan başqa həll yolu axtaran cəmiyyətlər, nə qədər texniki tədbirlər almağa çalışsa da, ictimai bəlaların gətirəcəyi dəhşətli nəticələrdən qurtula bilməzlər.

1.    http://www.bbc.com/news/world-33362387
2.   http://www.aljazeera.com/programmes/insidestory/2015/07/china-abandoned-children-150703192320344.html
3.    http://www.healthnewscolorado.org/2014/01/07/opinion-youth-suicide-rates-unacceptable/
4.    http://www.dailyrecord.com/story/opinion/2015/07/02/suicide-rates-among-female-veterans-climbing/29578321/
5.    https://www.bostonglobe.com/opinion/columns/2014/02/15/teen-suicide-looks-and-feels-contagious/HsWnICQySeYJYJyZNM5wJP/story.html
6.    http://english.pravda.ru/news/world/26-06-2015/131138-suicide-0/
7.    http://www.diken.com.tr/dunya-saglik-orgutune-gore-40-saniyede-bir-kisi-intihar-ediyor/

 

Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/774786

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr