Qəsdən edilməyən səhvə qəzəblənmək nə üçün doğru deyil?
Qəsdən edilməyən səhvlərə anlayışla yanaşmaq üçün hansı məsələlərə diqqət edilməlidir?
Bir insan istəmədən ətrafına ziyan vuran hadisələrə səbəb olursa, nə etmək lazımdır?
Əksər insanlar ətraflarındakı insanlarda bir səhv və ya qüsur gördükdə reflektiv olaraq əvvəlcə qəzəblənməyə meyilli olurlar. Belə hallarda əvvəlcə məsələni araşdırmaq əvəzinə heç soruşmadan qarşı tərəfi haqsız çıxarırlar. Hələ uşaq yaşlarında belə bir insan istəmədən boşqab və ya stəkan sındırdıqda böyüklər təqsiri dərhal uşaqda görüb ona acıqlanırlar. Böyük insan səhv etdikdə isə ona qəzəblənməkdə özlərini haqlı hesab edirlər.
Halbuki səhv edən insanın düşdüyü vəziyyəti araşdırdıqda əksər hallarda həmin hərəkəti qəsdən etmədiyi üzə çıxır. Etdiyi hərəkət nə qədər səhv olsa da, qəsdən etməməsi həmin insana qəzəblənməmək üçün əsaslı səbəbdir.
Əlbəttə, səhvləri xatırlatmaq, düzəltməyə çalışmaq lazımdır. Əgər bu səhv insanın etinasızlığından, düşüncəsizliyindən, iradəsizliyindən, məsuliyyətsizliyindən və ya laqeydliyindən qaynaqlanırsa, bir daha təkrarlanmaması üçün hər cür tədbir görülməlidir. Ancaq bu mühüm həqiqəti heç vaxt unutmamaq lazımdır: əvvəla, bir insana səhvi etdirən Allahdır. Allah istədiyi üçün həmin insan səhv edir. Həmin insan o an ancaq qədərində onun üçün müəyyən edilmiş şeyi edir. Ona görə də bu, bir insan səhv etdikdə ona qəzəblənməmək üçün əsaslı səbəbdir.
Qəsdən edilməyən səhvlərə anlayış göstərmək üçün diqqət edilməli xüsuslar
Allah insanı səhv edən varlıq kimi yaratmışdır. Bunun əksini ummaq çox yanlış olar. Əlbəttə, hər insan həyatı boyu mütləq kiçik və ya böyük səhvlər edəcəkdir. İnsan nə qədər tədbir görsə də, nə qədər iradə göstərsə də, Allahın təqdir etdiyi bu həqiqətin qarşısını ala bilməz. Ona görə, bu, səhv edən insana qəzəblənməmək üçün mühüm səbəbdir.
Habelə başqasında səhv gördükdə ona qəzəblənən insan özünün də tez-tez səhv etdiyini unutmamalıdır. Onun səvhləri də başqalarına narahatlıq verə bilər. Ancaq insan əsla başqasının özünə qəzəblənməsini istəməz. Elə isə özünə edilməsini istəmədiyi, özünü incidən, narahat edən bir şeyi başqasına da etməməlidir. Özü həmin vəziyyətə düşdükdə səbəbləri olduğunu düşünüb ətrafdakıların ona şəfqətlə, sevgi və anlayışla yanaşmasını gözlədiyi kimi, o da hər kəsə eyni anlayışla yanaşmalıdır.
Bundan əlavə, Allah insana bağışlamağı, anlayışlı olmağı, şəfqət və mərhəmətdən əl çəkməməyi əmr etmişdir. Deməli, insanın qarşısına bu əxlaqı tələb edən hadisələr və insanlar çıxacaq. Əgər ətrafındakı hər kəs mükəmməl və qüsursuz olsaydı, bir insanın gözəl əxlaqi xüsusiyyətlərini üzə çıxarması da mümkün olmazdı. Ancaq Allah insanları qüsurlu yaratmış və bir-birlərinə qarşı anlayışla davranaraq səhvlərini düzəltmələrini əmr etmişdir.
Qəsdən edilməyən səhvlərdə nələr unudulmamalıdır
Buraya qədər sadalananlar səhv edən insana necə yanaşmağı xatırladır. Bununla yanaşı, səhv edən, ancaq bunu qəsdən, pis niyyətlə etməyən insanı dəyərləndirərkən diqqət edilməli bəzi xüsuslar var.
Səhv olduğunu bilə-bilə, qəsdən yanlış davranmaq Quran əxlaqına tamamilə zidd və Allahın bəyənmədiyi əxlaqdır. Əgər bir insan vicdanı ona doğrunu göstərməsinə baxmayaraq, şüurlu şəkildə pislik edirsə, əvvəla, bu davranışına görə Allahın hüzurunda cavab verəcək. Belə vəziyyətdə insanlar ona qəzəblənməsələr də, Allah bu pis əxlaqın qarşılığını ona verəcəkdir. Ancaq, əlbəttə, möminlər də Allahın bəyənmədiyi davranışa Quran əxlaqına uyğun olaraq qəzəblənərlər ki, bu, onların imanlarının və Quran əxlaqına uyğun yaşadıqlarının göstəricisidir.
Ancaq əgər bir insan bilmədən, yanlış anladığına və ya unutduğuna görə, təcrübəsizliyi, məlumatsızlığı ucbatından səhv edirsə, onda bu insana şəfqətlə, mərhəmətlə və gözəl əxlaqla doğrunu göstərmək lazımdır.
Əgər bir insan səhv edirsə, ancaq bunu açıqlamaq üçün səbəbləri varsa, bunları öyrənmədən, onu dinləmədən haqqında əvvəldən hökm vermək, qəzəblənmək çox yanlışdır. İrəli sürdüyü səbəblər, həqiqətən, onun səhv etməsinə əsas ola bilər. Bu təqdirdə, məhz nəfsinin təşviqi ilə bu insana qarşı qəlbində qəzəblənməsi Quran əxlaqına uyğun olmaz.
Bununla yanaşı, insan qarşısındakının sözlərinə əsasən, onun səhvi qəsdən və ya istəmədən etdiyini müəyyən edə bilər. Ancaq onun qəlbində, həqiqətən, pis niyyət olub-olmadığını bilə bilməz. İnsan məhz burada Quran əxlaqına uyğun düşünməli və hüsnü-zənn etməlidir. Çünki mömin üçün qarşı tərəfin sözü və davranışı əsasdır. İnsanların qəlbindəkini ancaq Allah bilir. Buna görə, mömin bir insanın etdiyi səhvə görə irəli sürdüyü bəhanələrdə əsas və haqq görürsə, ona mütləq inanmalıdır.
Mömin qəsdən edilməyən səhvə görə qəzəblənməkdən Allaha sığınmalıdır
Qəsdən edilməyən bir səhv olduqda anlayışla, mərhəmətlə yanaşmaq lazımdır. Əlbəttə, hər səhv kimi qəsdən edilməyən yanlış davranış da maddi-mənəvi zərərə səbəb olur. Mömin belə vəziyyətdə məsələnin bu yönünə diqqət etməlidir. Əgər bir insan istəmədən ətrafına zərər verən şərtlərə yol açırsa, mömin ən ağıllı yol olaraq tədbir görməlidir. Səhv edən insanın düşünməməsi, dərk etməməsi, unutması, yanlış anlaması kimi halların bir daha baş verməməsi üçün lazımi tədbirlər görülməlidir. Bütün bunlara baxmayaraq, həmin insan qüsurunu düzəltmir və yenə də unudur, düşünmədən, yanlış anlayaraq hərəkət edirsə, əlbəttə, ona qarşı daha təmkinli davranmaq lazımdır. Ancaq bu təmkinin səbəbi qəzəb deyil, yalnız Allah rizası olmalıdır.
Mömin bu insanın etdiyi səhvlərlə ətrafına zərər verməsinin qarşısını almaq məqsədi ilə Allah rizası üçün ona təmkinli və tədbirli davranar. Ancaq bunu qəzəblə etməz. Müsəlman istəmədən səhv edən insanın acizliyini gördüyünə görə, ona qarşı şəfqət və qoruma hissləri ilə yanaşar.
Bir tərəfdən şəfqət bəsləmək, digər tərəfdən də tədbir görərək zərərin qarşısını almaq möminin üzərinə düşən məsuliyyətdir. Mömin bu əxlaqı həyatının hər anındakı davranışları kimi ibadət olaraq yerinə yetirər. Möminlərin bu vəzifəsi Quranda belə xəbər verilmişdir:
Qəsdən, qarşı tərəfə zərər vermək, kin və ya həsədlə, intiqam və rəqabət hissi ilə edilən davranışlar da var.
Qəsdən edilən pis niyyətli davranışlarda bu cür davranan şəxsə qəzəblənmək, ona qarşı tədbir görmək və diqqətli olmaq çox normal və hətta vacibdir.
Ancaq yaxşı niyyətli insanın istəmədən etdiyi, hətta zərər verdiyinə görə narahat olduğu vəziyyətdə ona qarşı haqsız yerə qəzəblənmək vicdana sığmır. Çünki o insan ancaq qədərində olanı edir. Allah istədiyi üçün o səhv etmiş, Allah istədiyi üçün həmin insanın o səhvi edəcəyi şərtlər hazırlanmışdır.
Uca Allah Quranda möminlərə mərhəmətli və anlayışlı olmağı, bağışlamağı əmr edir. Mömin bir müsəlman qardaşı kiçik və ya böyük səhv etdikdə bu əxlaqa uyğun davranmalıdır. Səhv edən insanı narahat etmədən, etdiyi səhvə görə ona minnət qoymadan doğru yolu göstərməli, səhvlərini düzəltməsinə kömək etməlidir. Bağışlayaraq, sevgi və anlayışla, cəsarətləndirərək, Allahın izni ilə qardaşının bu səhvini düzəltməsinə və daha gözəl əxlaqlı olmasını təmin etməlidir. Bu mühüm əxlaqi xüsusiyyət Quranda belə xəbər verilmişdir: