Doğrudan da onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)
Onlar (öz günahlarını) insanlardan gizlədir, Allah`dan isə gizlətmirlər. Halbuki, onlar (Allah`ın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)
Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allah`dan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)
Allah`ın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir! Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” –deyər, o da olar. (Bəqərə surəsi, 114-117)
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbir edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran surəsi, 120)