İncildə keçən bu sözdə “dünya” olaraq tərcümə olunan sözün orijinalı "aeon"dur və "dövr" mənasını verir. Yəni İncildə bu söz əslində; "İSA PEYĞƏMBƏR: "SİZİNLƏ DÖVRÜN SONUNA QƏDƏR BİRLİKDƏ OLACAĞAM." DEYİR. (MATTHEW 28:20)
Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın gəlişinin hicri 1400-cü illərdə reallaşacağı xəbər verilmişdir. Yəni miladi təqvimə görə 1979-ci il etibarilə hz. Mehdi (ə.s) vəzifəyə başlamışdır. Bu tarixdən etibarən hz. Mehdi (ə.s) dinsizliyə, darvinizm və materializmə qarşı çox güclü bir elmi mübarizə icra edəcəkdir. Bədiüzzaman Səid Nursi həzrətləri hz. Mehdi (ə.s)-ın, dinsizliyə qarşı etdiyi fikri mübarizədə qəti bir zəfər qazanmaq və İsəvilər ilə müsəlmanlar haqq din İslamda birləşərkən, hz. İsa (ə.s)-ın şəxsinin də ikinci dəfə yer üzünə gələcəyini deyir:
Bədiüzzaman iman edənlərin qalib və hakim mövqedə olduqları dövrün, yəni İslam əxlaqının hakimiyyət illərinin isə hicri 1506-cı illərə qədər davam edəcəyini deyir:
Hz. Mehdi (ə.s) mübarizəsinə hicri 1400-cü ildə başladığına, İslam əxlaqının hakimiyyəti 1506-cı illərə qədər davam edəcəyinə və hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) elmi mübarizəsində zəfər qazanmaq ərəfəsindəykən nüzul edəcəyinə görə, hz. İsa (ə.s)-ın miladi 2000-ci illərin əvvəlində vəzifəyə başlamış olması lazımdır. Bütün bu məlumatlar nəzərə alınarsa, İncildə keçən hz. İsa (ə.s)-ın "SİZİNLƏ DÖVRÜN SONUNA QƏDƏR BİRLİKDƏ OLACAĞAM." sözünün, hədislərdə və Bədiüzzamanın şərhlərində bildirilən şərhlərlə tam uyğunlaşdığı, bu səbəbdən İncildə də "hz. İsa (ə.s)-ın bu əsrdə gələcəyinin xəbər verildiyi" görünəcəkdir.