Allah Quranda müsəlmanların həyatlarının hər anında, baş verən hər hadisə qarşısında necə davranmalı olduqlarını xəbər vermişdir. Əgər bir müsəlman baş verən hər hansı bir hadisə qarşısında Allahın Quranda buyurduğu həll yoluna görə deyil, öz ağlına, məntiqinə görə hərəkət edərsə Allah bu yolda o insana müvəffəqiyyət nəsib etməz. İslam aləminə də müvəffəqiyyət qazanmaq üçün, maddi – mənəvi gözəlliyə xidmət edən güc sahibi olmaq, rahatlığa çıxmaq, inkişaf etmək üçün, əzilməmək və məğlub olmamaq üçün yol göstərmişdir.
Allahın göstərdiyi bu yol – əzablar, axan qanlar, zülmlər, təzyiqlər, haqsızlıqlar sona çatanadək, yəni yer üzündə fitnə qalmayana qədər – din Allahın olana qədər, yəni Quran əxlaqı dünyanın dörd bir tərəfinə hakim olana və Peyğəmbərimizin (s.ə.v.) dövründəki kimi yaşanana qədər elmlə, mədəniyyətlə, fəlsəfəylə, sənətlə, fikirlə Allah yolunda mübarizə etməkdir
(Yer üzündə) fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. (Ənfal surəsi, 39)
Allahın müsəlmanların bu elmi mübarizədə qalib gəlmələri üçün göstərdiyi yollardan biri də bu mübarizənin birlik halında edilməsidir. Yəni, bütün islam aləmi məzhəb, mədəniyyət, irq, etnik mənşə, camaat, qrup ayrı seçkiliyi güdmədən mənəvi bir lider ətrafında birləşməlidir:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
Allahın bu qəti hökmlərinə baxmayaraq müsəlman aləminin məruz qaldığı zülmlərə çarə olaraq Quranda bildirilməyən çıxış yolları göstərmək məqbul deyil. Müsəlmanların elmi mübarizə əzmlərini gücləndirmək, həyəcanlarını coşdurmaq, şövqlərini artırmaq yerinə, onları passivləşdirəcək, məğlubiyyətə aparacaq yollar göstərmək vicdana uyğun hərəkət deyil. Fitnə dünyaya hakim olduğu, dinsizlik insanlığı bəlalarıyla əhatə etdiyi, dünyanın dörd bir tərəfindəki məzlum qadınlar, yaşlılar və uşaqlardan “Rəbbim bizə Qatından bir kömək edən göndər, bizi qurtar” fəryadları yüksəldiyi bir vəziyyətdə müsəlmanlar ətalət içində gözləməli deyil. Müsəlmanlar var gücləri, bütün imkanları ilə elm və texnologiyadan ən təsirli şəkildə istifadə edib bu fitnənin qaynağını aradan qaldırmalıdırlar.
Fitnənin qaynağı dinsizlik, materializim və bunlara zəmin hazırlayan Darvinizmdir. Bədiüzzamanın da bildirdiyi kimi “Dəqiq fənlərin təsiri ilə Maddiyyun (materializim) və Tabbiyyun (darvinizim və təkamül nəzəriyyəsi) bütün bəşəriyyətə yayılmışdır. Labüd olan isə hər şeydən əvvəl darvinizim və materializmi tam susduracaq tərzdə imanı xilas etməkdir”.
Allahın izni ilə yaşadığımız axır zamanda Bədiüzzamanın da müjdələdiyi kimi Hz. Mehdi bu vəzifəni yerinə yetirəcəkdir. Hz. Mehdini gözləyən, bu mübarək şəxsin dəstəkçisi, tələbəsi olmaq istəyən bütün möminlər “yer üzündə fitnə qalmayana qədər” hər şeylərini səfərbər edərək cəhd etməlidirlər.