1400 İL ƏVVƏL QURANDA ÜRƏK MASAJINA İŞARƏ
(Bəqərə surəsi, 72-73) “O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar”. Ölü danışmalıdır, kimin öldürdüyü bəlli deyil. “Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız”.
Müasir tibbdə də ürək dayandığında ürək masajı edilir, əgər canlanmazsa, ürəyin üstünə güclü şəkildə vurulur. Yumruq tərzində. Ürək o zaman birdən işə başlayır. Quran ayəsi 1400 il əvvəl bu yeni olan elmi həqiqəti bildirir.
FİRON DÖVRÜNDƏ HƏR ŞEYİ HATHORUN ETDİYİNƏ İNANIRDILAR
Fironun sülaləsində Marfan sindromu vardı. Ayaq barmaqları çox uzun, əl barmaqları çox uzun, patoloji, başının forması da bir qəribə idi. Marfan sindromunda ürək narahatçılığı da olur, bir çox narahatlıqlar var. Lakin hz. Musa (ə.s)-ı suyun içində tapdıqda çox sağlam və xeyli də gözəl olduğunu görürlər. Bütləri Hathorun onlara göndərdiyinə inanırlar. Çox sevinirlər, sandıq içində olduğu üçün heyrətlənirlər. Çünki, heç kim uşağını Nilə atmaz. Əlbəttə, uşaq Fironun ailəsinin olduğu yerə gəlir. Tam sarayın sahilinə gəlir. O zaman tam qənaətə gəlirlər ki, Hathor göndərdi. Allah bilmədilər deyir, halbuki o, onlar üçün bir bəla olaraq gəldi deyir. Mənə də düşmən, ona da düşmən olan kəslərin yanına göndərdim deyir. Əslində onları həlak etmək üçün göndərdim deyir.
Hər şeyi Hathorun etdiyinə inanırlar. Uşaqları dünyaya gətirdiyinə, Nil çayı daşdığında, hər şeyi onun etdiyinə inanırlar. Hz. Musa (ə.s)-ı da uşaqlıqdan etibarən, sənin atan, sənin doğumunu təmin edən Hathordur kimi cavanlıq çağlarına qədər öyrətmişlər. Əlbəttə, hz. Musa (ə.s) sonra həqiqəti öyrənir.