Bir ayə bir açıqlama: “Rum” surəsi, 30
ucgen

Bir ayə bir açıqlama: “Rum” surəsi, 30

802

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum surəsi,  30)

 
Uca Rəbbimiz Quranda seçib bəyəndiyi İslam dininin insanın fitrətinə (yaradılışına) ən uyğun həyat tərzi olduğunu bildirir. Başqa sözlə, insanın fitrəti Allah`a qulluq və inam üzərində quruludur. Uca Allah`a inanmağa və hər işində Ona yönəlməyə möhtac olan insan bu fitrətə uyğun yaşayarsa, həqiqi imana, təvəkkülə, rahatlığa, xoşbəxtliyə və qurtuluşa qovuşar. Bu fitrəti inkar edib Qurandan üz çevirdikdə isə sıxıntı, qorxu, narahatlıq və əzab həyatına hakim kəsilər.
 
Bunu cəmiyyətlər barəsində də deyə bilərik. İman gətirən insanların cəmiyyətində ədalət, hüzur, xoşbəxtlik hakim olduğu halda, Allah`a ibadət etməyə təkəbbür göstərən cəmiyyətlərin təməli çürük mənəviyyata əsaslanır.
 
Dindən uzaq yaşayan kütlələrə nəzər saldıqda bunu aydın görə bilərik. Dinsizlik ilkin olaraq əxlaq anlayışını ortadan qaldırır və tamamilə degenerasiya olmuş cəmiyyətlər meydana gətirir. Dini və əxlaqi dəyərləri əhəmiyyətsiz hesab edən və yalnız nəfsani istəkləri üstün tutan bu sistem sözün əsl mənasında zalımlıq mexanizmidir. Belə bir sistemdə cinsi əxlaqsızlıqdan tutmuş narkomaniyaya qədər hər növ pozğunluq müşahidə edilə bilər. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünməyən və ağlından istifadə etməyən cəmiyyətlər formalaşır. Çünki belə cəmiyyətdəkilər Allah`ı “saymayıb unudan” (Hud surəsi, 92) (Allah`ı tənzih edirik) və Allah qorxusundan məhrum olan insanlardır. Nəticədə, qısa dünya həyatını tamamilə nəfsani istəklərinə həsr edirlər. Buna görə də, yaradılışına uyğun yaşamayan cəmiyyətlər rahatlıqdan, xoşbəxtlikdən, etibardan məhrum cəmiyyətlərdir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr