Hədisdə hz. Mehdi (ə.s)-ın xalqın məzhəb ayrılıqları olduğu, qruplaşıb bir-birindən ayrıldıqları, irq ayrı-seçkiliklərin yaşandığı, iqtisadi çətinliklərin baş verdiyi, anarxiya və terrorun şiddətini artırdığı bir dövrdə zühur edəcəyi xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) bu hədisi 3 dəfə təkrar etmişdir. Bu dövrdə insanların iqtisadi böhran, bahalılıq və başlarına gələn maddi və mənəvi çətinliklərdən, yaşadıqları zülmlərdən ötəri davamlı şikayət edəcəklərini də ifadə etmişdir.