Bu gün dünya əhalisinin böyük hissəsi müharibələr, aclıq, qıtlıq, yoxsulluq, zülm, işgəncə, haqsızlıq, istismar, qəddar münasibət kimi səbəblərə görə əziyyət, sıxıntı içində yaşayır. Şübhəsiz ki, sıxıntı içində olan insanlar arasında ən çox əziyyət çəkən uşaqlardır.
Dünya ictimaiyyəti uşaqların ölməsinə, evlərin bombalanmasına, milyonlarla insanın evlərindən məhrum olmasına, qısası, müharibəyə bir növ alışıb... İnsanlar müharibələrə, münaqişələrə alışıb, yaxud zorla alışdırılıb... Hətta vəziyyət elə yerə çatıb ki, hər gün başlıqlarda verilən bombardman xəbərləri, qan içində əziyyət çəkən qadınların, uşaqların şəkilləri insanların böyük əksəriyyətinə adi gəlməyə başlayıb. Halbuki, o şəkillərdə qan içində əziyyət çəkən uşaqlar eynilə dünyanın başqa yerindəki uşaqlar kimi ata-analarının göz bəbəyidir... Ancaq yaşadıqları mühit digər uşaqlardan və körpələrdən çox fərqlidir. Onlar yoxsulluğun, zülmün, müharibənin, qıtlığın, aclığın içində doğulur və qısa müddət sonra bu dünyadan köçüb gedir və ya şikəst qalırlar. Bu cür hadisə olmasa belə, çoxu aclıq, müharibə, itkilərlə uşaqlıq dövrlərini yaşamadan böyüyürlər. Hələ topla oynamadan bombalardan qaçmağı, bəyənmədiyi yemək üçün nazlanmaq əvəzinə tapdığını yeməyi, sevgi əvəzinə nifrəti öyrənirlər. Ən pisi isə odur ki, bu vəziyyət adiləşib, sülhə çağıranlar, sülh üçün həll yolu axtaranlar tənqid edilirlər. Düşündürücü olan da budur ki, bu qrupun içində müsəlmanlar da var...
Statistikaya görə, dünyada yaşayan təqribən 2 milyard uşaqdan 600 milyonu, yəni dünyadakı uşaqların 30%-i yoxsulluqdan əziyyət çəkir. Əlbəttə, bu problem aclıq, sağlamlıq problemləri, epidemiyalar, təhsilsizlik kimi problemləri də özü ilə gətirir. Dünyada 150 milyona yaxın uşaq heç məktəbə getmir. Silahlanma, istismar, müharibələr və münaqişələrdən ən çox zərər çəkən kütlələrdən biri uşaqlardır. Dünya səviyyəsində 600 milyona yaxın uşaq təhlükəli döyüş bölgələrində yaşayır. Nəticədə, hər il milyonlarla uşaq həyatını itirir və ya şikəst qalır, qalanları isə həyatını əzab-əziyyət və bədbəxtlik içində keçirir. Bu günə qədər aclıq, xəstəlik, baxımsızlıq səbəbi ilə ölən uşaqların sayı milyonlarladır.
Uşaq əsgərlər
Bu gün dünyada 350-400 minə yaxın uşaq əsgər var. Təkcə 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır.
Müharibədə iştirak etməyə məcbur edilən uşaq əsgərlər qeyri-kafi qidalanmadan yaranan xəstəliklərə görə həyatını itirir. Vitamin çatışmazlığından yaranan xəstəliklər, vəba, malyariya ən geniş yayılmış xəstəliklərdəndir.
Somali, Myanma, Cənubi Sudan da daxil olmaqla, 8 ölkədə uşaqlar zorla əsgər edilir. ABŞ, İngiltərə, Avstraliya və Kanadada isə 18 yaşdan aşağı uşaqları əsgərə aparmaq sərbəstdir. 23 döyüş bölgəsində 50-dən çox terror təşkilatı uşaqları döyüşməyə məcbur edir. Qəbilə adət-ənənələri, vətəndaş müharibəsi və yoxsulluq uşaqların əsgər edilməsində başlıca amillərdir.
Uşaq əsgərlərdən istifadə edən bölgələrin başında Afrika gəlir. Afrika qitəsindəki bütün döyüş bölgələrində uşaqlar döyüşməyə məcbur edilir.
Konqo Demokratik Respublikası bu sahədə ən pis ölkədir. 90-cı illərdə Konqoda baş vermiş vətəndaş müharibəsində 100 mindən çox əsgər uşaq həyatını itirib. Liberiya vətəndaş müharibəsində də 50 minə yaxın uşaq əsgər həlak olub. Kot-d`İvuar Respublikasında vətəndaş müharibəsində keçmiş prezidentin tərəfində vuruşan 200 uşaq həlak olub.
Uqanda Müqavimət Ordusunda 10 minə yaxın uşaq əsgər var. Cənubi Sudandakı vətəndaş müharibələrində həm hökumət, həm də müxalifət uşaq əsgərlərdən istifadə edir. Mərkəzi Afrika Respublikasında 6000, Selekada 2000 uşaq əsgər var. Anti-Balaka milisləri də uşaq əsgərlərdən istifadə edir. Syerra-leonedə vətəndaş müharibəsində 1000 uşaqdan əsgər kimi istifadə edilmişdi. İnsan Haqları Müşahidə Təşkilatına əsasən, Boko Haram hərəkatında istifadə edilmək məqsədilə uşaq əsgər yetişdirilir. Müxtəlif şəbəkələr də Qərbi Afrikada vətəndaş müharibələrində istifadə etmək məqsədilə terror təşkilatları üçün uşaq əsgərlər satır. Bu uşaqlardan eyni zamanda ucuz işçi qüvvəsi kimi də istifadə edilir. Məsələn, minlərlə uşaq almaz mədənlərində işlədilib.
Yaxın Şərqdəki müharibə və döyüşlər ən çox uşaqlara təsir edir
İraq, Suriya, Fələstin, Əfqanıstan kimi ölkələrdə illərdir davam edən müharibə və qarşıdurmalarda ən böyük zərəri yenə uşaqlar çəkir. Suriya vətəndaş müharibəsinin uşaqlara təsir etməsi bir mənbədə belə bildirilir:
“İnsan Haqları Müşahidə Təşkilatının (Human Rights Watch) 23 iyun 2014-cü il tarixli hesabatına əsasən, Azad Suriya Ordusu, Nüsra cəbhəsi, İslami Cəbhə kimi təşkilatlar Suriya hökumətinə qarşı uşaq döyüşçülərdən istifadə edir. İŞİD kimi təşkilatlar da uşaqlara silahlı təlim keçir və onlardan intihar hücumlarında istifadə edir.
Bundan əlavə, uşaqlar snayperçi kimi təlimləndirilir və cəbhələrə silah-sursat daşıyırlar. Hesabatda kürd nəzarəti altındakı bölgələrdə də uşaqların cəbhəyə göndərildiyi bildirilir.
Suriyalı Zorakılığı Müşahidə Mərkəzi 2011-ci ildən etibarən ölən döyüşçü oğlan uşaqlarının sayının 194 olduğunu bildirmişdi. İraqda da eyni mənzərə hakimdir. BMT-nin hesabatına əsasən, 5.5 milyon iraqlı uşaq əsas ehtiyaclarından məhrumdur. ABŞ işğalından etibarən 6 milyon uşaq yetim qalıb, minlərlə ailə uşaqlarını itirib. “Iraq Body Count-IBC”nin faktlarına əsasən, işğal müddətində 3.290.018 iraqlı uşaq şikəst qalıb və ya həyatını itirib. Son 5 ayda ölən uşaq və gənclərin sayı 700-ə çatır. Bundan əlavə, İraqda hər il 35.000 körpə ölür və uşaqların ¼ -i qeyri-kafi qidalanmaya görə fiziki və əqli cəhətdən inkişaf etmir.
“Unicef” də İraqda 2008-2010-cu ilərdə 900-ə yaxın uşağın gündəlik zorakılıq hadisələrində öldüyünü, 3200 uşağın da yaralandığını açıqlayıb. Son dövrdə İŞİD-in türkmənlər, yezidilər kimi bir çox bölgə xalqına etdiyi hücumlar uşaq ölümlərinin artmasına səbəb olur.
Ölüm, yaralanma, şikəst qalmadan başqa, İraqda uşaqları gözləyən digər təhlükə də uşaq quldur dəstələridir. Şəxsiyyət vəsiqələri dəyişdirilən uşaqlar 400-10 min dollara satılır. Bunların bir qismi uşaq porno qruplarının əlinə düşür (mənbə: http://sosyal.hurriyet.com.tr/Yazar/81/Verda-ozer/41152/Turkiye-nin-vakti-geldi )
İsrailin Qəzza əməliyyatında da ən çox itki verən uşaqlar oldu. İki tərəfə cəmi 8 milyard dollar ziyan vuran əməliyyatlarda 467 fələstinli uşaq həyatını itirdi, 3009 uşaq yaralandı.
Əfqanıstanda isə uşaqlar səfalət içindədir. Hədsiz yoxsulluq və mənfi iqlim şərtləri əfqanların aclıqdan əziyyət çəkməsinə səbəb olur. Qida çatışmazlığı ən çox kiçik uşaqların inkişafında qalıcı zərərlərə səbəb olur. Əfqan hökumətinin və BMT-nin faktlarına əsasən, ölkədəki uşaqların 55%-i qeyri-kafi qidalanmaya görə inkişafdan geri qalır və bərpa edilməz zərərlər çəkir. Bu, eyni zamanda, ölkənin gələcəyi üçün ciddi fəlakət deməkdir.
Uşaqların dünyanın hər yerində sevgi ilə böyüməsi üçün ictimai şüurun formalaşmasına ehtiyac var. Dünya səviyyəsində bir an əvvəl sevgi, sülh, qardaşlıq, ədalət, mərhəmət, şəfqət yayılmalıdır.
Unutmayaq, müharibələrdə ölən uşaqlar, əslində, bütün cəmiyyətin uşaqlarıdır. Hamımız onların ataları, analarıyıq. Onların həsrətini çəkdiyi sevgini, şəfqəti onlara hər kəs verə bilər. Onları hər kəs öz uşaqları kimi sevə bilər. Maddi-mənəvi bütün ehtiyaclarını təmin edə bilər. Bunun üçün insan sadəcə vicdanının səsinə etinasız yanaşmamalıdır.
Səmimi iman gətirənlər yardım gözləyən insanların səsinə biganə qalmazlar
Allah`a iman gətirən və bütün həyatını Quran əxlaqı ilə yaşayan insanlar üçün ətraflarında baş verən hər hadisədə böyük hikmətlər var. Çünki Allah hər hadisəni bir səbəblə yaradır, insanları da davranış və rəftarları ilə sınayır. Hər imanlı insanın üzərinə düşən vəzifələr var. Allah`ın varlığını və birliyini təbliğ etmək, insanları pis işlərdən çəkindirmək, yaxşı işlər görməyi əmr etmək, Allah`ı inkar edən hər cür cərəyana qarşı fikri mübarizə aparmaq.
Beləliklə, dinin layiqincə təbliğ edilməsi ilə güclü vicdanı olan, Allah`dan qorxan cəmiyyət formalaşar, dinsizlikdən qaynaqlanan problemlərin həlli öz-özlüyündən aradan qalxar.
Dövrümüzdə ən əsas mübarizə dini inkar edən materialist fəlsəfəyə qarşı ideoloji mübarizə olmalıdır. Əlbəttə, bu mübarizə Quranda tərif edilən sülhpərvər və uzlaşma üslubu ilə aparılmalıdır. Nəticədə, ideoloji əsası süqut edən bütün fəlsəfi cərəyanlar bir-bir aradan qalxar. Allah “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allah`a) aid etdiyiniz sifətlərə görə vay halınıza!”(Ənbiya surəsi, 18) ayəsi ilə bizə haqqın qarşısında batilin mütləq məhv olacağını bildirir.
Bu səbəbdən də din Quran əxlaqından uzaq olan bütün insanlara təbliğ edilməli, insanlar dinsizliyin nəticəsi olan qaranlıq dünyadan çıxmağa təşviq edilməlidirlər. Məzlumlara yardım əli uzadılmalıdır. İnananlara bu şərəfli vəzifəni bir daha xatırlatmaq, dünyada baş verən qarşıdurmaları, zülm görən insanları, qadınları, uşaqları, məzlum xalqların vəziyyətini düşündürmək baxımından bu mövzu çox böyük əhəmiyyət daşıyır.
Uşaqların üzünün güləcəyi, Quran əxlaqının hakim olacağı dövr Mehdiyyət dövrüdür
Axırzamanın güclü fitnəsində bu qədər fəlakət, əzab və sıxıntının içində olan məzlum uşaqlar da bütün insanlar kimi hz. Mehdinin (əs) gəlişi ilə əsl mənada xilas olacaqlar. Layiq olduqları sevgi, şəfqət, mərhəmət, xoşbəxtlik, rifah, sevinc və əmin-amanlığı hz. Mehdinin (əs) mənəvi liderliyi altındakı İslam birliyində tapacaqlar.
Hz. Mehdinin (əs) dəccaliyyətin iki qolu olan darvinist-materialist ideologiyanı və xurafatı dünya səviyyəsində elmi yolla aradan qaldırması ilə uşaqlar şeytanın qan, vəhşilik, zülm, amansızlıq, ədalətsizlik, haqsızlıq, istismar, eqoizm və mənfəətpərəstlik üzərində qurulmuş fitnəsindən xilas olaraq İslamın xeyir-bərəkətinə qovuşacaqlar. Qorxu, ölüm, zülm, yoxsulluq, aclıq, təhlükə, səfalət və cəhalət günləri geridə qalacaq.
Ədaləti, paylaşmağı, yoxsula, yetimə, yolda qalmışa malından paylamağı, qardaşının nəfsini öz nəfsindən üstün tutmağı, ehtiyacından artıq qalanı Allah yolunda sərf etməyi nəsihət edən Quranın xeyir-bərəkəti içində dünyada ən mükəmməl həyat yaşanacaq.