7 Fevral 2009-ci il tarixli “New Scientist” jurnalının əsas mövzusu, "Born Believers" (Doğuşdan inanclıların) başlığı ilə verildi. Allah inancını təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışan, insanların guya, xəyali atalarından gəlmə bir xüsusiyyət vəsiləsiylə doğuşdan Allaha inanma anlayışına sahib olduqlarını iddia edən və bu iddianı sənədləşdirilməsi üçün də saysız darvinist şərhi ard-arda sərgiləyən bu yazı, məğlubiyyətə uğramış darvinistlərin bir başqa bihudə səyini təmsil edirdi. Yerli mətbuatda da çox keçmədən yer alan bu xəbərdə, insanın doğuşdan Allaha inanma istiqamətindəki meyli, təbii seleksiyanın bir nəticəsi olaraq göstərilməyə çalışılır və hətta, bütün bu azğın izahlara əsaslanaraq Allah inancının (Allahı tənzih edirik) insan beyninin inkişaf etdirdiyi bir inanc növü olduğu kimi son dərəcə cürətli və məntiqdən kənar bir iddiaya yer verilirdi. (Allahı tənzih edirik).

Halbuki darvinistlərin saxta şərhləriylə formalaşdırılmış bu yazı, çökmüş olan nəzəriyyələrini təkrar dirildə bilmək üçün göstərdikləri son çırpınışdan başqa bir şey deyildi.

7 Fevral 2009-ci il tarixli “New Scientist” jurnalının əsas mövzusu, "Born Believers" (Doğuşdan inanclıların) başlığı ilə verildi. Allah inancını təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışan, insanların guya, xəyali atalarından gəlmə bir xüsusiyyət vəsiləsiylə doğuşdan Allaha inanma anlayışına sahib olduqlarını iddia edən və bu iddianı sənədləşdirilməsi üçün də saysız darvinist şərhi ard-arda sərgiləyən bu yazı, məğlubiyyətə uğramış darvinistlərin bir başqa bihudə səyini təmsil edirdi. Yerli mətbuatda da çox keçmədən yer alan bu xəbərdə, insanın doğuşdan Allaha inanma istiqamətindəki meyli, təbii seleksiyanın bir nəticəsi olaraq göstərilməyə çalışılır və hətta, bütün bu azğın izahlara əsaslanaraq Allah inancının (Allahı tənzih edirik) insan beyninin inkişaf etdirdiyi bir inanc növü olduğu kimi son dərəcə cürətli və məntiqdən kənar bir iddiaya yer verilirdi. (Allahı tənzih edirik).

Halbuki darvinistlərin saxta şərhləriylə formalaşdırılmış bu yazı, çökmüş olan nəzəriyyələrini təkrar dirildə bilmək üçün göstərdikləri son çırpınışdan başqa bir şey deyildi.

Uca Rəbbimiz ayələrdə belə buyurur:

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)

İnanan ya da inanmayan hər insanın dünyada imtahan edilir

Dünya həyatı, insanların yaxşılıqlarla və pisliklərlə sınandığı, yaxşı insanlarla pis insanların fərqləndirildiyi bir imtahan mühiti olaraq yaradılmışdır. İnsanların hamısı, tarixdə hər zaman haqq kitablar və haqq peyğəmbərlərlə xəbərdar edilmişlər, özlərini yaradan Uca Qüdrəti tanıyıb bilmişlər. Hər insan, ağlının çatdığı, Allahı qavradığı andan etibarən etdiklərinin hamısından məsuldur. Yenə hər insan, özünü yaradan Allaha iman etməklə, Yaradana şükür və Ona qul olmaqla məsuldur və bu səbəblə həyat boyunca imtahana tabedir.

Bu səbəbdən, bu imtahan ortamında seçim, insanın öz vicdanından asılıdır. Yer üzünə baxıldığında bir Yaradıcının varlığı açıqca gözlər önündədir. Hətta yaradılanların hamısı bu üstün Yaradıcının, hər şeyə qadir olan, çox böyük, çox güclü və çox uca olduğunu da açıqca ortaya qoyur. Vicdan, insana bu həqiqəti göstərir. Bu səbəbdən vicdanına uyan insan, heç bir tərəddüdə düşmədən, Allaha təslim olur. Dünyadakı imtahanın sirrini anlayar və yalnız Allahın razılığını qazanmaq üçün yaşayar.

Bir uşaq da əlbəttə ətrafında gördüyü şeylərin təsadüfən olmayacağını, bunların hamısının bir məqsəd üzrə, Üstün və Uca bir Yaradıcı tərəfindən yaradılmış olduğunu asanlıqla anlayar. Çünki azğın düşüncələrin girmədiyi tərtəmiz zehni ilə, kiçik yaşına baxmayaraq, ətrafında gördüyü pişiklərin, çiçəklərin, göy üzünün, ən sevdiyi yoldaşlarının varlıq səbəbinin təsadüflər ola bilməyəcəyini sürətlə qavrayar. Bəhsi keçən yazıda iddia edildiyi şəkildə bu onun əvvəldən, təkamülçülərin ifadəsi ilə "təbii seleksiya yolu ilə şərtlənmiş" və ya "fövqəltəbii güclərə inanc axtarışı içində" olmasından deyil, ətrafındakı böyük dünyaya qərəzsiz və vicdanla baxmasından qaynaqlanır. Uşaqların belə anlayıb dərhal qavradığı bu həqiqəti anlamaqda müqavimət göstərən kəslər isə, heç bir dəlilə əsaslanmadan Allahın varlığını inkar edənlərdir.

İnkar edənlərin də bildiyi, ancaq qəbul etməkdə tərəddüd etdikləri həqiqətlər

Allahın varlığını inkar edənlər də, həqiqətdə Allah inancının (Allahı tənzih edirik) beyində yaradılmış bir inanc növü olmadığının fərqindədirlər. Bu insanların hamısı, özbaşına yaradılmış təsadüflərin məhsulu olan bir dünya içində yaşamadıqlarının, bunun mümkün olmadığının da fərqindədirlər. Yer üzündəki yaradılışın möhtəşəm olduğunu, təsadüflərin bunu açıqlaya bilməyəcəyini, həyatın və ölümün bir məqsəd üzrə var olduğunu, qeyri-müəyyənlikdən gəlib yoxluğa doğru sürüklənmə düşüncəsinin və təsadüflərdən meydana gəlmiş bir dünya anlayışının dəhşət verici olduğunun fərqindədirlər. Allahın haqq olan kitablar və haqq peyğəmbərlər vasitəsilə insanları xəbərdar etmiş olduğunun və bu dünyada etdiklərindən məsul olduqlarının, özbaşına yaradılmadıqlarının şüurundadırlar.

Hətta bu insanlar, ətraflarındakı rəngli, canlı, hərəkətli dünyanın, beyinlərinin içindəki mərcimək dənəsi böyüklüyündəki bir sahədə var olduğunu; evlərin, insanların, ölkələrin, səmanın qısacası var olan böyük-kiçik hər şeyin yalnız bu mərcimək dənəsi böyüklüyündəki sahədə yaradılmasını da anlamışlar. Xarici dünyanın heç bir zaman çöldə var olan əsli ilə təmasda ola bilməyəcəklərini, yalnız beyinlərindəki bu mərcimək dənəsi qədərlik yerdə ibarət olan dünyanı izlədiklərini 21-ci əsr elmi onlara isbat etmişdir. Artıq görənin, eşidənin, anlayanın, idrak edənin, danışanın, gülənin, sevinənin, darıxanın öz bədənlərindən müstəqil olan RUH olduğunu qəti olaraq bilirlər. Bunu inkar edə bilməzlər, çünki elm onlara bunu isbat etmişdir. Yalnız metafizik bir varlığı olan və yalnız Rəbbimizin əmri altında olan ruhun varlığı, mütləq maddə anlayışına əsaslanan bütün şərhləri yerlə bir edər. VƏ UCA RƏBBİMİZ OLAN ALLAHIN QƏTİ, MÜTLƏQ VƏ ÜSTÜN VARLIĞINI GÖSTƏRİR.

Bu səbəblə, (Allahı tənzih edirik) Allah inancının zehnin yaratdığı inanc şəkli olduğuna dair izahlar, tamamilə saxta və azğın izahlardır.

Bu tip yazılarla əsl edilməyə çalışılan budur: Allah inancı ilə mübarizə içində olanlar, əslində Uca Rəbbimizin böyüklüyünün, ucalığının, üstünlüyünün fərqindədirlər. Amma dünyada get-gedə güclənən dinə yönəlməyə qarşı çıxa bilmək məqsədi ilə, insanların sahib çıxdığı müqəddəs dəyərləri bir təbiət hadisəsi görünüşü ilə təqdim etməyə çalışırlar. Bu yolla, həm təkamül nəzəriyyəsinin bir etibarlılığı varmış təəssüratı verməyə, həm də inancın zehində yaranan bir məlumatdan ibarət olduğu düşüncəsini yaymağa çalışırlar. Halbuki onlar bunu edərkən, eyni imtahan mühitində bütün digər insanlarla birlikdə imtahana çəkilirlər.

Rəbbimiz onları görür, onları izləyir. Onlar, Allah inancını, insanların öz beynində yaratdığını iddia edərlərkən, bir gün mütləq axirət həqiqəti ilə qarşılaşacaqlar. Məhz o zaman, Allahın varlığını inkar edənlər də, axirət həyatı haqda şübhədə qalıb tərəddüd edənlər də, "bütün gerçək bu dünya həyatından ibarətdir" deyənlər də, əsl gerçək yurdun nə olduğunu qəti bir şəkildə anlayacaqlar. Uca Allah bir ayəsində belə buyurur:

Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir! (Mümin surəsi, 20)