İttifaqa daxil olan 26 ölkə və NATO ilə əməkdaşlıq edən 20 ölkənin dövlət başçıları, baş nazirləri, mülki və hərbi səlahiyyətlilərini bir yerə toplayan NATO-nun Zirvə toplantısının 17-cisi İstanbulda 28- 29 İyun tarixində keçirilmişdir.
Zirvə toplantısında bir çox vacib qərarlar alındı. Ancaq bu toplantıdan yaddaşlarda qalan və hər kəsin həmfikir olduğu yeganə mövzu vardı: “Türkiyənin həmYaxın Şərq, həm də bütün dünya üçün vacib bir güc olduğu”.
Bəli, dünya Türkiyənin əhəmiyyətinin və sahib olduğu gücün artıq fərqində. Bəs Türkiyəni bu səviyyəyə gətirən səbəblər nələrdir?
Niyə məhz Türkiyə?
Türkiyəyə bu imkanları yaradan səbəblərin ilki, hər kəsin bildiyi kimi Türkiyənin sahib olduğu, dünyada bərabəri olmayan “geosiyasi əhəmiyyəti”dir. Türkiyə, Avropa ilə Asiyanı, Avropa ilə Orta Asiyanı və Avropa ilə Yaxın Şərqi bir birinə bağlayarkən, eyni zamanada son illərdə dünya iqtisadiyyatı və siyasətində sürətlə irəliləyən Çin kimi Uzaq Şərq ölkələri ilə də əməkdaşlıq şəraitindədir. Bütün bu bölgələr ilə əlaqəsi olan hər ölkənin Türkiyə ilə əməkdaşlıq etməsi zərurəti hala çevrilmişdir. Xüsusilə də Qərb ölkələrində, iqtisadiyyatındakı irəliləyişlər nəticəsində ortaya çıxan, enerji qaynaqlarına olan daimi ehtiyacın ödənməsində, şərqində olan neft və təbii qaz ilə zəngin ölkələrlə yaxınlığı səbəbindən Türkiyə diqqəti üzərinə çəkmişdir. İnşa ediləcək çox sayda neft və təbii qaz boru xətləri ilə Türkiyə Şərq və Qərb arasında körpü rolunu daşıyacaqdır. Digər tərəfdən əhatəsi ilə olan tarixə əsaslanan əlaqələri Türkiyəni eyni zamanda bir çox bölgənin üzvü edir. Bu üstünlükləri ilə Türkiyə, əksər bölgələrin birləşməsində, şərqində və qərbində olan dövlətlər, hətta mədəniyyətlər arasında ortaq xüsusiyyətləri özündə daşıyır.
İkinci üstünlüyü isə, Türkiyənin sahib olduğu “tarixi miras”dır. Osmanlı imperatorluğu 600 illik hökmüranlığı müddətində olduğu hər yerdə, digər bütün imperatorluqların əksinə xaos yox, “nizam” yaratmışdır. Osmanlı idarəsi altında olan bütün torpaqlar, Osmanlının memarlıq ənənələrini özündə əks etdirir. Bu əsərlər, Osmanlının hakimiyyəti altına aldığı ərazilərə apardığı mədəniyyətin vacib nişanələridir. Balkan yarımadası, Yaxın Şərq kimi Osmanlının ayaq basdığı hər yerdə inşa edilmiş mədrəsələr, məscidlər, bulaqlar (çeşmələr), körpülər buna gözəl nümunələrdir. Geridə qoyduğumuz XX əsrdə dünyanın ən qanlı bölgələrindən ikisi Balkan yarımadası və Yaxın Şərq olmuşdur. Hər iki bölgədə də böyük döyüşlər, vətəndaş müharibələri, işğallar, partizan hərəkatları, etnik təmizləmə, sürgünlər, qaçqınlar olmuşdur. Halbuki, bir vaxtlar həm Balkan yarımadası, həm də Yaxın Şərqdə əsrlərlə davam edən sabitlik, barış və rifah dövrü yaşanmışdır. Balkan yarımadalarında XIX əsrdə, Yaxın Şərqdə isə XX əsrə qədər davam edən sabitliyin əsl qaynağı, bu ərazilərdəki ədalət və tolerantlığa əsaslanan Osmanlı hakimiyyətinin olmasıdır. Bu ərazilərə böyük siyasi ağıl ilə daxil olan Osmanlı İmperatorluğunun ən üstün cəhəti isə, ərazidə barış və sabitlik yaratmalarıdır. Bu vaxtlarda Osmanlı, bölgədəki xalqları son dərəcədə toleranslı sistemlə idarə etmişdir. Keçmişdə fəth etdikləri torpaqlardakı Müsəlmanları qılıncdan keçirən digər idarəetmə üsulları kimi hərəkət etməmiş, əksinə bu ərazilərdəki xalqlara din və vicdan azadlığı vermişdir, hər kəsin inancını qoruya biləcəyi, ümumiyyətlə sərbəst şəkildə yaşamaları üçün istənilən şəraiti yaratmışdır. Heç vaxt etnik təmizləmə, zorla dinini dəyişdirmə, yenilənmə kimi siyasətlərə yol verməmişdir. Bu sistem bu gün də dahi siyasətçilər tərəfindən heyranlıqla xatırlanmaqda və nümunə olaraq göstərilməkdə davam edir. Osmanlı İmperatorluğunun sadəcə torpaqlarını genişləndirməyi deyil, eyni zamanda fəth etdiyi torpaqlara “nizam” gətirməyi hədəfləyən bu məntiqinin əsasında isə heç şübhəsiz ədaləti, hörməti, barış sevərliyi, fədakarlığı əmr edən Quran əxlaqı dayanmışdır.
Üçüncü üstünlüyü isə, Türkiyənin Atatürkün hakimiyyəti altında əldə etdiyi mövqeyidir. Atatürk Türk milliyyətçiliyinə geniş miqyasda belə tərif verir:
“Millətlər işğal etdikləri ərazinin həqiqi sahibi olmaqla bərabər, bəşəriyyətin insanları olaraq da o ərazidə məskunlaşa bilərlər. O ərazinin sərvətindən özləri üçün istifadə edər və dolayısı ilə bütün bəşəriyyəti də yararlandırmaqla hökmlüdürlər. Bu qaydaya uyğun olaraq bunda acizlik göstərən millətlər müstəqil olaraq yaşamaq haqqına layiq deyildirlər”.
Atatürk milliyyətçiliyi, başqa millətlərin milli mədəniyyətlərinə və müstəqilliklərinə hörmətlə yanaşır. Atatürk, “Bizə milliyyətçi deyərlər; biz elə milliyyətçilərik ki, bizimlə əməkdaşlıq edən millətlərə hörmət edərik” sözləri ilə, milliyyətçilik anlayışının nəzakətini və barış sevərliyini ortaya qoymuşdur. Bu barış sevər siyasət, “Yurdda sülh, cahanda sülh” sözləri ilə bir daha öz təsdiqini tapmışdır. Elə bu Türkiyənin inkişafı və irəliləyiş yolunda və millətlərarası əlaqələrdə bütün müasir millətlər ilə eyni istiqamətdə və onlarla razılıq şəraitində olmasında, Türk cəmiyyətinin bu Atatürkçü görüşü son dərəcədə təsirli olmasından irəli gəlir.
Yenidən Osmanlı nizamını yaratmaq üçün Türkiyəyə ehtiyac vardır!
NATOnun İstanbul zirvə toplantısında Türkiyədə keçirilməsinin vacib səbəbi vardır. İstanbul zirvə toplantısı, ABŞın 11 Sentyabrdan sonra İraq və yaxın Şərqdə üstləndiyi “vəzifə”ni NATO səviyyəsinə çıxarmışdır. İttifaq, İraqın təhlükəsizliyə qovuşmasına dəstək qərarı alarkən, təsir dairəsini də genişləndirmişdir.
Xüsusilə 11 Sentyabr hadisəsindən sonra Soyuq Müharibənin bitməsinin ardından bu dəfə də Türkiyə başqa istiqamətdə üstünlük əldə etmişdir. ABŞın Əfqanıstan və İraq əməliyyatlarında Türkiyəsiz hərəkət etməsi çətindir. ABŞ bəlkə də bu əməliyyatları maliyyə imkanlarının çox olması ilə həyata keçirə bilir. Ancaq ABŞın bu günlərdə yaşadığı ən böyük sıxıntı, müharibədən sonra yenidənqurma və sabitliyi bərqərar etməkdə ortaya çıxan çətinliklərdir. Bu nizamı yaradacaq ölkə isə yuxarıda bəhs etdiyimiz kimi ancaq və ancaq Türkiyədir. Osmanlı imperatorluğu dövründə, Osmanlı tabeçiliyində olan ərazilərin əhalisi rahat şəkildə bir tərəfdən dinlərini və mədəniyyətlərini yaşayır, bir tərəfdən də gündəlik həyatlarına davam edirdilər. Eyni məntiq Türkiyənin başçılıq edəcəyi beynəlxalq yardım və yenidənqurma əməliyyatlarında da davam edəcəkdir.
Bundan başqa ərazisindəki digər dövlətlərin əksinə, sahib olduğu daxili idarəçilik qabiliyyəti, iqtisadi irəliləmə strategiyaları, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə olan yaxın əlaqələri Türkiyəni bu vəzifəyə layiq olduğunu göstərir. Türkiyə, şərqində demokratiya və bazar iqtisadiyyatına yeni- yeni keçməyə çalışan dövlətlərə nümunə olacaq bir dövlətdir. Eyni şəkildə, Yaxın Şərq dövlətlərinə də layiqli dövlət- “Müsəlman cəmiyyətində tarazlığı yarana bilməz” məntiqinə sübut olaraq göstərilə bilər. Beləliklə Türkiyə, Şərq və Qərb arasında əlaqələrin bərpa olunmasında, vacib rol oynayır.
Göründüyü kimi Türkiyənin tarixi mirası, Balkan yarımadası, Qafqaz və yaxın Şərqdə vacib həyat ünsürünə çevrilmişdir. Türkiyə kimi, ətrafındakı ərazilərin hamısında eyni vaxtda bu dərəcədə təsir yaradacaq bir dövlət daha yoxdur. Türkiyə ərazisində lider, qlobal sahədə əsas rol oynayan və dünya siyasətinə təsir göstərən digər dövlətlər kimi bir çox sahədə vacib islahatlar və sabitliyin bərqərar olmasında ortaq kimi qiymətləndirilir. Amikam Nachmani,“ Türkiyə keçmişdə NATOnun cənubunda olsa da hazırda etnik, dini və enerji ilə bağlı sahələrdə mərkəzindədir” şəklində şərh etmişdir.
(Nachmani,Turkey in the Wake of the Gulf War: Recent Histoy and its Implications, Begin - Sadat Center for Strategic Studies, 1999: 18).
Osmanlının tək mirasçısı olan Türkiyə, bu yenidənqurma ərazisində, keçmişdə olduğu kimi bu gün də, tarixi mirasına sahib çıxaraq daşları yerindən oynadacaq qüvvətə malikdir. NATO Zirvə toplantısı nəticəsində yaranan fikir, bütün dünyanın Türkiyənin bu strateji əhəmiyyətini gördüyünün bariz nümunəsidir. Bu məqamda Türkiyənin üzərinə düşən qiymətli Osmanlı mirasına və görüşünə sahib çıxaraq xarici siyasətini davam etdirməkdir. Qarşımızdakı on ildə Türkiyəni qlobal dünyada, aid olduğu yerdə görmək Türk xalqı üçün olduğu qədər bütün dünya xalqları üçün də müsbət nəticələrə gətirib çıxaracaqdır.