Adnan Oktarın 20 aprel 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Əhzab surəsi, 47. "Möminlərə müjdə ver. Həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır" deyir, Allah. Böyük bir qurtuluş, böyük bir hakimiyyət, İslam Birliyi, Türk-İslam Birliyi, bir rifahlıq vardır və sonunda cənnət, inşaAllah. Əbcədi tam 2005 tarixini verir. "Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə səbir et və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər". Allaha təvəkkül etmək bütün ruh xəstəliklərinin müalicəsidir. Allaha təvəkkül etməyən hər insan ruh xəstəsi olar, mütləq psixologiyası pozular, tarazlığı pozular. Allaha tam təvəkkül edəndə heç bir ruh xəstəliyi olmaz, psixiatrik, psixoloji heç bir pozuqluq olmaz. Onun üçün Allah təvəkkülün üzərində çox dayanır. Allah Quranın şəfa olduğunu söyləyir, ruhlara və bədənlərə şəfa olduğunu söyləyir. Təvəkkül də bütün psixoloji pozuqluqların dəqiq həll yoludur və dəqiq dərmanıdır.