Darvinizmin yalan olduğunun açıq şəkildə bilinməsi və təkamül nəzəriyyəsini təkzib edən dəlillərin bir-bir ortaya çıxması, şübhəsiz, 150 illik tarixi boyunca təkamül nəzəriyyəsinin heç qarşılaşmadığı hadisədir. Təkamül nəzəriyyəsi insanların əksəriyyətinin inanclarına zidd olmasına və saxta din olması bilindiyi halda, bir çox insan Darvinizm qarşısında həmişə susqun dayanır və bunu məcbur qəbul edirdilər. Müəllimlər ağıla, məntiqə, elmi dəlil və inanclarına zidd olmasına baxmayaraq, şagirdlərinə təkamülü öyrətmək məcburiyyətində qalırdılar. Çünki Darvinizm ancaq təzyiq, şiddət və məcburiyyət yolu ilə insanlara qəbul etdirilirdi.
 
İndi isə vəziyyət fərqlidir. Darvinizmin etibarsızlığı qəti və inkar ediləz elmi dəlillərlə sübut edilmişdir. Darvinizmin böyük yalan olduğu, illərdir insanları aldatdığı açıq və qəti şəkildə isbat edilmişdir. Adnan Oktarın möhtəşəm əsəri olan “Yaradılış Atlası” elm adamları, universitet professorları, ölkə idarəçilərinə göndərilmiş, şagirdlər də daxil olmaq üzrə, mövzu ilə maraqlanan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişdirlər. Bu vəziyyət Darvinistlər tərəfindən təəccüb, dəhşət, qorxu və narahatlıqla qarşılandı. Təkamül tərafdarları “Yaradılış Atlası”nın oxunmasına mane olmağa çalışdılar, lakin uğur qazanmadılar. Nəzəriyyələrinin süqut etdiyini özləri də açıqca görməyə başladılar.
 
Bu gerçəklər qarşısında Darvinist cəbhəsində artıq dərin səssizlik hakimdir. Bir sıra qatı Darvinistlər isə inanclarını çürüdən çox sayda elmi dəlilin təqdim edilməsinə və insanların buna maraq göstərib gerçəyi görmələrinə baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi "bir şey olmadı ki" kimi cümlələrlə özlərini aldadırlar. "Hər nə olsa da, mən yenə də Darvinizmə inanıram və müdafiə etməyə davam edəcəyəm" deyərək guya vəziyyətdən çıxış yolu tapırlar. Halbuki bu da heç bir nəticəsi olmayan başqa Darvinist oyundur.
 
Allah`ın, "...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir."(Nisa surəsi, 76) ayəsində ifadə etdiyi kimi, dəccalın oyunu olan Darvinizm artıq məğlub olmuş sistemdir. Belə ki, zülalların təsadüfən meydana gələ bilmədiyi, ara fosil olmadığı həqiqətləri ilə birlikdə bu nəzəriyyə də süqut etdi. Bir Darvinist bu məlumatlardan sonra artıq bir daha Darvinist ola bilməz. Ancaq məntiqsizcəsinə "mən inanıram və inanmağa davam edəcəyəm" deyə bilər, amma bu gerçək düşüncələri deyil. Darvinizmə inanması artıq qeyri-mümkündür. Sanki ağzına sürtülən acı bibərdən sonra ağzının heç yanmadığını iddia edən inadcıl bir uşaq kimi, Darvinizm müdafiəçilərinin bəziləri də eyni inadı davam etdirirlər. Şübhəsiz, bir uşağın ağzının yanmadığını iddia etməsi əsas deyil. Nəticədə, rədd etsə də, ağzına sürtülən bibərin acısını hiss etmişdir. Bu səbəbdən, Darvinizmin etibarsızlığını isbat edən saysız elmi dəlilin ardından, bu anda dünyada Darvinizmin yalan olduğunu düşünməyən tək bir Darvinist yoxdur.
 
Artıq Darvinistlər təkamül nəzəriyyəsini müdafiə etmək üçün insanları aldata bilməyəklərinin fərqindədirlər.150 ildir ki, xəyali ssenari və müxtəlif saxtakarlıqlarla süni olaraq müdafiə etdikləri və məcburən ayaqda saxladıqları Darvinizm sona çatmış vəziyyətdədir. Bu hekayənin həqiqət olmadığını öyrəndiyi zaman, bir Darvinistin bu saxta inancı davam etdirməsi mümkün deyil. Darvinistlər bu qədər zaman saxta dəlil və söz çoxluğu ilə nəzəriyyələrini bugünə gətirib çıxardıblar: Bir gün kiminsə ortaya çıxıb, illərdir gözlənilən xəyali ara fosilləri tapacağını zənn edirdilər. İndi isə bunun heç bir zaman baş verməyəcəklərini gözləri ilə görmüş və qənaətə gətirmişdirlər. Notr-Dam (Notre Dame) Universitetinin fəlsəfə professoru Piter van İnvagenin (Peter van Inwagen) bu sözləri çox maraqlıdır:
 
“Əgər Darvinistlər elmi gerçəklərlə dolu bir kitabı əhəmiyyət verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayırlarsa, bu vəziyyət bu gün Darvinizmin elmi bir nəzəriyyə olmaqdan daha çox ideologiya olduğu haqqında yayılan şübhələri təsdiqləyir”.
 
Darvinistlər hər nə qədər "bir şey olmadı ki" desələr də, göstərdikləri reaksiya, aldıqları tədbirlərdən görünür ki, məğlubiyyətlərini necə ört-basdır edəcəklərini bilmirlər. Əlbəttə ki, illərcə Darvinizm yalanına inanmaq və bu yaşına qədər aldadıldığını bilmək elm adamına ağır gələ bilər. Ümumiyyətlə, əksər insanlar aldadıldıqlarını və belə içi boş inancı kor-koranə müdafiə etdiklərini qəbul etmək istəmirlər. Buna görə də, ilk qaçış yolu Darvinizmi təkzib edən dəlillərə qarşı "inanmıram" iddiası ilə çıxış etməkdir. Əslində isə onlar ortaya qoyulan dəlillərin doğru olduğuna 100% inanırlar. Təxminən altı ay sonra onlardan bu haqda soruşulsa, əsəbləri sakitləşib, cavabları fərqli olacaq. Çox güman ki, "Darvinizm düz də olar, yalnış da ola bilər" deyəcəklər. Qaçış yolları tapmağa çalışacaq, "yeni dəlillər gələcəkdə ortaya çıxa bilər" fikirini ortaya qoyacaqlar. Halbuki bu azğın ideologiyanın bir yalan olduğunu çox yaxşı bilirlər. Lakin bunu birdən həzm etmək, ola bilsin ki, onlara çətindir. Əslində, Darvinizm bu insanlar üçün tam mənası ilə süqut edib.
 
Zamanla yağ dənəciklərinin suya düşərək zülala çevrildiyini müdafiə edənlər bu fikrin necə axmaq və məntiqsiz olduğunu görəcəklər. Tək bir ara fosil olmadığı halda, bunu necə anlaya bilmədiklərini heyrətlə qarşılayacaqlar, öz vəziyyətlərinə çaşacaqlar. Bəlkə də, 50 il boyunca belə batil inancı müdafiə etdikləri üçün özlərinə təccüblənəcəklər. Darvinizm cadusuna qapılmanın, yalana dəstək olmanın utancını duyacaqlar. Dövrümüzün ən qızğın Darvinistləri belə bunu başa düşürlər. Bir çox ifadələrindən bu aydın görünür. Şübhəyə düşdükləri və bəzən bunu açıqca etiraf etdikləri görünür. Halbuki səhvdən dönmək, doğru olanı qəbul etmək heç zaman gec deyil. Səhvin yarısından da qayıtmaq da xeyirdir. Elmi dəlilləri gördükdən sonra ediləcək ən doğru şey Darvinizmin böyük yalan olduğunu açıqca qəbul etməkdir.