Hz. İsa Məsih yenidən dünyaya gəldikdə evlənəcək. Bir rəvayətdə bir uşağı olacağı deyilir, digər bir rəvayətdə isə iki uşağı olacağı deyilir. “Vəfat edincə” -Allah ömürünü uzun etsin- “müsəlmanlar onun namazını qıldıqdan sonra Ravza-ı Mutahharada dəfn edəcəklər. Dünyada qalma müddəti 40 ildir”. Başqa bir rəvayətdə isə 7 ildir. Bu 7 il Allahualem dünya hakimiyyətindəki 7 il olmalıdır. Allah ömürünü uzun etsin, rəvayətlərdən 73 yaşına qədər yaşayacağı aydın olur, inşaAllah. Daha da çox ola bilər. Çünki bir 7 il daha əlavə var, inşaAllah.
“Hz. Mehdi (ə.s) 14 il Qüdsdə qalacaq” -deyir. MaşaAllah, Qüds həqiqətən gözəl yerdir. Qüdsün iqlimi də gözəldir. Qüdsü Şərifin xurması, pomidoru, bibəri, hər şeyi çox yaxşıdır. Xoş iqlim. Nə çox soyuq, nə də çox istidir.
“Şam və Misir məlikləri öldürüləcək” -deyir. “Şam əhli, Misirli qəbilələri əsir götürəcək” -deyir. Hazırda o da olur. Şamda Misirlilər döyüşürlər, İhvanı Müslimin. Onları əsir götürürlər. İndi eynisiylə bu olur.
Bax deyir ki, Mehdiyə, “Gəl sənə beyət edək” -deyirlər müsəlmanlar. “Siz ona yetişsəniz” Peyğəmbərimiz (s.ə.v) deyir, “...beyət edin. Çünki o yerdə və göydə Mehdinizdir” -deyir. Peyğəmbərimiz (s.ə.v) Mehdinin, xurafatçılara xitabını almış. Bax, xurafatçılara deyir ki, “Sizə təəssüflər olsun, nə qədər sözünüzdən dönürsünüz, nə çox qan tökürsünüz” deyəcək deyir. “Sizə təəssüflər olsun, nə qədər sözünüzdən dönürsünüz”. Quranın hökmündən dönür, Peyğəmbərə verdikləri sözdən dönürlər, Mehdiyətdən dönürlər, hz. İsanı qarşılamağa hazırlanırdılar, ondan döndülər. Mehdini qarşılamağa hazırlanırdılar, ondan döndülər. İslam birliyindən döndülər, Bədiüzzamandan döndülər. Həmişə mürtədlik arxasında olarlar. “Nə qədər sözünüzdən dönürsünüz, nə çox qan tökürsünüz" deyəcək deyir Mehdi.
“Bir evdə özü istəmədiyi halda ona beyət ediləcək”, Mehdiyə. Evdə, Mehdinin işləri həmişə evdədir. “Daha sonra hz. Mehdi onlara iki rükət namaz qıldıracaq”. Bu, iki rükət namaz xüsusilə hədislərdə çox keçir.
“Rəsulullah Əfəndimizin bayrağıyla çıxacaq”. Bayraq Topkapıdadır. Bayraq haradadırsa Mehdi də oradadır. Bayraq İstanbuldadırsa Mehdi də İstanbuldadır. Yəni bayraq Şamda olsaydı Mehdi də Şamda çıxardı. İstanbulda olduğuna görə İstanbuldadır.
“Rum qalaları və Rumistanı təkbirlə fəth edəcək”. Yəni Avropaya, dünyaya, Kitab əhlinin hamısına istiqamətli fəaliyyəti olacağı aydın olur. Rum qalaları dediyi odur. Yəni Kitab əhlinin olduğu yerlər.
“Onun zamanında qurdla qoyun bir yerdə oynayacaq”. Yəni ən azğın insanla ən sakit insan bir yerdə olacaq. “İlanlar uşaqlara bir zərər verməyəcək”. Yəni ilan kimi insanlar uşaqların yanında o qədər tərbiyəli, o qədər həlim olurlar ki, zərər vermirlər.
“Pislər həlak olacaq”. Bax PKK, it-qurd filan qalmayacaq.
“Peyğəmbərimiz (s.ə.v)-ə nifrət edəcək kimsə qalmayacaq”. Deməli, nifrət edənlər Mehdi dövründə var. Mehdinin çıxışında nifrət edən qalmayacaq. Çünki ora-bura baxırıq, facebookda filan Peyğəmbərimiz (s.ə.v)-ə əxlaqsızlıq edirlər. Karikaturalar çəkirlər, nalayiq sözlər deyirlər. Mehdinin çıxışıyla bu bitir.
“Konstantinapol (İstanbulu) və Çin”, Çinə də hakim olacaq deyir. Onun üçün Çinə də şəfqətlə yaxınlaşmaq lazım, sevgiylə yaxınlaşmaq lazımdır. Məzlumdur çinlilər. Çinə də hakim olur.
“Ancaq Mehdinin hər ili sizin 20 ilinizə əvəz olacaq”. Mehdi o qədər sürətli hərəkət edir ki, o qədər praktik, o qədər zəkalı, o qədər ağıllıdır ki elə kobud bürokratiyanı, ölü bürokratiyanı qaldırır, ildırım sürətiylə hadisələri nəticələndirir.
“Allah hz. Mehdini 3000 mələklə dəstəkləyəcək. O mələklər hz. Mehdiyə müxalif çıxanın üzünə və arxasına vuracaq”. Yəni Mehdiyə müxalif çıxanları mələklərin sezdirmədən öldürəcəyini söyləyir Allah. Kim qarşı çıxarsa - amma ciddi mənada - ciddi mənada kim qarşı çıxarsa mələklərlə səssizcə öldürüləcəyini söyləyir Allah. Xurafatçısı, iti-qurdu, hər kimdirsə bir şəkildə təsirsiz hala gələcəyi aydın olur.
“Xilafəti hz. İsaya təhvil verəcək”. Vəfatından əvvəl söyləyir; “Hz. İsa Məsihə təhvil verirəm” -deyir. Onu bağlı buraxmır. Yəni siz seçin demir. “İsa Məsihə buraxıram” -deyir.
Bax, Mehdini təhdid edirlər. “Əgər əlini bizə uzadıb beyətimizi qəbul etməsən” müsəlmanların öndə gələnləri deyirlər, “və başında Həddəmdən birinin olduğu” bax, Səddamın izahat şəkli, Həddəm deyir. “...birinin olduğu, məqsədi də bizim canımızı almaq olan Süfyan ordusuna qarşı”. Həddəmin, yəni Səddamın düşüncəsində birinin olduğu deyir. O düşüncədə, o məntiqdə birinin olduğu, “məqsədi də bizim canımızı almaq olan”. Bax bu Suriyadakı hadisə. “Süfyan ordusuna qarşı bizi qorumasan bütün günahımız, tökülən qanlarımız boynuna olsun” -deyirlər Mehdiyə. Çünki müqavimət göstərir; Mehdilik kim mən kim deyir, qəbul edə bilmərəm deyir, mən Allahın aciz bir quluyam, fağır bir quluyam, belə bir xüsusiyyətim, elmim, biliyim yoxdur, bir xüsusiyyətim yoxdur, avam bir insanam deyir. Yox sən elə Mehdisən, deyirlər. “Bu danışıqdan sonra hz. Mehdi rükn və mövqe arasında oturub əlini uzadaraq beyətləri qəbul edəcək. Daha sonra Allah (c.c) bütün insanların ürəklərini Mehdinin məhəbbəti ilə dolduracaq”. “Allah Mehdiyə qarşı müdhiş bir sevgi meydana gətirəcək” -deyir. Amma daha əvvəl müdhiş bir nifrət vardı. Sonra isə Allah müdhiş bir sevgiyə çevirir, ürəklər Allahın əlində olduğu üçün. Məsələn əvvəl “nifrət edin” -deyir, Allah nifrət etdirir, “indi sevin” -deyir, adam ürəyinə hakim ola bilmir. Ondan sonra da sevir.
“Sonra o, gündüzləri aslan”. Aslan çox mənalıdır, Mehdinin ləqəbi olaraq. “Gecələri abid olan bir qövmlə”, bir birlik, camaatla “gedəcək”, Mehdi camaatı fəaliyyət göstərəcək deyir.
“Mehdi çıxmadan əvvəl millətlər arasında ticarət və yollar kəsiləcək”. Baxın, indi Suriya ilə yollar kəsildi. Daha əvvəl də İraq ilə yollar kəsilmişdi. İraq ilə ticarət dayanmışdı. İndi Suriya ilə ticarət dayandı. Bir vaxtlar Liviya ilə ticarət dayandı, bilirsiniz. “… ticarət və yollar kəsiləcək”. PKK yol kəsir, daha əvvəl Səddamın adamları yol kəsirdi. İndi Suriyaya gedirsən tırların yolu kəsilir, insanların yolu kəsilir, insanlar qaçırılır, eynisi.
“Müxtəlif ölkələrdən bir çox alim bir-birindən xəbərsiz şəkildə”, mütəşəkkil deyil, hər biri ayrı. “Mehdini axtarmaq üçün yollara çıxacaq”. Məsələn, bir qrup ayrı yola çıxmış, o bir qrup ayrı yola çıxıb Mehdini axtarırlar. Mehdini axtarmağın da sünnət olduğunu buradan anlayırıq. Peyğəmbərimiz (s.ə.v)-in sünnəti, axtaracağıq. Yəni hədislə tövsiyə etmişdir.
“Müsəlmanlar” bax, o dövrdə “üç bayraq altında yeddi bayraq daşıyanlarla mübarizə apararlar” -deyir. “Əlamətləri, “ümmət, ümmət” şəklində səslənmələridir”. Yəni müsəlmanlar ümmət olsunlar, İslam birliyi olsun deyə səslənəcəklər deyir. Çünki daha o zaman ümmət olmadı. Halbuki əgər İslam, Mehdi daha əvvəl gəlmiş olsaydı müsəlmanlar həmişə ümmət olaraq yaşayardı, Osmanlı dövründə filan. O zaman Mehdinin gəlmədiyini anlayırıq. Ümmət, ümmət demələri üçün İslamın başsız, müsəlmanların da dağılmış olması lazımdır. İlk dəfə indi oldu və ona görə müsəlmanlar ümmət, ümmət deyə səslənirlər. Peyğəmbərimiz (s.ə.v) Axırzamanda müsəlmanlar ümmət, ümmət deyə səslənəcək deyir. İslam birliyi, müsəlmanlar birləşsin, ümmət olsunlar, toplansınlar deyə səslənəcəklər deyir.
“Hər bir bayrağı daşıyan mülkün özünün olacağı ümidini daşıyarkən”, hər biri özünü Mehdi zənn edərkən deyir, bax çox mənalıdır, Peyğəmbərimiz (s.ə.v) necə izah edir. Hər bir bayrağı daşıyan deyir, çünki hamısının bayrağı var diqqət yetirsəniz, hamısının bayrağı var. Bayrağı olmayan camaat, birlik yoxdur. Əlinə bayrağı alan ortaya çıxır. “Hər bir bayrağı daşıyan mülkün özünün olacağı ümidini daşıyarkən” yəni özünün Mehdi olacağı, mülkün, hökmranlığın, hakimiyyətin özünə aid olacağını zənn edərkən, çünki ən kiçik camaatın belə liderləri həmişə bayraqlı və həmişə müəllimlərini Mehdi zənn edirlər. Facebooka açın baxın. Özlərinə belə padşah kreslosu kimi kreslo düzəltdirirlər. Sütunlar filan, görkəmli şəkildə o yoldaşı oraya oturdurlar, bəzəyirlər. Arxada bir bayraq. Kim bu deyirsən? Necə anlamazsan, bayrağa baxsana deyir. Ehtişamdan anlamırsanmı? Mülkün sahibi deyir. Peyğəmbərimiz (s.ə.v) nə deyir, “Hər bir bayrağı daşıyan mülkün özünün olacağı ümidini daşıyarkən” müsəlmanlar parça- parça olmuşlar, hər biri özünü Mehdi zənn edərkən deyir, “Mehdi çıxacaq və Məsih Dəccal çıxana qədər müsəlmanların ülfət və məhəbbətini qazanacaq”. Bütün müsəlmanlar ona ülfət edəcəklər, məhəbbət duyacaqlar deyir.
“Günahsız insanlar qətl olana qədər Mehdi (ə.s) çıxmayacaq”. Məsələn, Suriyadakı məzlum və tərtəmiz gənc qızlar, uşaqlar, məzlumlar hər gün şəhid edilir. Yük maşınlarıyla uşaq toplanır. “Günahsız insanlar qətl olana qədər Mehdi (ə.s) çıxmayacaq və bu qırğınlarla yerdə və göydəkilər artıq dözə bilməz bir hala gəldikdə”, yəni anarxiya, terror elə bir hala gəlir ki, artıq yetər deyirlər. “… artıq dözə bilməz bir hala gəldikdə Mehdi zühur edəcək”.
“Hz. Mehdi gəlincə insanlar onu eşq və məhəbbətlə qucaqlayacaqlar”. Ona məxsus bir xüsusiyyətdir.
Mehdi (ə.s), “Beyt-ül Müqəddəsin xəzinələrini, tabutu səkinəni (müqəddəs sandığı), Bəni-İsrailin süfrəsini, lövhələrin mədənlərini (gerçək Tövrat lövhələrini)” tapır. Gerçək Tövrat lövhələrini tapdıqda yəhudilərin çox böyük bir hissəsi, əksəriyyəti müsəlman olurlar. Hz. Musa (ə.s)-a gələn orijinal Tövrat lövhələrini tapır. Onun saxlanması normaldır. Çünki Allah onu xüsusilə daş lövhə üzərinə nəqş edir. Daş nə üçün edilər? Mühafizə üçün. Pozulmadan qalsın deyə, inşaAllah.
“Hz. Adəm (ə.s)-ın cübbəsini” də tapır. Kim bilir neçə illikdir. Məsələn hz. Adəm (ə.s)-ın cübbəsi pozulmadan saxlanmışdır.
“Hz. Süleyman (ə.s)-ın minbərinin əsasını” da tapır.
“Allahın Bəni-İsrailə göndərdiyi süd qədər ağ olan əlcəklərini” də tapır. Bu da ayrı, bilinməyən bir şeydir. Masonluqda ağ əlcək müqəddəsdir. Bütün masonlar ağ əlcək geyərlər.
“Mehdi (ə.s)-ın zühuru məhərrəm ayında olacaq”. Məhərrəm ayında görüləcək. Məhərrəm ayı çox əhəmiyyətlidir.
Allah Qatında tək bir an var. Tək bir an olduqda, o anın içərisində Allahın diləməsiylə gəzərsən. Məsələn, ZAMANIN İÇİNDƏ HZ. XIZIR (Ə.S) DA GƏZƏR, ALIŞMIŞ. HZ. MUSA (Ə.S)-I DA GƏZDİRİR, AMMA YEKAZƏ HALINDA. AĞLIN İXTİYARININ QALXMAMASI ÜÇÜN YEKAZƏ HALINDA. Məsələn, Bədiüzzaman, “Yekazə halına girdim, qalxdığımda yatağın içində boyun bükərək dayanırdım. Əllərim bağlı, namazdakı oturmaq kimi, bu şəkildə, hörmətlə oturmuş vəziyyətdəydim” -deyir, yatağın içində. Yəni yatan bir insan o hala gələrmi? Oyanar insan, elə bir hala gəlməz. “Bir məclisə çağırdılar məni” -deyir, mübarək bir məclisə. “Gəl görək” -deyirlər, “ey fəlakət və həlak dövrünün adamı” -deyirlər ona. “Hamı bütün məclis orada idi” -deyir, “Deputatlar, əsrin bütün öndə gələnləri orada idi” -deyir, “Allahın vəliləri, hamısı orada idilər” -deyir. Bədiüzzamanı sorğulayırlar vəziyyəti nə dərəcə bilirlər kimi. Hamısına çox gözəl cavablar verir. Yəni Axırzaman haqqındakı məlumatını sorğulayırlar və ona təbii ki, sirlər də verirlər, Mehdinin necə fəaliyyət göstərəcəyini, Mehdi haqqında məlumat verirlər. Amma ağlın ixtiyarı... Onsuz da deyir Bədiüzzaman, “küfrün pərdəsi əlimdə, istəsəm endirərdim aşağı” -deyir. Lakin imtahan dünyası deyir. Yəni “tək bir hərəkətlə endirərəm” -deyir. Yəni “Allah diləsə endirərəm” -deyir. “Amma imtahan veririk, imtahan dünyası, mütləq imtahan davam etməlidir” -deyir. “Küfrün normalda elə bir gücü yoxdur” -deyir. “Bir pərdədir, o qədər” -deyir. Lakin Mehdi haqqında böyük məlumat alır. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) NECƏ MƏLUMATLI, ALLAH TƏRƏFİNDƏN BƏDİÜZZAMANA DA BİR QAPI AÇILMIŞ, MÜDHİŞ MƏLUMATLANMIŞ.
ELMDƏ VƏ TEXNOLOGİYADA BÖYÜK İRƏLİLƏYİŞLƏR OLACAQ ALLAHU ALƏM, GÖRƏCƏYİK. GENETİKA İLƏ OYNAYIB ÇOX QƏRİBƏ KƏŞFLƏR EDƏCƏKLƏR. HƏTTA İNSANLAR, “BİZ DƏ İNSAN YARADARIQ” DEMƏYƏ BAŞLAYACAQLAR, GENETİKA ELMİ ELƏ BİR İRƏLİLƏYƏCƏK Kİ. BUNU DA GÖRƏCƏKSİNİZ; İNSANLARI ŞƏKİLLƏNDİRƏCƏKLƏR, İNSAN VƏ HEYVAN QARIŞIĞI, HEYVAN KİMİ MƏXLUQLAR ƏLDƏ ETMƏYƏ ÇALIŞACAQLAR. MƏSƏLƏN HEYVAN İLƏ BİTKİNİ QARIŞDIRIB QƏRİBƏ ŞEYLƏR ETMƏYƏ ÇALIŞACAQLAR. TAM İNSANLARLA VƏ YARADILMIŞLARLA OYNADIQLARI BİR DÖVRDƏ, ORTALIĞI BATIRDIQLARI BİR DÖVR Kİ, DÜNYA ÇÖLLƏŞƏCƏK O DÖVRDƏ. YAĞIŞIN YAĞMA ŞƏKLİ POZULACAQ. MƏSƏLƏN BİR YERDƏ SIX SELLƏR VARKƏN DİGƏR YERDƏ ÇOX SIX QURAQLIQ OLACAQ. DÖYÜŞLƏR ARTIQ ŞƏBƏKƏ DÖYÜŞLƏRİNƏ ÇEVRİLƏCƏK; DÜNYANIN HƏR TƏRƏFİNDƏ İNSANLAR GÖRDÜKLƏRİ YERDƏ BİR-BİRLƏRİNƏ HÜCUM EDƏCƏK. ELƏ AZĞIN BİR DÖVRDƏ QİYAMƏT QOPACAQ.