Çox insanın sahib olduğu ortaq yanılmalarından biri insanların əksəriyyətinin uyduğu və ya inandığı şeyin doğru olduğudur. Hətta çox insan etdiyi bir rəftarın və ya inancının səbəbi soruşulduğunda, insanların çoxunun belə etdiyini səbəb olaraq göstərər. Halbuki Allah Quranda əksəriyyətə uymağın çaşdırıcı olduğunu bildirir:
Yer üzündə olanların əksəriyyətinə uysan, səni Allahın yolundan çaşdırıb-azdırarlar. Onlar ancaq zənnə uyarlar və onlar ancaq zənn və təxminlə yalan danışarlar. (Ənam surəsi, 116)
Allah bir başqa ayəsində isə insanların çoxunun iman etməyəcəyini bildirir:
Sən şiddətlə arzu etsən belə, insanların çoxu iman edəcək deyil. (Yusif surəsi, 103)
Maidə surəsində isə "murdar" olanların çox olacağı bildirilmiş, ağıl sahibi insanlara isə bunlardan çəkinmələri belə əmr edilmişdir.
De ki: "Murdar ilə təmiz -murdarın çoxluğu xoşuna gəlsə də- bir olmaz. Ey təmiz ağıl sahibləri, Allahdan qorxub çəkinin. Bəlkə, qurtulasınız. (Maidə surəsi, 100)
Bu səbəbdən əksər insanların nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün heç bir zaman etibarlı bir qaynaq və ölçü ola bilməz. İnsanlar "sürü psixologiyası" ilə əksəriyyətin etdiyini etməyə meyllidirlər. Ancaq Allahın Quranda bildirdiyi bu sirrə uyan möminlər əksəriyyətə deyil, yalnız Allahın əmrlərinə və dininə uyarlar. Tək başlarına qalsalar da inanclarından və yollarından əsla şübhəyə düşməzlər.