Bitkilər də özlərini müəyyən tərzdə düşmənlərdən qorumaq məcburiyyətindədirlər. Bu qorunma üsulları da öz növbəsində bitki növlərinə görə müxtəliflik təşkil edir. Məsələn, düşmənləri ilə mübarizə aparmaq üçün bəzi bitkilər parazitlərə və böcəklərə qarşı müxtəlif maddələr ifraz edərək özlərini bu şəkildə qoruyurlar. Bitkilər bir nömrəli müdafiə silahları olan zəhərli kimyəvi ifrazatlarından lazımı qədər istifadə edə bilmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, göbələklərin və xiyarların zəhərli ucları var. Onlar bunun sayəsində hücum anında hərəkətə keçə bilirlər. Belə tam təchizatlı döyüş nümunələrindən biri də Çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi şirənin köməyi ilə gövdəsinin altındakı torpağı çox sistemli bir şəkildə zəhərləyir. Belə ki, bu zəhərlənmədən sonra həmin yerdə çox kiçik bir ot belə yetişə bilmir. Çinar ağacı bu zəhərli maddəni öz nəzdində saxlamasına baxmayaraq, özü bu zəhərdən çox cüzi qədər belə zərər görməz. Hücuma məruz qaldıqlarında yaşadıqları mühitdən uzaqlaşmalarını təmin edəcək ayaqları və ya mübarizə aparacaq heç bir orqanı olmayan bu bitkilər düşmənlərinə qarşı, sadəcə, ifrazatları ilə cavab verməzlər. Bundan əlavə, bu bitkilər bir çox müdafiə etmə mexanizması ilə bərabər yaradılmışlar. Bu mexanizimlərin arasında xəbərləşmə qabiliyyəti də var. Bəzi bitkilər dişlənilən yerdən özlərini dişləyən böcəklərin həzm sisteminə pozucu və ona saxta toxluq hiss etdirən bir maye ifraz edir. Eyni zamanda, yarpaq ziyan gördüyü yerdən jasmonik adında xüsusi bir turşu ifraz edərək yarpaqların hücumdan xəbərdar olmalarını və həmin anda özlərini müdafiə etmələrini təmin edir.
Qarğıdalı və paxla bitkiləri isə düşmənlərindən qorunmaq üçün parazit halında yaşayan eşşək arılarından sanki muzdlu əsgər kimi istifadə edirlər. Bu bitkilər yarpaqlarına tırtıl düşəndə xüsusi bir kimyəvi ifrazat istehsal edərək eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da öz növbəsində sürfələrini bitkiyə hücum etmiş olan tırtılın üstünə qoyurlar. Günü-gündən böyüməkdə olan sürfə tırtılın ölümünə səbəb olur və bu da öz növbəsində bitkinin xilas olmasını təmin edir. Bəzi bitkilər isə quruluşlarında aloyalı kimyəvi mürəkkəblər saxlayırlar. Bunlar böcəklər və heyvanlar üçün bəzən cəzbedici, bəzən qorxuducu, bəzən allergiya verici, bəzən də öldürücü təsir göstərirlər. Məsələn, kəpənəklər kol çiçəkli bitkilərə yaxınlaşmazlar. Çünki bu növdə olan çiçəklər müdafiə sistemlərində sinigrin adında zəhərli bir maddə saxlayırlar. Bu səbəbdən də, kəpənəklər tərkibində zəhərli maddə olmayan salxım çiçəkli bitkiləri seçirlər. Buradaki fərqi isə kəpənəklərin hardan bilməsi çox maraqlıdır. Kəpənəyin bunu təcrübədən keçirərək öyrənməsi qeyri-mümkündür. Həmin bitkinin dadına baxmaq isə kəpənəyi öldürəcəkdir. Demək, kəpənəklər bu məlumatları fərqli şəkildə əldə edirlər.
Ağcaqayın ağaclarının, xüsusilə də şəkər ağcaqayınlarının özlərinin cavan cücərtilərini və yarpaqlarını zərərli canlılardan qorumaq sistemi var. Bu, çox vaxt insanların həşəratlara qarşı istehsal etdikləri vasitələrdən daha təsirlidir. Şəkər ağcaqayının gövdəsində bol şəkərli şirə olmasına baxmayaraq, yarpaqlarına tanin deyilən bir maddə göndərir. Bu, həşaratları narahat edə biləcək bir maddədir. Tərkibində tanin olan yarpaqları yeyən həşaratlar xilas olmaq üçün dərhal tərkibində az tanin olan üst yarpaqlara çıxırlar. Halbuki, üst yarpaqlar quşların ən çox baş çəkdikləri yerlərdir. Üst də olan yarpaqlara qaçan həşaratlarda quşlar tərəfindən çox asanlıqla ovlanırlar. Şəkər ağcaqayını da bu strategiyanın vasitəsi ilə həşaratların hücumundan çox az bir zərər görərək xilas olur.
Orta və Cənubi Amerikada yetişən asma bitkisi qara və yaşıl tırtıllar və qırmızı kəpənəklər üçün cəzbedici və tam lazım olan bir yemək növüdür. Belə ki, bu həşəratlar balaları yumurtadan çıxan kimi bu ləzzətli yemək ilə qidalana bilmək üçün öz yumurtalarını asma bitkisinin yarpaqlarının üzərinə qoyurlar. Ancaq burada çox vacib bir məqam var. Kəpənəklər bitkiyə lazımı qədər nəzarət etdikdən sonra öz yumurtalarını bu bitkinin yarpaqlarının üzərinə qoyurlar. Əgər başqa bir heyvan öz yumurtalarını eyni bitkinin üzərinə qoyubsa, belə olduqda, birdən çox ailə fərdlərinin bəslənməsi çətinləşər. Bu səbəbdən, kəpənəklər həmin yeri seçməzlər və başqa boş yarpaqlar axtararlar. Həşaratların seçiminin bu istiqamətdə olması bitkiyə olduqca böyük üstünlük verir. Çünki asma bitkisi hücumdan qorunmaq üçün həşaratların seçiciliyindən faydalanır.
Asma bitkisinin bəzi cinsləri yarpaqlarının üst hissəsində yaşıl yumrucuqlar meydana gətirirlər. Bəzi növləri isə yarpağının altında yerləşən budaq ilə birləşmə yeri üzərində kəpənəklərin yumurtalarının rənginə oxşar ləkələr meydana gətirirlər. Bunu görən kəpənək və tırtıllar isə özlərindən əvvəl başqa həşaratların bu yarpaqların üzərinə yumurta qoyduqlarını zənn edərək, bitkinin üzərinə yumurta qoymaqdan imtina edib özlərinə yeni yarpaqlar axtarmağa başlayırlar.
Hər kəsin bildiyi qədərilə torpaqdan çıxan, quru budaqdan və yarpaqlardan ibarət olan asma bitkisinin bu tərzdə öz yarpaqlarını qoruması inanılmaz üsuldur. Bu bitki hər hansı bir ağıla, yaddaş və analiz qabiliyyətinə sahib deyil. Özündən tamamilə fərqlənən bir canlının, bir həşaratın xüsusiyyətlərini, seçimlərini, yumurtalarının şəklini bilməsi isə tamamilə imkansızdır. Amma asma bitkisi göründüyü kimi, nəyin ki həşaratın yumurtalarını qoymaqdan imtina edərək başqa bir bitkiyə istiqamətlənəcəyini bilir, hətta öz yarpaqlarında bu yumurtalara oxşar naxışlar və müxtəlif dəyişikliklər meydana gətirir.
Gəlin birlikdə asma bitkisinin, bir həşaratın yumurtalarını təqlid edə bilmək üçün nələr edə biləcəyini düşünək. Təqlid ağıl tələb edən bir qabiliyyətdir. Bu səbəbdən də, bitki həm ağıla sahib olmalı, həm bu yumurtaları görüb dərk etməli, həm də bunu yaddaşına yerləşdirməlidir. Daha sonra bunu öz incəsənət qabiliyyəti ilə birləşdirməli, öz daxilində müxtəlif dəyişikliklər meydana gətirərək belə bir hücum taktikası həyata keçirməlidir. Təbii ki, bu saydıqlarımızın heç biri bitki tərəfindən reallaşdırılması mümkün olmayan və ya kor təsadüflərin nəticəsində meydana gələ biləcək şeylər deyil. Həqiqət isə yalnızca asma bitkisinin bu xüsusiyyətlə yaradılmasındadır. Bu ona Allah tərəfindən xüsusi olaraq verilmiş bir hücum sistemidir. Hər şeyi ən xırda detalına qədər yaradan Allah yer üzündəki bütün bitkilərin olduqları şəraitdə onlara lazım olan bütün ehtiyaclarını yaratmışdır. Allah hər şeyin hakimidir. Bütün kainatda bitən hər bitkidən xəbərdar olandır.