Təkamülçülər insanların uydurma ilk meymunabənzər əcdadlarına “cənub meymunu” mənasını verən Avstralopitekus adını verdilər. Bu canlılar əslində nəsli kəsilmiş meymun növündən başqa bir şey deyil. Avstralopitekus cinsinin müxtəlif növləri olsa da, yalnız Avstralopitekus afarensis (1974-cü ildə tapıldıqda dünyaya insanın təkamülünün isbatı olaraq təqdim edilən “Lucy”nin təmsil etdiyi növ) insanın birbaşa əcdadı olaraq qəbul edilir. Ancaq Avstralopitekus fosilləri üzərində aparılan ətraflı analizlər bunların adi meymun növləri olduğunu ortaya qoymuşdur.
Avstralopitekusların ilk ola
raq Afrikada təxminən 4 milyon il əvvəl ortaya çıxdıqları və dövrümüzdən 1 milyon il əvvələ qədər də yaşadıqları hesab edilir. Avstralopitekusların hamısı dövrümüzdəki meymunlarına bənzəyən nəsli kəsilmiş meymunlardır. Hamısının beyin həcmləri, dövrümüzdəki şimpanzelərin beyni ilə eyni və ya daha kiçikdir. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlarda olduğu kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün əlverişli xüsusiyyətlərə malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlarda olduğu kimi erkək Avstralopitekus dişisindən daha iridir. Kəllələrindəki yüzlərlə detal, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət, bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.
Bu mövzudakı təkamülçü iddia isə, Avstralopitekusların tam bir meymun anatomiyasına sahib olmalarına baxmayaraq, digər bütün meymunların əksinə, insanlar kimi dik yeridikləri iddiasıdır.
Halbuki Avstralopitekus üzərində aparılan bir çox araşdırmada bu növün insana bənzər şəkildə yeriyə bilmədiyi və iki ayaqlı olmadığı nəticəsinə gəlinmişdir:
1) Lord Zakerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, Avstralopitekusların yalnız adi bir meymun növü olduqları və qətiyyən dik yerimədikləri nəticəsinə gəldi. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94)
2) Bu mövzudakı araşdırmaları ilə məşhur digər təkamülçü anatom Çarlz E. Oksnard da Avstralopitekusun skelet quruluşunun dövrümzdəki oranqutanların skelet quruluşuna bənzədiyi nəticəsinə gəldi. (Charles E. Oxnard, “The Place of Australopithecines en Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389)
3) 1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spoor və qrupu, Avstralopitekusun skeleti ilə əlaqədar qəti bir nəticəyə gəlmək üçün əhatəli araşdırma apardı. Skeletlərdə bədənin yerə nəzərən vəziyyətini təyin edən “ilbiz” adlı bir orqan üzərində araşdırmalar aparıldı. Spoorun gəldiyi nəticə, Avstralopitekusun insanların yerişinə oxşar bir yeriş formasına sahib olmadığı həqiqəti idi. (Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 645-648)
4) 2000-ci ildə B. G. Riçmond və D. S. Strait adlı elm adamlarının reallaşdırdığı və “Nature” jurnalında nəşr olunan bir araşdırmada Avstralopitekusların said sümükləri araşdırıldı. Müqayisəli anatomik araşdırmalar, bu növün indiki vaxtda yaşayan və 4 ayaq üzərində yeriyən meymunlarla eyni said sümüyü anatomiyasına sahib olduğunu göstərdi. (Richmond, B.G. and Strait, D.S., Evidence that humans evolved from a knuckle-walking ancestor, Nature 404(6776):382, 2000)
Şərh edir:
Avstralopitekusun insanın əcdadı sayıla bilməyəcəyi, son dövrdə təkamülçü qaynaqlar tərəfindən də qəbul edilir. Məşhur Fransız elm jurnalı “Science et Vie”, may 1999 sayında bu mövzunu üz qabığında yayımladı. Avstralopitekus afarensis növünün ən əhəmiyyətli fosil nümunəsi sayılan Lüsi (Lucy) haqqında jurnal, “Adieu Lucy” (Əlvida Lüsi) başlığı ilə Avstralopitekus növünə aid meymunların insan nəslinin mənşəyi olmadığı və bunlarının nəsil ağacından çıxarılmalı olduğunu yazmışdır. (Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, nömrə 980, səh. 52-62)
Amerikanın “USA Today” qəzetində Tim Frend tərəfindən qələmə alınan bir məqalədə insanın birbaşa əcdadı göstərilən Lüsi (Avstralopitekus afarensis) haqqında bu şərhlərə yer verilmişdir:
Lüsinin elmi adı: Avstralopitekus afarensis. İndiki vaxtda yaşayan bonobo şimpanzelərinə çox bənzəyir: kiçik beyin ölçüsü, önə çıxmış üz və iri azı dişləri. Ancaq insanın birbaşa əcdadı olaraq qəbul edilən Lüsinin bu xüsusiyyəti son on ildə gözdən düşdü. Bir çox mütəxəssis insanın mənşəyini Lüsi kimi bir əcdada bağlamağın çox bəsit bir yanaşma olduğunu qəbul edir”.
Bu yazıda məşhur Smitsonian Təbiət Tarixi Muzeyi “İnsanın mənşəyi” proqramının rəhbəri Riçard Potsun (Richard Potts) da şərhlərinə yer verilir. Buna görə Pots və daha bir çox təkamülçü mütəxəssis Lüsinin artıq insanın nəsil ağacından çıxarılmalı olduğunu qəbul edir.
İki ayaq üzərində yeriyən şimpanzelər təkamülçülərin iddialarının əsassızlığını göstərir
Avstralopitekusların zamanla dikələrək iki ayaqlı insana çevrildiyi istiqamətindəki iddiaların əsassızlığını göstərən yeni bir tapıntı daha vardır. İndiki vaxtda bəzi meymun növləri iki ayaq üzərində yeriyə bilir. Liverpul Universitetindən Dr. Robin Krompton tərəfindən reallaşdırılan və “The Scotsman” qəzetində “İki ayaqlı şimpanzelər Darvinin nəzəriyyəsini tapdaladı” başlığı ilə yayımlanan kəşfə görə Uqandanın Bvindi bölgəsində yaşayan şimpanzelər iki ayaq üzərində yeriş qabiliyyətinə onsuz da sahibdirlər. Dr. Krompton bu vəziyyətlə əlaqədar olaraq bunları qeyd edir:
“Bu vəziyyət, ümumiyyətlə qəbul edilən, dörd ayağı üzərində yeriyən şimpanzelərdən təkamülləşdiyimiz iddiasına ziddir”. (Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, nömrə 980, səh. 52-62)
Kromptonun bu tapıntısı dörd ayaqlı bir meymunun zamanla dikələrək iki ayaq üzərində yaşayan insana çevrildiyi nağılının mənasızlığını açıqca ortaya qoyur. Haqqında danışılan şimpanzelər müəyyən bir məsafəyə qədər iki ayaq üzərində yerimək qabiliyyətinə sahibdirlər, ancaq yenə də şimpanze, yəni meymundurlar. Meşələrdə meymun kimi yaşayıb, meymun kimi qidalanırlar. Bu baxımdan baxıldıqda Avstralopitekusun da eynilə Kromptonun rast gəldiyi şimpanzelər kimi müəyyən bir məsafədə iki ayaq üzərində dikələ bilmə qabiliyyətinə sahib adi bir meymun olduğunu düşünməmək üçün heç bir məntiqli səbəb yoxdur.
Təkamülçülərin isə Avstralopitekusu insanın xəyali təkamülünə “dəlil” göstərməsi isə yalnız bu canlının iki ayaq üzərində yerimə qabiliyyətinə sahib olduğu istiqamətindəki -yuxarıda göstərdiyimiz kimi tamamilə mübahisəli- fikirdir. Əslində iki ayaq üzərində yeriməsi mübahisəli olan bir meymun fosili nəyin dəlili ola bilər? Əlbəttə, yalnız bir zamanlar iki ayaq üzərində müəyyən bir məsafədə -eynilə Kromptonun rast gəldiyi şimpanzelər kimi- dikələ bilən meymunların yaşadığının. Təkamülçülər isə tamamilə xəyal gücünə əsaslanaraq, Avstralopitekusların xəyali insan təkamülündə bir mərhələni göstərdiyini irəli sürürlər. Bu rəftarlarının təməlində isə insanın meymunlardan təkamülləşmiş bir canlı olduğu düşüncəsini ən başda bir doqma olaraq mənimsəmiş olmaları durur. Zehinlərində bu doqma ilə fosil axtaran və ya analiz edən təkamülçü mütəxəssislər, Avstralopitekusun anatomik xüsusiyyətlərini -Avstralopitekus tapılmadan əvvəl də mövcud olan- bu xəyali cədvələ oturtmaqdadırlar.
Göründüyü kimi Avstralopitekus üzərində edilən təkamülçü spekulyasiyalar yalnız ön mühakiməyə əsaslanır. (The Scotsman.com: Chimps on two legs run through Darvin”s theory?
http://news.scotsman.com/index.cfm?id=1016102002)