Yanacağa daha çox qənaət etmək üçün təyyarələri quşa bənzətmək lazımdır
ucgen

Yanacağa daha çox qənaət etmək üçün təyyarələri quşa bənzətmək lazımdır

880

Müasir təyyarələrin quruluşu yaxşı olsa da, yanacağa daha çox qənaət etmək üçün sürtünməni azaldıb qaldırma qüvvəsini artırmaqla onları daha da aerodinamik etmək mümkündürmü?

Elm adamları nəzəri cəhətdən bunun mümkün olduğunu düşünmüş və təcrübədən keçirmişlər. Yalnız qanadları olan bir modelə sürtünmə qüvvəsini azaldan bir gövdə əlavə etmişlər və kiçik quyruq formasında 3 fərqli model hazırlamışlar. Bu kiçik quyruq gövdə tərəfindən yaradılan aerodinamik pozulmanı tarazlaşdırır. Bunlardan hansının daha çox qaldırma qüvvəsinə və daha az sürtünmə qüvvəsinə malik olduğu araşdırılanda məlum olmuşdur ki:

Yalnız qanad modeli idealdır, lakin yük daşımaq baxımından əlverişli deyil;

Gövdə əlavə olunduqda daşıma tutumu azalmış, sürtünmə artmışdır;

Tamamilə düzgün formada quyruq əlavə olunduqda isə həm daşıma tutumu qənaətbəxş olmuş, həm də sürtünmə azalmışdır.

Sonuncu model quşun formasına yaxın olması baxımından diqqətçəkicidir. 

Allah tərəfindən yaradılan quş aerodinamikasını tamamilə kopiyalamaq hal-hazırda mümkün deyil. Quşun quruluşuna tamamilə uyğun gələn bir təyyarə indiyədək hazırlanmamışdır. Bunun əsas səbəbi isə odur ki, quşlar olduqları mühitə görə qanadlarının formalarını dəyişdirirlər. Təyyarədə isə stabil hissələrdən istifadə olunur. Quşlar təyyarələr kimi qanadcıqlarla deyil, bütün qanadlarından istifadə edərək müxtəlif formalarda uçurlar.  

Müasir təyyarələrin quruluşu yaxşı olsa da, yanacağa daha çox qənaət etmək üçün sürtünməni azaldıb qaldırma qüvvəsini artırmaqla onları daha da aerodinamik etmək mümkündürmü?

Elm adamları nəzəri cəhətdən bunun mümkün olduğunu düşünmüş və təcrübədən keçirmişlər. Yalnız qanadları olan bir modelə sürtünmə qüvvəsini azaldan bir gövdə əlavə etmişlər və kiçik quyruq formasında 3 fərqli model hazırlamışlar. Bu kiçik quyruq gövdə tərəfindən yaradılan aerodinamik pozulmanı tarazlaşdırır. Bunlardan hansının daha çox qaldırma qüvvəsinə və daha az sürtünmə qüvvəsinə malik olduğu araşdırılanda məlum olmuşdur ki:

Yalnız qanad modeli idealdır, lakin yük daşımaq baxımından əlverişli deyil;

Gövdə əlavə olunduqda daşıma tutumu azalmış, sürtünmə artmışdır;

Tamamilə düzgün formada quyruq əlavə olunduqda isə həm daşıma tutumu qənaətbəxş olmuş, həm də sürtünmə azalmışdır.

Sonuncu model quşun formasına yaxın olması baxımından diqqətçəkicidir. 

Allah'ın yaratma sənəti ən gözəl, ən əlverişli və ən ağıllı üsuldur. Bunu həyatın bütün anlarında görmək mümkündür. Bu əsrdə inkişaf etmiş texnologiyaya və məlumata sahib olsaq da, yaradılan canlıların mükəmməl xüsusiyyətlərini olduğu kimi təqlid etmək mümkün deyil. Allah bu xüsusiyyətləri həyatımızı asanlaşdırmağımız üçün gözəl nümunələrlə bizə təqdim etmişdir. Bir çox ixtira bu üsulla ortaya çıxmışdır. Biz bu vəsilələrlə Allah'ın qüsursuz sənətini, üstün əsərlərini görüb təqdir edə bilirik. Bu əsərlər Allah'ın insanlara təqdim etdiyi bir lütfdür.

Uca Allah ayələrində belə bildirir:

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr