İnsanların tez-tez düşdükləri xətalardan biri də bir balaca çətinliklə qarşılaşdıqda dərhal bədbinliyə qapılmalarıdır. Bir çox insan bu kimi hadisələrdə "mütləq bu vəziyyəti düzəldəcək bir çıxış yolu var" - deyə düşünməkdənsə, nədənsə əvvəlcə "artıq bitdi", "ediləcək bir şey yoxdur", "bura qədər imiş", "çıxılmaz vəziyyətə düşmüşük", "bu məsələ burada ilişib qaldı" kimi məntiqlərlə hərəkət edib bütün həll yollarının tükəndiyinə inanmağa meyillidir.
Halbuki şərtlər nə qədər ağır və əldəki imkanlar nə qədər məhdud da olsa, insan edə biləcək hər şeyi etmiş də olsa, mütləq hər zaman üçün yeni bir çıxış yolu ola biləcəyinə inanmalı və ümidini heç vaxt itirməməlidir.
Allah Quranda Allaha inanan bir insanın heç bir hadisədə əsla məyus olmayacağını belə bildirmişdir:
Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif surəsi, 87)
“Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini üzənlərdən olma!” – dedilər. (Hicr surəsi, 55 )
Dolayısilə bir möminin qarşısında necə bir vəziyyət olursa-olsun, -dolaylı yoldan da olsa- əsla ümidsizliyə, bədbinliyə və ya mənfi düşüncələrə qapılmamalıdır. Bu Allahın müsəlmanlara əmridir.
Nəfs belə bir vəziyyətlə qarşılaşdıqda insanı müsbət düşünməkdən öncə -sanki bir refleks kimi- dərhal ola biləcək ən mənfi ehtimalları düşünməyə yönəldir. Demək olar ki, hər insan uşaqlığından etibarən -Quran əxlaqını öyrənənə qədər- hər hadisəyə bu dünyagörüşü ilə baxır. Bunun yanlışlığını və zərərini düşünmədiyi üçün də bu refleksi dəyişdirməyə ehtiyac duymur. Çətin bir vəziyyətlə qarşılaşdıqda insanların ilk anda ağızlarından çıxan sözlərin həmişə "əfsus", "təəssüf ki" kimi sözlər olması da bu səbəbdəndir.
Bədbinliyin, neqativ ehtimallarla düşünməyin, çözümsüzlüyə inanmağın insana verdiyi əzab çox güclüdür. Bu hisslərə qapılan insanların yaşadıqları ruh halı Allahın bəyənmədiyi əxlaqı yaşadıqlarına görə, Allahın onlar üçün dünyada yaratdığı qarşılıqdır.
Halbuki bunun tam tərsi bir əxlaqı yaşamaq çox asandır. Sonsuz ağıl sahibi, sonsuz ədalətli, mərhəmətli, lütfkar, bağışlayan və sonsuz yaratma gücünə sahib olan Allahı tanımaq insan üçün çox böyük lütfdür. Allah dilədiyi an dilədiyini yaratmağa qadirdir. Allah Quranda "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186). Quranda insanların Allahdan arzuladıqları hər şeyi istəyə biləcəkləri bildirilmişdir. İnsan istədiyi zaman istədiyini yaratma gücünə sahib olan Allahdan hər şeyi istədiyinə görə çıxılmaz vəziyyətə düşməsi, həll yollarının tükənməsi, çıxış yolunun qalmaması kimi ehtimallar içində yaşaması da tamamilə həqiqətdən uzaqdır. Çünki -Allahın diləməsi və yardımı ilə- insanın hər məsələdə yolu açıqdır. Allahın bu gücünü və mərhəmətini bilməsi də insanın hər zaman hər məsələdə ümidvar olmasını təmin edir.
Bu əxlaq Allahın Quranda əmr etdiyi əxlaqdır. Allahın bu əmrini tətbiq etmək insanlar üçün böyük nemətə çevrilir. İnsanın bədbinlik əvəzinə, belə ümidvar yaşaması daha gözəl və komfortludur. Əks təqdirdə insan daim həyəcan, qorxu içində yaşayarkən Allahın istədiyi əxlaqa tabe olanlar ən çətin şəraitdə belə Allahın köməyini, rəhmətini, yaxınlığını ümid etməyin rahatlığı və sevinci içində yaşayırlar.
Burada düşünülməsi lazım olan bir mövzu da insanın nemət, bolluq, rahatlıq və təhlükəsizlik içində Allaha güvənməsi və bütün bunların Allahın sonsuz gücü sayəsində baş verdiyini bilməsidir. Amma bütün bunlarda bir nöqsan yarandıqda da Allahın gücünün nə qədər sərhədsiz və sonsuz olduğunu unutmasıdır. Quranda bu haldakı insanların göstərdiyi əxlaq bu şəkildə bildirilmişdir:
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar. (Rum surəsi, 36)
İnsan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. (Fussilət surəsi, 49)
Belə bir insan neməti bir dəfə verən Allahın yenidən və istədiyi hər zaman istədiyi qədər çox verməyə qadir olduğunu təqdir edə bilmir. Həyatındaki bütün gözəlliklərin özü əldə etdiyi üçün deyil, Allah elə istədiyi və ona lütf edib o imkanı verdiyi üçün var olduğunu düşünmür. Sahib olduğu nə varsa, bütün bunlar yoxdan var edilərək yaradılmışdır. Çətinlik və sıxıntı zamanı da vəziyyət bundan fərqli deyil. Hər şeyi yoxdan yaradan Allah heç bir çıxış yolu görünməyən bir vəziyyət də olsa, yenə yoxdan yaradacaq və insana yol göstərəcək.
Allah Quranda, “... Yol göstərici və yardımcı olaraq Rəbbin kifayət edər.” (Furqan surəsi, 31) buyurmuşdur. Allahın insana yol göstərməsi -Allahın izni ilə- hər məsələni həll edə biləcəyi çox böyük nemətdir. Bundan əlavə insan onsuz da öz-özünə həll yolu tapa biləcək bir gücə sahib deyil. Allah istəmədikcə heç bir şey edə bilməyən aciz varlıqdır. Allahın ona çıxış və həll yollarını, doğruları göstərməsinə möhtacdır. Dolayısilə insan Allaha çox güvənməli, çox səmimi və ümidvar olarak yardım istəməli və əlindən gələn hər cür səyi göstərməlidir. Ancaq buradakı sirr insanın ümidlə və həyata keçəcəyinə qəti şəkildə inanaraq Allahdan istəməsidir. Nəticəni yaradan Allahdır. Allah möminlər üçün dünya və axirətdə hər zaman ən gözəlini yaradandır.
Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (Səcdə surəsi, 16)
İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”
Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu.
O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. (Şüəra surəsi, 61-65)
Adnan Oktarın «Arab News» & «MSN News»də dərc olunan məqaləsi:
http://www.arabnews.com/islam-perspective/news/740106
http://www.msn.com/en-ph/news/other/no-dead-end-streets-for-real-believers/ar-BBj1le8