Həcc surəsi, 78 (Cihad etmək, qan tökmək demək deyil)
ucgen

Həcc surəsi, 78 (Cihad etmək, qan tökmək demək deyil)

2180

Adnan Oktarın 31 mart 2011 A9 tv və Samsun Aks tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Həcc surəsi, 78 "Allah adına lazım olduğu kimi cihad edin." Cihad demək qan tökmək deyil. Təbliğ, cəhd etmək, cəhd göstərməkdir. "O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir." Yəni "dininiz asandır" deyir. İslam dini asandır, lakin xurafatçılar son dərəcə çətin göstərdiyi üçün insanlar dini fövqəladə çətin zənn edirlər. Deyir ki; "60 yaşına gəldiyim vaxt o zaman müsəlman olaram, o zaman dünyadan əl çəkər, içimə qapanaram" deyir. Qardaşım, sənə dünyadan əl çək deyən kimdir? Din sənə elə bir şey deyirmi? Əksinə, dünyanı daha gözəl yaşayar dindar. Daha haqqıyla yaşayar, dünya zövqlərini daha gözəl yaşayar. Mən özümdən bilirəm. Aləmin şahıyam yəni belə. Ən gözəl şəkildə yaşayıram həyatımı, bütün dünya zövqlərindən, hamısından istifadə edirəm. Hamısını ən gözəl yaşayıram. Amma dinimi diqqətlə yaşayıram. Din olmadan onsuz da heç bir zövqün mənası olmaz. Hamısı dinin verəcəyi zövq içərisində bir məna qazanar.

"O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir." Yox. Xurafatçılar çətin göstərirlər. İnsanlar da bilmədiyi üçün dini belə dəhşət verici bir şey zənn edirlər. Din müdhiş bir fərahlıq, sevinc və bayramdır. Ürəkləri açar. Bədənə, ruha, hər şeyə səhhət və salamatlıqdır. Həyat hər istiqamətiylə mənalı və gözəl olar. Hər şey gözəl olar. İnsanlar gözəl olar, çiçəklər gözəl olar, heyvanlar gözəl olar, həyat gözəl olar, evlər gözəl olar, hər şey gözəl olar dində. "Atanız İbrahimin dini(ndə olduğu kimi)." Onun dini də çox asan idi" deyir Allah. Xurafatçılar çətin göstərirlər. Əsla, insanlar buna inanmasın.

PAYLAŞIN
logo
logo
logo
logo
logo