İnsan təcrübələrinin və yaşadığı mühüm hadisələrin ruhunda yaratdığı təsiri mümkün qədər xatırlamağa çalışmalıdır. Çünki bu hadisələr əslində həyatının sonuna qədər ona fayda verəcək çox dəyərli təcrübələrdir. Bəs eyni səhvləri təkrarlamamaq üçün nə etmək lazımdır?
www.hayirlardayarismak.imanisiteler.com
İnsanların həyatlarında çox nadir hallarda yaşadıqları bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri bu insanların üzərində aylarla, hətta illərlə qala bilər. O hadisəyə dair görüntülər və səslər insanların gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getmir. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, yol qəzası, yanğın kimi hadisələr, bəzən insanın yaşadığı çox vacib və həyati bir baxış insanın həyatının sonuna qədər unutmayacağı bu cür hadisələrdəndir.
İnsanlar, əsasən, yaşadıqları bu kimi hallarda bəzi çox həyati gerçəkləri qavrayır və həyatlarına yön verəcək çox önəmli bəzi qərarlar verirlər. Çıxardıqları nəticəni çox vacib görür və içlərində "bütün bunları heç vaxt unutmayacaqlarına" niyyət edirlər. Yaşadıqları hadisələrdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər özlərinə faydalı olacaq çox dəyərli təcrübələr olduğunu anlayırlar.
Böyük və kiçik hadisələrdən dərs çıxara bilmək çox vacibdir
Böyük hadisələrlə yanaşı, insanın yaşadığı bəzi kiçik və sadə hadisələr də insanlara çox mühüm qərarlar verməyə səbəb olur. Yediyi acılı, yaxud ədviyyatlı bir yemək mədəsini narahat etdiyi zaman bu insan "Bunun mənə verdiyi zərəri yadda saxlayım və bir daha bu cür yemək yeməyim" deyə bir qərar verir. Çünki eyni çətinlikləri bir daha yaşamaq istəməz. Amma yenə də bu təcrübəsini çox tez zamanda unudur. Ya da tənbəllik etdiyi üçün imtahanına hazırlaşmayan bir insanın bütün bir il boyunca məktəbə getmək məcburiyyətində qalması əslində həmin insanın özü üçün dərs götürməli olduğu çox önəmli bir təcrübədir. Bəlkə də həmin günlərdə "Tənbəllik etməyin zərərini yaddan çıxartmayım" deyə düşünür və bir daha bu cür bir xətaya yol verməməyə niyyət edir. Ya da söylədiyi incidici bir sözdən sonra qarşısındakı insanla olan münasibətində yaratdığı soyuqluğu görən bir insan çox böyük bir peşmanlıq hissi keçirir. " Bundan sonra mütləq düşünərək danışacağam, ağlıma gələn ilk sözü əsla düşünmədən söyləməyəcəyəm" deyə çox səmimi bir qərar verir.
Bu nümunələrdə olduğu kimi hər insanın həyatında bir çox mövzunu daha dərin qavramasına səbəb olan bəzi anlar olur. Öz-özünə "Bir daha bunu heç vaxt etməyəcəyəm", "Buna çox diqqət edəcəyəm", "Bu sözdən, ya da üslubdan heç vaxt istifadə etməyəcəyəm", "Bu yalnış baxış tərzini beynimdən tamamilə silib atacağam" kimi qərarlar verir. Ancaq bununla belə insan çox unutqan bir varlıqdır. Gün ərzindəki kiçik hadisələrdən də, həyatında önəmli yer tutan böyük hadisələrdən də çıxartdığı dərsləri, əldə etdiyi təcrübələri və aldığı qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamağı qərara aldığı hansısa bir məsələni bəzən bir-iki gün, bəzən də beş-on dəqiqə içərisində diqqətinin dağılması ilə dərhal unudur. Ta ki eyni səhvi təkrar edənə qədər.
Bəzən bu hal insan həyatında dəfələrlə təkrarlanır. Önəmli bir hadisə, ya da etdiyi bir səhv bir mövzuda mühüm bir ibrət üçün vəsilə olur və bu insan bu mövzuda daha diqqətli olmaq üçün həyati bir qərar verir. Amma gündəlik həyatına başlaması ilə bunu dərhal unudur. Bir müddət sonra oxşar bir vəziyyətlə qarşılaşır. "Daha əvvəl də eyni vəziyyətlə qarşılaşmışdım və yaşadıqlarımdan əldə etdiyim təcrübəni əsla unutmadan hərəkət etməyi qərara almışdım. Amma bu qərarımı unutduğum üçün yenidən eyni səhvi etdim. Amma artıq bu dəfə bu qərarımı heç vaxt unutmayacağam" deyə niyyət edir. Amma yenə unudur və yenə də eyni vəziyyətə düşür. Yenə unudur və yenə də əvvəlcə verdiyi qərarı xatırlayır və bu unutmalar oxşar hadisələrlə müntəzəm olaraq davam edir.
Bu vəziyyət əlbəttə ki, insanın özünü də təəccübləndirir. Şüurunu, hafizəsini, ağlını istədiyi kimi istifadə edə bilməməsinə; çox yaxşı bildiyi və qəti qərar verdiyi bir mövzuda belə davamlı olaraq eyni səhvləri təkrarlamasına özü də bir məna verə bilmir.
Səhvləri təkrarlamamağın yolu şüurun açıq olmasıdır
İnsan çox mühüm bir məqamı bilməlidir: "Səmimi niyyət edilmədikdə, çox güclü qərar alınmadıqda insan çox təsirləndiyi həyati bir məsələdə belə yaşadıqlarını dərhal unuda bilir." Burada insan əksikliyi öz niyyətində axtarmalıdır.
Məsələn, bir insan böyük və dərin atəş çuxurunun təpəsində, köhnəlmiş bir taxta parçası üzərində dayansa, -Allah`ın diləməsi ilə- şüuru çox açıq olar. Aşağıdakı atəşi unutmasından söhbət belə gedə bilməz. Hər an üzərində dayandığı taxtadan atəşə düşə bilmək ehtimalının olması bu insanın maksimum səviyyədə diqqətini toplamasına səbəb olacaq. Nə kiminsə ona olduğu vəziyyəti xatırlatmasına, nə də eyni təcrübəni bir daha yaşamasına ehtiyac olur. Özü onsuz da təhlükədən qorunmaq, atəşin içərisinə düşməmək üçün lazım olan hər şeyi fikirləşəcək və tədbiq edəcək qədər açıq şüurda olacaqdır.
Əgər insan bir mövzuda onu çox təsirləndirən bir təcrübə yaşadığı və həmin anda çox səmimi bir qərar verdiyi halda bu qərarını tətbiq edə bilmirsə, problem bu insanın başqa şeyləri o məsələdən daha vacib görməsinə, digər məsələlərə isə daha çox maraq duymasına görədir.
Buna görə əgər bir insan bir səhvi təkrar-təkrar edirsə və o səhvin yaratdığı maddi-mənəvi zərərdən kifayət qədər təsirlənmirsə; ya da başına gələn ibrət verici hadisələrdən lazımi dərsi götürə bilmir, təkrar-təkrar eyni hadisələri yaşayırsa; bu halda vicdanında bir xəstəlik ola biləcəyini nəzərə almalı və vicdanını sağlamlaşdırmağa yönəlməlidir.
Amma əlbəttə ki, unutmaq insanın önəmli bir acizliyidir. Bir insan -Allah`ın izni olmadan- özünün bir şeyi unutmasına mane ola bilməz, amma unutmamaq üçün var gücü ilə çalışa bilər. Unutmamaq üçün ağlına gələn maddi-mənəvi hər cür tədbir görə bilər. "Mən aciz bir insanam, nə qədər tədbir alsam da mütləq unudaram" deməməli, cəhd göstərdiyi halda dilədiyi nəticəni ona yaradacaq olanın Allah olduğunu bilməlidir. Təcrübələrin təsirini və aldığı qərarların əhəmiyyətini unutmaması, diqqətinin dağılmaması və zəiflik göstərməməsi üçün bütün gücü ilə mübarizə aparmalıdır. Allah rizası üçün bütün diqqətini gözəl əxlaqlı olmağa yönəltməlidir.
Bütün bu səyləri göstərdiyi halda yenə də unudarsa, Allah insanı unutmasına görə cavabdeh tutmaya bilər və unutmasına baxmayaraq, Allah bu insanın yolunu aça bilər. Quranda bu cür səmimi olaraq səy göstərən insanların "unutduqlarından və etdiyi xətalardan ötrü cavabdeh tutulmamaları üçün" Rəbbimizə bu cür dua etdikləri bildirilmişdir:
"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”(Bəqərə surəsi, 286)
www.Allahinrizasi.imanisiteler.com
İnsan səhvlərindən xilas ola bilmək üçün əvvəlcə özünə qarşı dürüst olmalıdır
Bəzən insanlar çatışmayan cəhətlərini düzəltmək üçün səy göstərirlər. Bunun nəticəsində də həqiqətən müvəffəqiyyətli olduqlarını zənn edirlər. 1 ballıq bir təzyiq olduqda buna səbr edirlər. 2 ballıq təzyiq olduqda buna da səbr edirlər. Amma təzyiq daha da artdıqda artıq buna dözə bilmirlər. Nəfslərindəki bu zəifliyi tətikləyəcək hər hansı bir təhrikedicilik olduqda dərhal əvvəlki hallarına qayıdırlar. O zamana qədər kökündən həll etdiklərini, tamamilə düzəltdiklərini zənn etdikləri çatışmazlıqlarını əslində heç düzəltmədiklərini də ancaq belə bir vəziyyət yarandığı zaman anlayırlar. Amma mühüm olan insanın belə hallarla qarşılaşmadan əvvəl o qüsurundan həqiqətən xilas olub olmadığını yaxşı analiz edə bilməsidir. Buna görə də o cür bir səhvi heç vaxt etməyəcək şəkildə özünü tərbiyələndirməlidir. Çünki hər bir insan istədiyi təqdirdə buna da güc çatdırar. Amma bunun üçün əsas olan "insanın özünə qarşı çox dürüst olması"dır. Özünə sanki yad bir insanmış kimi "kənardan baxa bilməsi"dir. Nəfsinə acımamasıdır. Özünü haqlı görməməsidir. Qüsurunu bağışlanan görməməsidir. Özünü "ehtiyacsız görməməsi"dir. Əksiklikləri ola biləcəyini heç güman etmədən "Mən onsuz da yaxşıyam", "mən onsuz da dəyişdim", "mən onsuz da əlimdən gələn hər cür səy göstərirəm", "mən onsuz da səmimiyəm" deməməsidir. Bu cür yanlış və məhdud məntiq anlayışlarının şəxsiyyəti dəyişdirməsinə, əxlaqını gözəlləşdirməsinə mənfi təsir edə biləcəyini bilməsidir.