Zühurundan əvvəl bir xəlifənin ölümündə ixtilaf olacaqdır…Özü (hz.Mehdi (əs)) istəmədiyi halda, ondan ortaya çıxmasını tələb edəcəklər və sonunda Rükun (Kəbənin küncü) ilə Məqam (Hz.İbrahimin məqamı) arasında ona beyət edəcəklər. (El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, Hədis No=13) |
ADNAN OKTAR: Zühurundan əvvəl bir xəlifənin ölümündə ixtilaf olacaqdır. Bir xəlifənin; xəlifə deyərkən, müsəlmanların lider kimi gördüyü, İslam aləmində lider kimi gördüyü, sevdiyi bir insan vəfat edəcək. Bu kimdir? Ərbakan bəy. “İxtilaf olacaq”, hələ də indi ixtilaf var. O ixtilafların sancılarını hiss edirsiniz onsuz da, elə deyil? Məsələn, Fatehə qarşı pis rəftar, çirkin münasibətlər bu hadisəyə işarə edir. “Zühurundan dərhal əvvəl bir xəlifənin ölümündə ixtilaf olacaqdır”. Çünki Ərbakan bəy bütün İslam aləmində, həqiqətən də, lider kimi qəbul edilirdi, bir növ xəlifə kimi, bir lider kimi qəbul edilirdi.