Elmi bir nəzəriyyəni, məsələn Big Bang nəzəriyyəsini ələ alaq. Bu nəzəriyyə, Eynşteynin nisbilik nəzəriyyəsindən yola çıxaraq əvvəl bir şübhə və fərziyyə üzərinə ortaya atılmışdı. Bunun ardından bəhsi keçən böyük partlayışın reallaşdığını göstərməli olan dəlillər axtarılmağa başlandı.
Elmi bir nəzəriyyəni, məsələn Big Bang nəzəriyyəsini ələ alaq. Bu nəzəriyyə, Eynşteynin nisbilik nəzəriyyəsindən yola çıxaraq əvvəl bir şübhə və fərziyyə üzərinə ortaya atılmışdı. Bunun ardından bəhsi keçən böyük partlayışın reallaşdığını göstərməli olan dəlillər axtarılmağa başlandı. Bu dəlillər həqiqətən də var idi. Bəhsi keçən partlayışı təsdiqləyən artıq radiasiya tapılmış, kainatın izotop xüsusiyyəti (bütün kosmosun -270⁰C olduğu həqiqəti) kəşf edilmişdi. Kainatın get-gedə genişlənməkdə olduğu da elmi olaraq sübut edilmişdi və bu, bəhsi keçən nəzəriyyəni sübut edən bir başqa əhəmiyyətli və qəti dəlildir. Bu səbəbdən Big Bang nəzəriyyəsi, iddialarının hamısı sınaqdan keçirilmiş, təsdiqlənmiş və bu səbəbdən sübut edilmiş bir nəzəriyyə halına gəldi.
Darvinin təkamül nəzəriyyəsi də "fərziyyə" adı altında ortaya atılmışdı. (Əslində təkamül nəzəriyyəsinin ortaya atılış səbəbi tamamilə ideoloji idi, lakin elmi bir nəzəriyyə adı altında insanlara tanıdılmışdı.) Bu nəzəriyyənin etibarlı sayıla bilməsi üçün də, eynilə Big Bang kimi nəzəriyyənin iddiaların sübut edilməli idi. Bunun üçün, ilk növbədə, xəyali təkamül mexanizmlərinin təkamülləşməni təmin edib-etməməyinə baxılmalı idi. 20-ci əsr elminin irəliləməsi, Darvinin xəyali təkamül mexanizmi "təbii seleksiya" nın təkamülləşdirici heç bir rolu olmadığını isbat etmişdi. Genetika elmi isə, təbii seleksiyadan ümidini kəsmiş və buna qarşılıq mutasiyaları təkamül mexanizmi olaraq göstərməyə çalışmış olan yeni darvinistləri məyus etmişdi. Mutasiyaların da təkamülləşmə təsirinin olmadığının bilinməsinin ardından sıra Darvinin və darvinistlərin ən böyük ümidi olan fosillərə gəlmişdi. Fosil qeydlərinin gətirdiyi nəticə isə darvinistlər baxımından gerçək mənada böyük bir şok idi! İllərlə axtarışda olan xəyali ara fosillər yer üzünün heç bir yerində yox idi. Tədqiqatların dərinləşdirilməsi isə nəticəsini dəyişdirmədi. Bu ana qədər edilən bütün araşdırmalar nəticəsində tək bir ara fosil nümunəsi belə tapılmadı.
Bağlı olduqları batil dindən imtina etmək istəməyən darvinistlərin darvinizmə dəlil ümidi, uzun illər davam etdi. Amma gözlənilən xəyali dəlillər heç bir zaman ortaya çıxmadı. Lakin buna baxmayaraq darvinist yalanlar sona çatmadı, darvinizm demaqoqluğu israrla davam etdirildi. Maraqlı olan, aradan 150 il keçmiş olmasına, ələ keçən tək bir dəlil belə olmamasına və hətta fosil qeydlərinin və genetika elminin ortaya çıxardığı nəticələrin yaradılış həqiqətini sübut etmiş olmasına baxmayaraq, darvinistlərin bu batil dinin dimdik ayaqda qala biləcəyini zənn etmələridir. Əlbəttə bu onlar üçün böyük bir yanılma olmuşdur. Əslində nəzəriyyənin müdafiəçiləri da canlı tarixində təkamül yaşanmadığını bilirlər. Bunu saysız elmi dəlil nəticəsində açıq şəkildə görmüşlər.
Bütün bunlara baxmayaraq, təkamül nəzəriyyəsi bir ideologiya, müdafiəçiləri tərəfindən mütləq ayaqda tutulmalı olan batil bir din olduğundan, darvinistlərin saxta elm rolunu davam etdirmələri lazımdır. Darvinistlərin bu saxta dini ayaqda tutmaq üçün 150 ildir saxtakarlıqlara, fərziyyələrə, saysız təbliğat üsuluna üz tutmalarının səbəbi budur. Darvinistlər öz batil dinlərinə görə, insanlara nəzəriyyələrinin "doğru" olduğu təlqin vermək üçün başqa yol tapa bilməzlər. Çünki nəzəriyyənin doğruluğuna aid elmi dəlil yoxdur, bu səbəbdən darvinizm dininə görə insanlara "elmi dəlil vardır" təlqini verməyə çalışırlar.
Missouri Universitetindən doktor Nicholas Comninellis, “Creative Defense” adlı kitabında bu böyük yalanın sonrakı illərdə düşəcəyi vəziyyətlə bağlı bu sözlərə yer vermişdir:
Fəlsəfi cəhətdən təkamülün meydana gəlməsi bir yuxudur. Zərrə qədər sübutu olmayan bir nəzəriyyədir. Əlli il ərzində məktəblərdəki uşaqlar olduqca məşhur olmuş yalanları oxuyacaqlar və bundan (təkamül nəzəriyyəsindən) ən axmaq iddialardan biri olaraq bəhs ediləcək. Bir çoxu on doqquzuncu əsr elmi ilə əlaqədar ağılsızlıqları izah edərək istehza ilə güləcək. 1
Comninellisin diaqnozu doğrudur. Təkamül nəzəriyyəsini yalan bir iddia meydana gətirir və bu nəzəriyyənin tarixi saysız saxtakarlıq nümunələr ilə doludur. Təkamülün ortaya atdığı hər iddia, hər dəlil saxtakarlıq məhsuludur. Bu saxtakarlıqların hamısının gerçək mahiyyəti, gerçək üzü ortaya çıxmışdır. Lakin bunlar, darvinizm dininin tərəfdarları tərəfindən gizlədilməyə və ya insanlara unutdurulmağa çalışılmışdır. Nə qədər çalışarlarsa çalışsınlar, darvinist təbliğatın son dərəcə çürük təməllərə əsaslandığını bütün dünya anlamağa başlamışdır. Comninellisin də ifadə etdiyi kimi gələcək nəsillər, bu böyük yalanın dünya səviyyəsindəki təsirini, bu böyük yalanın dünya miqyasında məşhur professorlar və elm adamları tərəfindən müdafiə olmasını təəccüb və heyrətlə qarşılayacaq və bu böyük ağılsızlığla uzun müddət lağ edəcəklər.
Dəccal, belə batil üsullarla insanları Allahın dinindən uzaqlaşdırmağa çalışmışdır. Lakin bu anda artıq planları alt-üst olmuşdur. Onun istifadə etdiyi üsul - yəni darvinizm - insanların, hətta uşaqların dilində lağ mövzusu halına gəlməyə başlamışdır. Bütün dünya, yaxın bir gələcəkdə darvinizm cəfəngiyatını vahimə və utancla xatırlayacaq. Şübhəsiz bu, Allaha qarşı baş qaldıranlara, Uca Rəbbimizin tələsi, qarşılığıdır. Allah bir ayəsində belə bildirir:
Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri əzab onları ağuşuna aldı. (Nəhl surəsi, 34)
1 Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 254