QURANIN MƏRYƏM SURƏSİNİN 33-CÜ AYƏSİ HZ. İSA (Ə.S.)IN YER ÜZÜNƏ İKİNCİ DƏFƏ GƏLİŞİNƏ İŞARƏ EDƏN ƏHƏMİYYƏTLİ DƏLİLLƏRDƏN BİRİDİR
ucgen

QURANIN MƏRYƏM SURƏSİNİN 33-CÜ AYƏSİ HZ. İSA (Ə.S.)IN YER ÜZÜNƏ İKİNCİ DƏFƏ GƏLİŞİNƏ İŞARƏ EDƏN ƏHƏMİYYƏTLİ DƏLİLLƏRDƏN BİRİDİR

2477
Hz. İsa (ə.s.)ın yer üzünə yenidən gəlməsi axır zamanın ən əhəmiyyətli müjdələrindən biridir. Allah Quranın bəzi ayələrində Hz. İsa (ə.s.)ın ölmədiyini, öldürülmədiyini, Allah qatına yüksəldildiyini və yer üzünə yenidən göndəriləcəyini açıqca bildirmişdir. Quranda Hz. İsa (ə.s.)ın yer üzünə ikinci dəfə gələcəyini ifadə edən dəlillərdən bir də Məryəm surəsinin 33-cü ayəsidir. Bu ayənin həm ehtiva etdiyi ərəbcə sözlərin mənaları, həm ayənin nömrəsi, həm də ayənin əbcəd dəyərləri etibarilə Hz. İsa (ə.s.)ın zühuruna dair bir çox sirr ehtiva edir.
-1-
Məlum olduğu kimi Ərəb dili çox zəngin dildir və Ərəbcədə bir söz birdən çox, hətta bəzən 20-dən çox məna bildirir. Məryəm surəsinin 33-cü ayəsinin də Ərəbcə mənası araşdırıldığında çox əhəmiyyətli məlumatların xəbər verildiyini görmək mümkündür. Bu ayə, Hz. İsa (ə.s.)ın axırzamanda yenidən dünyaya gəlişinə işarə edən ayələrdən biridir. Məryəm surəsi 33-cü ayədə Cənabı Allah bu şəkildə bildirir:
"Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"
 
Ayənin ərəbcəsi isə bu şəkildədir:
 
"Və əssəlamu aleyye yevme vulidtu və yevme emutu və yevme ubasu hayyen"
 
Bu ayədə "öləcəyim gün" şəklində tərcümə edilən "yevme emutu" ifadəsindəki "emutu" sözü "mata" hərəkətindən törəmişdir və "ölmək" mənasını daşımasilə bərabər "yatmaq" mənasına da verir. Ən etibarlı hədis imamlarından olan İmam Buxari və İmam Tirmizi Həzrətlərinin Peyğəmbər əfəndimiz (s.ə.v)dən nəql etdikləri bir duanın Ərəbcəsində də, "yatar" şəklində tərcümə edilən söz "emutu" sözüdür.   
 
Allahümme bismike emtü və aha. (Buxari və Tirmizi)
 
Məryəm surəsinin 33-cü ayəsində "emutu" sözü qeyd olunmuşdur. Yəni, bu ayənin tərcüməsində "öləcəyim gün" şəklində tərcümə edilən söz, Peyğəmbərimiz (s.ə.v.)in hədisində "yatmaq" olaraq keçir.
Ayədə "yenidən dirildiləcəyim gün" şəklində tərcümə edilən "yevme ubasu hayyen" ifadəsindəki "ubasu" sözü isə "dirildilmək" mənası ilə yanaşı "oyandırılmaq, göndərilmək, vəzifələndirilmək" mənalarını da ehtiva edir.
Göründüyü kimi həm "emutu" həm də "ubasu" sözlərinin digər mənalarına bir yerdə baxsaq, ayədə Hz. İsa (ə.s.)ın ölmədiyi, yuxuya getmiş bir vəziyyətdə Allah Qatına yüksəldildiyi və içində yaşadığımız axır zamanda yenidən Allahın vəzifələndirdiyi bir elçi olaraq yer üzünə göndəriləcəyi bildirilmişdir. (Doğrusunu Allah bilir.)
-2-
 
Məryəm surəsindəki ayənin nömrəsi də vacib bir sirri ehtiva edir. Bu sirri anlaya bilmək üçün Allahın Hz. İsa (ə.s.)dan bəhs edən Maidə surəsinin 110-cu ayəsini və Ali-İmran surəsinin 46-cı ayəsinə baxmaq lazımdır. Allah bu ayələrdə belə şəkildə bildirir:
 
 
"Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın". (Maidə surəsi,110)
 
 
"O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır".  (Ali-İmran surəsi, 46)
 
 
Ayələrdə Hz. İsa (ə.s.)ın yetkin halını ifadə etmək üçün istifadə edilən "kəhlən" sözünün mənası "otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa qədəm qoyan, yaşı kamala çatmış insan" şəklindədir. Xristian mənbələrində də Hz. İsa (ə.s.)ın Allah qatına yüksəldildiyində 33 yaşında olduğu ittifaqla qəbul edilir.
Böyük islam alimlərindən olan Kurtubi Həzrətləri də Hz. İsa (ə.s.)ın "kəhl" vəziyyətində insanlarla danışmasını, yer üzünə endirildiyində danışacağı şəklində şərh edir və belə söyləyir:
"Hz. İsa 33 yaşında endiriləcək və, "Ey insanlar mən Allahın quluyam!" deyəcək." (Kurtubi, əl-Camiu liahkamil-Kuran, 4/90-91.)
Bütün bu məlumatlar ümumiləşdirildiyində, Məryəm surəsindəki ayənin nömrəsinin 33 olmasının da, Hz İsa (ə.s.)ın axır zamanda yenidən yer üzünə göndəriləcəyi yaşa işarə edir. (Doğrusunu Allah bilir.)
-3
Məryəm surəsinin 33-cü ayəsinin əbcəd dəyərləri hesablandığında ortaya çıxan tarixlərdə də Hz. İsa (ə.s.)ın ikinci dəfə yer üzünə göndərilməsinə dair sirlər var. Ayədəki sözlərin hərflərinin ədədi dəyərləri toplandığında əldə edilən tarixlər, hədislərdə bildirilən axır zaman əlamətlərinin yaşanacağı, Hz. Mehdi (ə.s.)ın zühur edəcəyi və Hz. İsa (ə.s.) ilə birlikdə vəzifə yerinə yetirəcəyi tarixlərə bərabər gəlir. Ayənin əbcəd hesablaması bu şəkildədir:
 
"Və   esselamu aleyye   yevme vulidtu   və   yevme   emutu   və yevme   ubasu hayyen"
 
6    +    222    +   120 + 56   +   440   + 6 + 56   +    447 + 6 + 56    +   573 +   19 = 2007
(Şeddeli, tenvinsiz)
 
6   +   162     +   110 +   56    +   440   + 6 + 56   +   447 + 6 + 56    +   573 +   69 = 1987
(Şeddesiz, tenvinli)
 
6    +    222    +   120 + 56   +   440   + 6 + 56   +    447 + 6 + 56    +   573 +   69   = 2057 (Şeddeli və tenvinli)
 
Fərqli şəkillərdə edilən üç hesablamada ortaya çıxan tarixlərin hamısı axır zaman dövrlərinə işarə edir. Bu tarixlər Hz. Mehdi (ə.s.)ın zühur edəcəyi, Hz. İsa (ə.s.)ın nüzul edəcəyi və Hz. Mehdi (ə.s.)la birlikdə vəzifə icra edəcəkləri dövrlərə işarə edir. (Doğrusunu Allah bilir.)
Allah qullarına bir rəhbər və yol göstərici olaraq endirdiyi haqq kitabımız Qurani Kərimdəki ayələrində bir çox sirr və hikmət gizləmişdir. Ayələr ilk oxunduğunda aydın olan birinci mənalar xaricində, daha bir çox dərin mənaları var. Necə ki, Məryəm surəsinin 33-cü ayəsində də Allah dərin hikmətlər gizləmişdir. Allah təqdir etdiyi zamanda bu sirləri və hikmətləri dilədiyi qullarına açır və ayələrin digər mənalarının da qulları tərəfindən başa düşülməsini nəsib edir.
Bu ayənin içərisində də Cənabı Allah həm sözlərlə, həm ədədi dəyərlərlə həm də ayə nömrəsi ilə bir gözəllik bildirmişdir. Bütün bu məlumatları bir yerdə ələ aldığımızda isə, Allahın bu ayəsi ilə biz qullarına Hz. İsa (ə.s.)ın ölmədiyini, yuxuya bənzər bir halda Öz qatına yüksəltdiyini və içində olduğumuz bu dövrdə yenidən yer üzünə geri göndərəcəyini müjdələdiyi aydın olurr. (Doğrusunu Allah bilir.)

PAYLAŞIN
logo
logo
logo
logo
logo