Allah insanları zaman və məkana bağlı şəkildə yaratmışdır. Lakin zamanı və məkanı yaradan Allah isə onların fövqündədir və onlardan asılı deyil, həmçinin onların hər ikisini dörd bir tərəfdən əhatə edir. İnsan öz yaradılışı baxımından zaman və məkan daxilində yaşamaq məcburiyyətindədir. O, heç bir zaman və heç bir formada bu vəziyyətini dəyişdirə bilməz. Lakin Allah zamanı və məkanı həm daxildən, həm də xaricdən görür və Öz nəzarəti altında saxlayır.
Bunu belə izah etmək olar: Allah insanın yaşadığı həyatın əvvəlini, axırını, ortasını və sonunu eyni anda görür və bilir. Allah üçün kainatın ilk başlanğıc anı ilə qiyamət saatı arasında heç bir zaman fərqi yoxdur. İnsan üçün isə bu arada çox uzun bir zaman fərqi var. Lakin bizim otuz santimetrlik bir cədvələ baxdığımız zaman onun əvvəli ilə sonunu gördüyümüz kimi, Allah da kainatın əvvəlini və sonunu eyni anda bilmək və görmək gücünə malikdir.
Bu səbəbdən insanların keçmişi, indiki zamanıvə gələcəyi Allah dərgahında əvvəlcədən müəyyənləşdirilmiş bir yazıdır. Allah bizə bunu Quranda alın yazısı kimi bildirmişdir. İnsan heç bir halda həmin alın yazısından kənara çıxa bilməz. Qısası, insanın gələcəyi yalnız Allahın müəyyən etdiyi şəkildə olur. Buna görə də Allah insanlara qeyb haqqında bir təxmin və ya iddia irəli sürərkən qəti danışmamağı əmr etmişdir. Çünki insan nəyi iddia edirsə-etsin, nəticədə yenə də Allahın dilədiyindən kənar heç bir şey baş verməyəcəkdir. Bu səbəbdən müsəlmanlar qeyblə bağlı yalnız Allahın dilədiklərinin baş verəcəyinə iman gətirdikləri üçün hətta bir dəqiqəsonra nə olacağına dair əslaqəti şəkildədanışmazvə öz sözlərini mütləq Allahın istəməsimənasına gələn «İnşaAllah» deyərək bitirirlər:
«Heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm!» - demə! Ancaq: «İnşaAllah (əgər Allah istəsə) edəcəyəm!» - de...» («Kəhf» surəsi, 23-24)