(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Səff surəsi, 13)
1. "(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də (gözləyir)..."
Müsəlmanlar üçün, Allahın razılığını qazanmaq qarşılığında axirət həyatında cənnətə haqq qazanmaları çox böyük bir nemətdir. Axirətdəki bu böyük nemətlə bərabər dünya həyatında da Müsəlmanlar üçün gözəl nemətlər vardır. Allahın iman nəsib etməsi, Müsəlmanlarla bir yerə gətirməsi, axır zamanda yaşamaq, Hz. İsa (ə.s.) və Hz. Mehdini (a.s.) görə bilmək bu nemətlərin ən önəmlilərindəndir. Bütün həyatını Allaha həsr edən bir Müsəlman üçün din əxlaqının dünya üzərində hakim olduğunu görmək və bu prosesdə iştirak edə bilmək də böyük nemətdir. Çətinlik və ağrı içində yaşayan Müsəlman qardaşlarının rahata və dincliyə qovuşmaları, güvən dolu bir həyata çatmaları, din əxlaqına qarşı mübarizə verən fəlsəfələrin tam mənasıyla etibarsız hala gəlməsi bir Müsəlman üçün son dərəcə əhəmiyyətlidir. Allaha səmimi iman edən hər insan bu müqəddəs hadisələrə şahid olmaqdan çox dərin bir sevinc və xoşbəxtlik duyar.
2. ... Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver.
Ayənin bu hissəsində Allah möminləri Öz qatından kömək, qələbə və yaxın fəth ilə müjdələmişdir. Bu ayə axır zamanda din əxlaqının bütün dünyada hakim olmasına işarə edir. Bilindiyi kimi Hz. Mehdi (ə.s.) haqq dinə qarşı mübarizə aparan dinsiz cərəyanların (ateizm, darvinizm, materializm, kommunizm, marksizm...) fikri təməllərini tamamilə ortadan qaldıracaq geniş əhatəli təbliğat fəaliyyəti aparacaq, nəticədə İslama qarşı bu istiqamətdəki bütün hücumlar sona çatacaq, bütün dünya Hz. Mehdinin (a.s.) bu mənəvi fəth hərəkatı vasitəsiylə işıqlanacaq, nurlanacaq. Bütün iman edənlər əsrlərdir çəkdikləri bütün çətinliklərdən, ağrılardan və qorxulardan sonra Allahın Hz. Mehdi (a.s.)ı vəsilə etməsiylə köməyə və zəfərə çatacaq.