Kenji Qoto məsələsindən sonra bir şey dəyişəcəkmi?
ucgen

Kenji Qoto məsələsindən sonra bir şey dəyişəcəkmi?

1215
Nifrət nifrətdən doğar. Bu sətirlərdə tez-tez xatırlatdığımız və xüsusilə dəfələrlə üzərində dayandığımız bu həqiqət yaddaşlara həkk olunmalıdır. Çünki dünya bu həqiqəti unutduqca -bilərək və ya bilməyərək- nifrət daha da artır.
 
Ötən həftə İŞİD-in törətdiyi 2 qətl hadisəsinə şahid olduq. İki yapon jurnalist bir neçə gün ara ilə edam edildi. İŞİD tərəfindən amerikalı jurnalist Ceyms Folinin edam edilməsi ilə başlayan bu görüntülərdə əsas məqsəd ölkə liderlərinə dərs vermək və ya onları təhdid etmək niyyəti idi. Ölkə liderləri əlbəttə dərs almışdır, amma tətbiq və nəticə baxımından qeyd edilən edam aktlarını ikitərəfli dəyərləndirməkdə fayda var idi.
 
Məsələyə ölkə liderləri tərəfindən baxaq: Bildiyiniz kimi, İŞİD yapon girovların qaytarılması müqabilində 200 milyon dollar məbləğində fidyə istəmişdi. İŞİD bundan əvvəl Yaponiyanın onunla mübarizə üçün koalisiya qüvvələrinə verdiyi bu pulun bu dəfə öz vətəndaşlarını xilas etməsi üçün İŞİD-in özünə verilməsini istəyirdi. Bundan əvvəl təhdid edilmiş və bunun ardınca edam edilmiş jurnalist və sülh tərəfdarları üçün də eyni şərt mövcud idi. ABŞ  "Terroristlərə nə güzəştə gedərik, nə də fidyə verərik"1 şəklində bildirdiyi açıqlaması ilə mövzunu sonlandırdı. Buna oxşar bir açıqlama ötən həftə iki girovun təhdid olunması zamanı yapon baş naziri tərəfindən də verilmişdi: "Terrorizmə boyun əymərik!"
 
Fidyəni vermədilər. Bu əsirlər bütün dünyanın gözü qarşısında qətl edildilər.
 
Həyat müqəddəsdir. Əgər bir insanın ölümünü əngəlləyəcək hər hansı bir imkanınız varsa, mütləq ondan istifadə etməlisiniz. Söhbət həyatdan gedirsə, artıq eqoistlik və ya bəhanələrə yer yoxdur. Əgər bir həyatı xilas edə biləcəyiniz halda xilas etməməyi seçirsinizsə, bu həmin cinayətə ortaq olduğunuz deməkdir. İstəmədən belə olsa, artıq cinayətə ortaq olduqdan sonra vicdanınızı rahatlatmaq üçün irəli sürdüyünüz bütün bəhanələr faydasızdır. Artıq olan olmuş və o həyatı xilas etmək üçün fürsət əldən çıxmışdır.
 
Buna görə də "Terroristlərə güzəştə getmərik", "Terrorizmə boyun əymərik" bəhanələri ilə terrorizmə qarşı terrordan istifadə etmək nəticəni dəyişdirməz.  Cinayətin qarşısı alına biləcəyi halda alınmamış, terrorun çirkli üsullarından birinə mane oluna biləcəyi halda mane olunmamış, yalnız sülh üçün o qanlı bölgədə olan bu insanların həyatları xilas edilə biləcəyi halda edilməmişdir. Pulun bərpası hər zaman mümkündür, amma onlar artıq həyatlarını itirmişdilər. Kim bunu geri qaytara bilər?
 
Fidyə verərək terrorizmə güzəştə gedəcəklərini və ya boyun əyəcəklərini düşünürlər; buna görə bəlkə də müttəfiqlərin gözündə "terrorun əleyhinəyəm" görüntüsü yaratmaq istəyirlər. Sözügedən ölkə liderləri də çox yaxşı bilirlər ki, terrorizmin ideologiyası və qorxunc məntiqi İŞİD kimi birliklərin üzərində artıq kök salmışdır. Bu insanlar cinayət, kütləvi qətliam törətməkdə, ölümü gözə almaq məsələlərində onsuz da artıq həddi aşıblar. Bunun üçün çox rahatlıqla pul tapa biləcək imkanları və hücum üçün silahları var. Onlara fidyə vermək onsuz da tam vəhşiləşmiş bu insanları daha çox terrorist halına gətirəcəkdir. Beyinlərində bu ideologiya mövcud olduqca İŞİD hərbçiləri girdikləri hər yerdə onsuz da qətliam və edamlara davam edəcəklər. Nə Yaponiyanın, nə də Amerikanın bu cür davranışı onları bu hədəflərindən az da olsa uzaqlaşdırmamışdır.
 
Bu bir gerçəkdir ki, İŞİD-in yerli xalqa qarşı törətdiyi şiddət aktı dünyada o dərəcə çox təsir oyatmamışdır. Bunu görən İŞİD xarici vətəndaşlara qarşı güclü təbliğat xarakterli aktlarla Yaxın Şərqdəki problemə cəlb edilmiş koalisiya qüvvələrini öz tərəfinə çəkməyə çalışır. Beləliklə, terrorizm getdikcə daha da güclənərək yayılır və bu ölkələri də öz əhatəsinə alır. Bu ölkələrin fidyə verməməsi terrorizmə boyun əyməməsi demək deyil. Müsəlman torpaqlarına tez-tez sivil vətəndaşların da həyatını məhv edən raketlər atmaq üçün milyonlarla dollar məbləğində pul xərcləyən bu ölkələr şiddəti şiddətlə həll etmək üsulunu tətbiq edirdilər. Cinayətə ortaq olub sonra isə intiqam almaq üçün and içmək yalnız səmimiyyətsizliyin əlamətidir.
 
Yeri gəlmişkən bildirək ki, iordaniyalı pilot Muaz əl-Kəssasibənin İŞİD tərəfindən amansızca yandırılaraq öldürülməsi qorxunc bir qətliamdır. Bu, İŞİD-in yanlış və dəhşətli zehniyyəti olduğunu göstərən digər dəlillərdən biridir. Lakin İordaniya hakimiyyətinin sözügedən edam videosunun aşkar edilməsindən sonra əlindəki məhkumları təcili sürətdə edam etməsi edilən ən böyük səhvlərdən idi. Bu üsul bir intiqam deyildir; yalnız şiddəti artıracaqdır. Yaxın Şərqdə şiddətin yaranmasına səbəb olan eyni yanlış hərəkət fasiləsiz olaraq yenidən davam etdirilir.
 
Qeyd edilən mövzuda İŞİD məsələsi üzərində dayanaq: İŞİD yalnız İslamda varmış kimi göstərdiyi və bütün dünya tərəfindən qəbul edilmiş yanlış qaydaları həyata keçirən bir birlikdir. Həyata keçirdiyi cinayətləri də bu xurafat dininin qaydalarına uyğun olaraq edir.  Bu din yanlış və saxta bir dindir; qətliamlar, vəhşiliklər bu yanlış zehniyyətin qorxunc, çirkli və dəhşətli nəticələridir.
 
Lakin fidyə üçün adam öldürmək başqa bir məsələdir. Fidyə üçün adam öldürmək-məqsəd nə olursa olsun- açıq-aşkar qəsbkarlıqdır. Həyatda qalması müqabilində pul istəmənin oğurluqdan başqa bir adı yoxdur. Xurafat dininin saxtakarlıqla öldürmək hökmləri ilə dolu olduğu açıq bir həqiqətdir. Lakin xurafatlara əsaslansa da, heç bir inancda qəsb etmək üçün cinayət törətməyə icazə verən bir əsas yoxdur.
 
Əgər liderlər həqiqətən də terrorizmlə mübarizə aparmaq istəyirlərsə, daha ehtiyatlı davranmalı və insanların həyatından istifadə etməyi bu cür asan, həyatı isə bu dərəcə ucuz göstərməməlidirlər. Qarşısındakına dərs vermək üçün şiddət tətbiq etməyə and içmək əvəzinə insan həyatının dəyərli olduğunu göstərməyə çalışmalıdırlar. Qarşılarındakılar şiddət üsulundan istifadə edirlər deyə özləri də eyni vasitəyə əl atmamalıdırlar. Terrora güzəştə getmərik deyərək terrorun bir parçası olmamalıdırlar. Yenidən xatırladaq: İnsanın bəhanəsi hər nə olursa olsun, cinayətə tamaşaçı qalmaq cinayətə ortaq olmaq mənasını verir.
 
İŞİD tərəfindən edam olunan yapon jurnalist Kenji Qotonun dörd il əvvəl tvitter sosial şəbəkəsində paylaşdığı bu sözlər bəlkə bundan sonra başqalarının həyatı adına qərar verən hökumətlərin yol göstəricisi ola bilər: "Gözlərimi yumuram və tərpənmirəm. Hirslənsəm və ya qışqırsam hər şey bitər. Bu duaya yaxın bir şeydir. Nifrət insanlar üçün deyil. Hökm ancaq Allah`ındır.  Mən ərəb dostlarımdan bunu öyrəndim[*] .” 2
 
[*]"Closing my eyes and holding still. It's the end if I get mad or scream. It's close to a prayer. Hate is not for humans. Judgment lies with God. That's what I learned from my Arabic brothers and sisters."
 
Adnan Oktar'ın Arab News & & Eurasia Review & Muslim Mirror & Malaysian Insider'da yayımlanan məqaləsi:
 
 
 
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo