Hz. Mehdi (ə.s) insanların fikirlərinə təsir edəcək
ucgen

Hz. Mehdi (ə.s) insanların fikirlərinə təsir edəcək

1950

 

Şeyx Tusinin Qeyb əsərindən:

İbn Musa; əl-Əsədi, Berməki, İsmayıl ibn Malik, Məhəmməd ibn Sinan, Əbu Carud vasitəsilə Əbu Cəfər Məhəmməd Baqir əleyhissalam və onun atası ilə babasından  rəvayət edir:

Möminlərin əmiri Əli əleyhissalam minbərdən belə buyurdu:

“Axır zamanda mənim soyumdan biri çıxacaq. Onun rəngi qırmızı ilə  ağ qarışığıdır, geniş qarınlıdır, baldırları böyük, çiyinləri dik və genişdir. Kürəyindəki xal, peyğəmbər  (s.ə.v)-in xalına bənzəyir. Bayrağını yellədiyi zaman onun üçün şərq və qərb arasındakı hər yeri işıqlandıracaq və qulların başlarını ələ keçirəcək. Ürəyi dəmir parçası kimi olmayan heç bir mömin qalmayacaq. Allah ona qırx adamın qüvvətini vermişdir.  Elə bir meyit qalmayacaq ki, onun qəbrinə Hz. Mehdinin fərahlığı dolmamış olsun, onlar qəbirlərində bir-birlərini ziyarət edərək əl-Qaim Mehdi (ə.s)-ın qiyamı ilə müjdələyəcəklər.”

(Məclisi, Biharüll-EƏnvar, Beyrut, 1404, 51-ci cild, səh. 35-36)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo