Nur tələbələrindən Mehmet Əli Qaya əsrlərin rəhbərləri mücəddidlər və qiyamət əlamətləri, dəccal-Mehdi" adlı kitabının 239- cu səhifəsində belə bir şərhi var:

Bədiüzzaman 1877-ci ildə Mövlana Xalidin şagirdləri, bir əsr sonra da Mehdinin şagirdləri mübarizə edəcək. O zaman 1977-ci ildə kimin şagirdləri var idi? Bədiüzzaman Səid Nursinin... Bunu təsdiq edən, Mövlana Xalid qolunun şeyxlərindən İsmət Əfəndi təriqət üsulunu bəyan edən kitabı, " Risaləi Kutsiyə" 76-cı səhifəsində Mövlana Xalid son mücəddiddir. Ondan sonra Mehdi mücəddid olaraq gələcəkdir" buyurur. Mövlana Xaliddən sonra Bədiüzzaman Səid Nursidən başqa mücəddid vardırmı? Yoxdur.

Bədiüzzaman həzrətlərinin bu mövzuyla əlaqədar sözü bu şəkildədir:

Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Ayəsindəki ALLAHIN NURUNU AĞIZLARIYLA  SÖNDÜRMƏK  İSTƏYİRLƏR.  ALLAH  İSƏ NURUNU TAMAMLAYAR  cümləsi qüvvətli, lətafətli münasibəti məansı ilə birlikdə şəddəli  (lam)- lar, bir (lam)  və şəddəli  (mim) əsl sözdən olduğundan, iki  (mim) sayılmaq cəhətiylə 1324 edər, …. Əgər şəddəli  (mim) də şəddəli (lam)-lar bir sayılsa, o vaxt 1284 edər.  ƏGƏR ŞƏDDƏLİ  (lam)-LAR VƏ (mim) İKİ SAYILSA, BUNDAN BİR ƏSR SONRA ZÜLMƏTİ DAĞIDACAQ ŞƏXSLƏR , HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR. HƏR NƏ İSƏ... BU NURLU AYƏNİN ÇOX NURANİ NÖQTƏLƏRİ VAR. Bir damla su dənizin varlığına işarə edir.

(Sikkəsi Təsdiqi Qeybi, səh. 131, 132)

Göründüyü kimi burada Ustad, Tövbə surəsinin 32-ci ayəsi ilə əlaqədar olaraq 3 fərqli əbcəd hesablaması etmişdir.

USTAD, AYƏNİN BU HİSSƏSİNİN ƏBCƏD HESABINI ETMİŞDİR

ALLAHIN  NURUNU  AĞIZLARIYLA  SÖNDÜRMƏK İSTƏYİRLƏR. ALLAH İSƏ NURUNU TAMAMLAYAR....

Ayənin bu hissəsinin Ərəbcəsi isə bu şəkildədir:

Yuridunə ən yutfiu nurallahi bi efvahihim və yəballahu illa ən yutimmə nurahu…

Ayənin bu hissəsində lam və mim keçən sözlər bunlardır:

LAMLAR:

"Allahı"

"Allahu"

"illa"

MİM:

"yutimmu" 

1. Ustad həzrətlərinin hesablama üsulu:

ŞƏDDƏLİ LAMLAR BİR, ŞƏDDƏLİ MİM İKİ SAYILDIĞINDA - HİCRİ 1324, Miladi 1906.

2. Ustad həzrətlərinin hesablama üsulu:

 ŞƏDDƏLİ LAMLAR BİR, ŞƏDDƏLİ MİM BİR SAYILDIĞINDA - HİCRİ 1284, Miladi 1865.

3. Ustad həzrətlərinin hesablama üsulu:

Ustad, digər hesablamalardan fərqli olaraq üçüncü hesablama üsulunda, əbcəd hesabında çıxan tarixdən 1 əsr, yəni 100 il sonrasına işarə edir. Əbcəd hesabında çıxan tarixdən 1 əsr sonra isə, hz. Mehdi (ə.s.) və tələbələrinin, zalımları və zalım sistemləri məğlub edəcəklərini söyləyir.

İNDİ BU HESABI ARAŞDIRAQ:

...ƏGƏR ŞƏDDƏLİ  (lam)-LAR VƏ (mim) İKİ SAYILSA, BUNDAN BİR ƏSR SONRA ZÜLMƏTİ DAĞIDACAQ ŞƏXSLƏR , HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR. BU NURLU AYƏNİN ÇOX NURANİ NÖQTƏLƏRİ VAR. Bir damla su dənizin varlığına işarə edir.

(Sikkəsi Təsdiqi Qeybi, səh. 131, 132)
“Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər... Allah, öz nurunu tamamlayar.”
Yuriydunə ən yutfiuu nura Allahı biəfvahihim və yəba Allahu illa ən
280  +  51 +  107 +  256 +  96 + 140 +  6  +  14  +  96 +   62 + 51+
Yutimmə nurahu
490 + 261  = 1910

Ancaq burada bu çox əhəmiyyətlidir. Bədiüzzaman həzrətləri lamlar və mim 2 sayıldığında 1910-cu il tarixinə deyil, 1910-cu il tarixindən BİR ƏSR SONRAYA DİQQƏT ÇƏKİR.

ƏGƏR ŞƏDDƏLİ   (lam)-LAR VƏ  (mim) İKİ SAYILSA, BUNDAN BİR ƏSR SONRA ZÜLMƏTİ DAĞIDACAQ ŞƏXSLƏR İSƏ, …
1910+100=2010

Məlumdur ki, Ustadımız bu sözündə 2010-cu illərində hz. Mehdi (ə.s.)-ın tələbələriylə birlikdə, zalımları və zalım ideologiyaları mənəvi cəhətdən yox edəcək bir iş içində olacaqlarını söyləyir. Yəni Bədiüzzaman həzrətlərinə görə, 2010-cu illərdə hz. Mehdi (ə.s.) zühur etmiş olacaq və tələbələri ilə birlikdə Allahın izniylə, materializm, darvinizm, kommunizm kimi zalım və qanlı ideologiyaları kökdən məhv edəcək sıx bir iş içində olacaqlar. Bu səbəbdən Mehmet Əli Qayanın kitabında ifadə etdiyi: "Bədiüzzaman 1877-ci ildə Mövlana Xalidin şagirdləri, bir əsr sonra da Mehdinin şagirdləri mübarizə edəcək. O zaman 1977-ci ildə kimin şagirdləri var idi? Bədiüzzaman Səid Nursinin..." şərhi tamamilə səhv olub. Sevimli ustadımızın risalələrindəki həqiqi fikrini qətiliklə əks etdirmir.