Bosna TV, 3 iyun 2008 Adnan Oktar: Türk-İslam birliyinin meydana gəlməsi üçün mühit tam mənası ilə uyğun hala gəldi. Demək olar ki, hazırda heç bir maneə yoxdur. “başlayaq” desək, indi olacaq kimidir. Məsələn, keçən gün bir qəzet elanı vermişdi yoldaşlarımız, Azərbaycan ilə Türkiyə birləşsin deyə. Hər yerdən çox gözəl, müsbət mesajlar gəldi. Azərbaycan prezidenti də bunu istəyir. Suriya istəyir, İraq istəyir, Fas, Tunis, Cəzair hamısı istəyir, istəməyən yoxdur. Yalnız adı qoyulacaqdır. Amma təbii olaraq bunun bir sahibi vardır, bir zamanı vardır. Onun meydana gəlməsi üçün Allah zamanı gözlədir. Adnan Oktar: Baxın, çox açıq şəkildə Avropa Birliyi xristianlıq əsasında birləşmiş vəziyyətdədir. Bu gün bir xristian birliyini meydana gətirdilər. Demək ki, bu olurmuş. Xristian birliyi olursa, müsəlman birliyi də olar. Heç olmayacaq kimi görünən şey xristian birliyi idi, bu çox rahat oldu. Aralıq dənizi birliyi belə ola biləcək kimi gördüklərinə görə, İslam birliyi bunlardan çox daha məntiqli və daha asandır. Türk ölkələri də bölünmüş vəziyyətdədir. Ankara, Konya, İzmir kimi dağılmış vəziyyətdədir. Türküstan, Azərbaycan, tamamilə süni bir bölünmə var. Hamısı İslam ölkəsidir. Bu Türk-İslam birliyində biz yəhudilərin də rahatlamasını, İsrailin də xilas olmasını istəyirik. İsrailin də rahatlamasını istəyirik. Ermənistanın da xilas olmasını və rahatlamasını istəyirik. Türk-İslam birliyi eyni zamanda qeyri-müsəlmanların da hüzur içində cənnətdəki kimi yaşayacağı, təhlükəsizlik içində yaşayacağı bir birlikdir. Bu eqoist bir birlik deyil. |