Quranda Peyğəmbərimizin (səv) gecələr dua üçün qalxdığı bildirilir.

“Bu bir həqiqətdir ki, Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!“ (Cin surəsi, 19-20)

Quranda bir çox ayədə Peyğəmbərimizin (səv) dualarından bəhs edilir. Peyğəmbərimiz (səv) dualarında Allahı sifətləri ilə xatırlayaraq Onu ucaltmışdır. Peyğəmbərimizin (səv) Quranda bildirilən dualarından biri belədir:

“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən" (Ali İmran surəsi, 26)

Peyğəmbərimiz (səv)  də bütün digər peyğəmbərlərdə olduğu kimi insan və cin düşmənlərinin təhdidi və təzyiqləri ilə qarşılaşmışdır. Onların bu təzyiqlərinə qarşı səbir göstərən Peyğəmbərimizə (səv) şeytanın mənfi təlqinlərinə və mənəvi hücumlarına qarşı Allahdan belə kömək istəməsi əmr edilmişdir:

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram!”  (Muminun surəsi, 97-98)

Peyğəmbərimizə (səv) dualarında Allahdan bağışlanma diləməsi və Rəbbimizin mərhəmətini zikr etməsi belə əmr edilmişdir:

De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun surəsi, 118)

Rəvayətlərdə isə Peyğəmbərimizin (səv) Allaha özünə gözəl bir əxlaq və yaxşı xasiyyət verməsi üçün  necə dua etdiyi ifadə edilir:

"Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni əxlaqın pisliklərindən uzaqlaşdır."

Allahın, De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?”….  (Furqan surəsi, 77) ayəsi ilə də bildirdiyi kimi, dua möminlər üçün çox əhəmiyyətli bir ibadətdir. İnsan acizlik içində, Allah istəməsə heç bir şeyə güc çatdıra bilməyəcəyini bilərək, ümid edərək və qorxub çəkinərək, hər mövzuda Allaha üz tutmalı, hər şey üçün Ona dua etməlidir. Peyğəmbərimizin (səv) və Quranda duaları zikr edilən digər peyğəmbərlərimizin duaları möminlər üçün ən gözəl nümunələrdir. Onlar dualarında həm Allaha necə təslim olduqlarını, Allahı tək dost və köməkçi olaraq gördüklərini göstərmişlər, həm də Rəbbimizi ən gözəl adları ilə ucaltmışlar. Peyğəmbərlərimizin dualarında xüsusi vaxt nəzərdə tutmadan, hər an dua etdikləri və ehtiyac içində qalanda dərhal Rəbbimizə yönəldikləri görülür.

Hafiz Halil Əfəndi. Tezhip. 

 "Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,Haqq-hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!       Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!" (Fatihə surəsi,1-7)

“Həqiqətən  Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə (bilsin ki) Allah tez haqq-hesab çəkəndir” (Ali İmran surəsi, 19)

“Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.Sənə Özü istədiyi surətdə biçim verdi.”  (İnfitar surəsi, 6-8)