Allah`ın "... Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”(Şura Surəsi, 15) ayəsi iləbildirdiyi kimi Hz. Məhəmməd (səv) insanları xəbərdar etməklə vəzifələndirilmiş son peyğəmbərdir. Peyğəmbərimiz (səv) bütün digər elçilər kimi insanları doğru yola, Allah`a iman etməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa dəvət etmişdir.Peyğəmbərimizin təbliğ üslubu, mövzular haqqında geniş izahatı hər müsəlmana nümunə olmalıdır. Təbliğat zamanı müsəlmanlar Peyğəmbərimizin (səv) üslubu ilə hərəkət etməlidirlər.
Quranda Peyğəmbərimizin insanları xəbərdar etmək vəzifəsi belə bildirilmişdir:
“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən, (insanları) Allah`a tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm.” (Yusuf Surəsi, 108)
Peyğəmbərimiz (səv) insanları xəbərdar etmək üçün əlindən gələni etmişdir. Bir ayədə belə bildirilir:
“De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və ona (gələcəkdə) yetişəcək olan hər kəsi xəbərdar edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam.” (Ənam Surəsi, 19)
Peyğəmbərimiz (səv) Quranı təbliğ edərkən atalarından özlərinə miras qalan azğın dinlərini tamamilə dəyişdirdiyinə görə müşriklərin təzyiqinə məruz qalmışdır. AncaqAllah`ın əmrinə tabe olaraq onların təzyiqinə, tənə vurmalarınaheç vaxt əhəmiyyət verməmişdir. Allah Peyğəmbərimizə (səv) ayələrdə belə buyurur:
“Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.”(Hicr Surəsi, 94-95)
Hazırda da müsəlmanlar insanların razılıqlarını güdməməli, “kim nə deyər” deyədüşünməməli, Quran əxlaqını insanlara izah etməli, Peyğəmbərimizin (səv) sünnəsinə tabe olaraq qınayanın qınamasından qorxmamalıdır. Bu, Allah`ın razı olduğu və cənnət ilə müjdələdiyi əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz (səv) müsəlmanlara sünnəsinə uymalarını belə bildirir:
"Mənim təbliğ etdiklərimi məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsinlər."
İnsanların Allah`ın gücünü təqdir edib Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün Peyğəmbərimiz (səv) insanlara Allah`ın gücünün və yaratmasındakı əzəmətinin dəlillərini izah etmişdir.Onların Allah`ı sevərək Ondan qorxub çəkinmələrinə səbəb omuşdur. Quranda Rəbbimizin yaratma gücüPeyğəmbərimizə (səv) bu ayələrlə bildirilib:
“De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allah`dan başqa hansı məbud (tanrı) sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?” De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allah`dan başqa hansı məbud (tanrı) dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”(Qəsəs Surəsi, 71-72)
Hz. Məhəmməd (səv) axirətə inanmayanlara da Allah`ın dünyadakı yaradılış dəlillərini izah etmiş və bütün bunları yaratmağa qadir olan Allah`ın, əlbəttə, axirətdə bunun bənzərlərini də yaratmağa qadir olduğunuaçıqlamışdır. Peyğəmbərimizin (səv) bu mühüm həqiqəti qövmünə bildirməsi ayədə belə xəbər verilib:
“De: “Yer üzünü gəzib dolaşın və (Allah`ın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.”(Ənkəbut Surəsi, 20)
Peyğəmbərimiz (səv) insanlara təbliğ etdiyi ayələrlə Allah`ın hər cür əskiklikdən uzaq olduğunu, heç nəyə ehtiyacının olmadığınıçatdırmışdır:
“De: “Mən göyləri və yeri Yaradan Allah`dan başqasınımı dost tutacağam? O, (hamını) yedirir, Özünü isə (heç kəs) yedirmir”. De: “Mənə (Allah`a) təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma. De: “Əzəmətli əzabından qorxduğum üçün Rəbbimə asi olmaram.”
(Ənam Surəsi, 14-15)
Allah`ın bənzərsizvə hər şeyin yeganə sahibi olması Quranda belə bildirilmişdir:
“De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah`dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah`dır. O Təkdir, (hər şeyə) Qalib gələndir.”(Rəd Surəsi, 16)
Hz. Məhəmməd (səv) Allah`ın varlığını bildikləri haldaOnun üstün qüdrətini düşünməyən, böyüklüyünü təqdir edə bilməyən qövmünə Allah`ın varlığını və böyüklüyünü təbliğ etmişdir və bundan sonraonları öyüd-nəsihət qəbul etməyəvə qorxub çəkinməyə dəvət etmişdir. Ayələrdə belə buyurulmuşdur:
“De: “Əgər bilirsinizsə (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allah`ındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allah`dır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allah`dır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”(Muminun Surəsi, 84-89)
Allah Peyğəmbərimizin (səv) və bütün möminlərin köməkçisi və qoruyucusudur. Allah Peyğəmbərimizə (səv) həmişə kömək etmiş, onun üçün çətinlikləri asanlaşdırıb yolunu açmış, onu maddi və mənəvi cəhətdən gücləndirmiş, əməlisaleh möminlərlə müdafiə etmiş, düşmənlərinin isə bəsirətlərini bağlayaraq, güclərini əllərindən alaraq, hiylələrinin üstünü açaraq Peyğəmbərimizə (səv) zərər vermələrinə mane olmuşdur. Allah Tövbə surəsində Peyğəmbərimizə (səv) yardım etdiyini belə bildirir:
“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir.”
(Tövbə Surəsi, 40)
Ayədə bildirildiyi kimi Peyğəmbərimiz (səv) heç bir zaman başqalarına möhtac olmamışdır. Allah ona hər zaman kömək etmişdir. Bu səbəbdən Peyğəmbərimizin (səv)ətrafındakılar etdikləri xidmətlərə görəonu minnət altında qoya bilməzdilər. Çünki əslində, Peyğəmbərimizə (səv) kömək edən Allah`dır və o olmasa da, Allah başqa bir insanı, mələkləri və ya cinləri vəsilə edib peyğəmbərimiz hz. Məhəmmədə (səv) kömək edər.
Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (səv) insanlardan qorxmadan böyük bir cəsarətlə, haqq olaraq bildiyi dini insanlara təbliğ etməsini bildirmiş və onu qoruyacağını vəd etmişdir. Ayədə belə buyurulur:
“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.”(Maidə Surəsi, 67)
Allah`ın gücünü görə bilməyən,hadisələri qavraya bilməyən dayaz düşüncəli inkarçılar Peyğəmbərimizə (səv) qarşı çıxacaqlarını, onu qorxudacaqlarını zənn edirdilər və buna görə dəona qarşı tez-tez hiylələr qururdular. Bu insanlar Allah`ın Peyğəmbərimizi (səv) qoruduğununhiss etmirdilər və bunu qavraya bilmirdilər. Özlərini Peyğəmbərimizdən (səv) üstün və güclü zənn edirdilər. Ancaq Allah hər birinin Ona qarşı qurduğu bir çox hiylələri, hətta bir möcüzə olaraq qurduqları hiylələri öz əleyhlərinə çevirmişdir. Heç bir hiylələri baş tutmamışdır. Birləşib hiylələrini planlaşdırarkən Allah`ın onları gördüyünü, eşitdiyini, qəlblərindən keçənləri bildiyini anlamayan, Peyğəmbərimizdən (səv) gizlətsələr belə Allah`dan gizlədə bilməyəcəklərini düşünməyən, Peyğəmbərimizin (səv) bütün gücün sahibi olan Allah`ın sevimli qulu və dostu olduğunu düşünməyən bu insanlar üçün Allah Quranda belə bildirir:
“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə qurdu, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.”
(Ənfal Surəsi, 30)
Alla başqa bir ayəsində isə Peyğəmbərimizə (səv) heç kimin zərər verə bilməyəcəyini, Allah`ın, Cəbrailin və əməlisaleh möminlərin onun dostu, dəstəkçisi olduğunu belə xəbər verir:
“Əgər ikiniz də Allah`a tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.”(Təhrim Surəsi, 4)
Allah Duha surəsində isə Peyğəmbərimizin (səv) üzərindəki nemətlərini belə bildirmişdir:
“Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu. Həqiqətən axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı?”(Duha surəsi, 3-8)
Peyğəmbərimiz (səv) hər işində, ən çətin anlarında Allah`ın ona kömək edəcəyini bilərək təvəkküllü davranmış, qorxu və narahatlıq keçirməmişdir. Yanındakı möminlərə də Allah`ın özləri ilə birlikdə olduğunu, hər şeyi görüb eşitdiyini söyləmiş, onların da rahat olmalarına vəsilə olmuşdur.
Peyğəmbərimizi(səv) özünə nümunə götürərək onun yolunu izləyənlər də Allah`ın rəhmətindən və köməyindən heç bir zaman ümid kəsməməli, Allah`ın razılığını, rəhmətini və cənnətini ümid edərək yaxşı işlər görməyə yarışdıqları müddətcə Allah`ın daim onların yanında olduğunu bilməlidirlər. Allah bir ayəsində möminlərə belə bir vəd edir:
“Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.”
(Həcc Surəsi, 40)
Peyğəmbərimiz (səv) insanları çəkindirdiyi ən əsas mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi hz. Muhamməd (səv) insanlara daim Allah`ın tək İlah olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə sahib olmadığını söyləmişvə müşriklərə qarşı onları xəbərdar etmişdir. Bir çox ayədə Peyğəmbərimizə (səv) insanları şirkə qarşı xəbərdar etməsindən bəhs edilmişdir. Bu ayələrdən bəziləri belədir:
“De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!” De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!” De: “Həqiqətən, məni Allah`dan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!”(Cin Surəsi, 20-22)
“De: “Mənə, dini yalnız Allah`a məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də, müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxuram”. De: “Mən dinimi (itaətimi) məhz Allah`a məxsus edərək yalnız Ona ibadət edirəm. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”(Zumər Surəsi, 11-15)
“Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allah ilə yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlil gətirin.”(Nəml Surəsi, 64)
Qövmünə Allah`ın tək İlah olduğunu xatırladan hz. Muhamməd (səv) eyni zamanda Allah`a şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəklərini, heç kəsə zərər və ya fayda verməyə güclərinin çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Quranda belə bildirilmişdir:
“De: “Allah`dan başqa tanrı saydıqlarınızı (köməyə) çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər.”(İsra Surəsi, 56)
“De: “Bir deyin görək, sizin Allah`dan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin.”(Əhqaf Surəsi, 4)
“De: “Allah`dan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə və nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allah`a yardımçı olanı da yoxdur.”(Səba Surəsi, 22)
“De: “Allah`dan başqa yalvardığınız şərikləri heç gördünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikimi var?” Yoxsa biz onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.”
(Fatır Surəsi, 40)
İnsanların bir çoxu Allah`ın varlığını qəbul edir, ancaq Allah`ın gücünü və böyüklüyünü təqdir edə bilmirlər. Onlar Allah`dan başqa varlıqların özlərinə fayda verə biləcəyini zənn edirlər, tək dost və köməkçinin Allah olduğunu qavraya bilmirlər. Peyğəmbərimiz (səv) isə qövmünə bu həqiqətləri izah etmiş və onları şirkdən uzaqlaşdırmağa çalışmışdır. Ayələrdə belə bildirilir:
“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah`dan başqa ibadət etdikləriniz, Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül etsinlər!”(Zumər Surəsi, 38)
“De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da, sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.”(Əhzab Surəsi, 17)
İnsanın tək dostu və qoruyucusu Allah`dır. Lakin Allah`dan qorxmayan insanlar bunu qəbul etmək istəmirlər. Ancaq çətinlik anlarında, çarəsiz qalanda, bəzi hadisələrdə bu insanlar özlərinə Allah`dan başqa heç kimin kömək edə bilməyəcəyini anlayırlar. Peyğəmbərimiz (səv) dəinsanlara bu həqiqəti xatırlatmışdır. Çətinlik anlarında insanın Allah`dan başqa heç bir köməkçisi olmadığını söyləmişdir. Bununla bağlı Quranda Peyğəmbərimiz (səv) qövmünü belə xatırlatmışdır:
“De: “Heç düşünürsünüz ki, əgər sizə Allah`ın əzabı gəlsə və ya həmin Saat gəlib çatarsa, Allah`dan başqasınımı çağıracaqsınız? Əgər doğru deyirsinizsə, çağırın görək.” Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər (Allah) istəsə, Ona (uzaqlaşdırması haqqında) yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.”(Ənam Surəsi, 40-41)
Peyğəmbərimizin (səv) də xatırlatdığı bu həqiqəti unutmayan möminlər bir çətinliklə qarşılaşmadan da özlərinə tək kömək edə biləcək, onlardan çətinlikləri uzaqlaşdıran gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:
“De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman, sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz.”(Ənam Surəsi, 63-64)
Peyğəmbərimizin (səv) Quranda da dəfələrlə bildirilən ən mühüm xüsusiyyətlərindən biri yalnız Allah`ın nazil etdiyinə itaət edərək insanların razılığını düşünmədən, insanlardan çəkinmədən yalnız Allah`ın bildirdiyini yerinə yetirməsidir. Hətta müşriklər və digər dinlərin mənsubları Peyğəmbərimizdən (səv) öz mənfəətlərinə uyğun hökmlər verməsini istəmişlər. Bu şəxslərin sayca və daha qüvvətli mövqedə olmalarına baxmayaraq, Peyğəmbərimiz (səv) Quranı və Allah`ın hökmlərini qətiyyətlə yerinə yetirmişdir. Bir ayədə Allah Peyğəmbərimizin (səv) bu insanların israr etdiklərinə necə cavab verdiyini bizlərə belə xəbər verir:
“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”(Yunus Surəsi, 15-16)
“Bunlar Allah`ın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.”(Bəqərə Surəsi, 252)
Qövmünün bu rəftarlarına qarşılıq olaraq Allah Peyğəmbərimizi (səv) bir çox ayəsi ilə xəbərdar etmişdir. Məsələn, Maidə surəsində belə buyurulur:
“Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allah`ın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allah`a olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allah`ın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allah`ın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.”(Maidə Surəsi, 48-49)
Peyğəmbərimiz (səv) də Allah`ın özünə endirdiyindən başqasına tabe olmayacağını qətiyyətlə qövmünə təkrar-təkrar demişdir. Peyğəmbərimizin (səv) bu üstün əxlaqını xəbər verən bir ayə belədir:
“De: “Mən sizə demirəm ki, Allah`ın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”(Ənam Surəsi, 50)
Peyğəmbərimiz (səv) Allah üçün qətiyyətli və təmkinli olaraq haqq dini ən gözəl və ən doğru şəkildə insanlara təbliğ etmişdir. İnsanların böyük bir hissəsi ilə müqayisə etmək Peyğəmbərimizin (səv) bu üstünlüyünün daha da yaxşı başa düşülməsinə səbəb olacaq. İndi də, keçmişdə də insanların böyük bir hissəsinin zəiflikləri, hərislikləri olmuşdur.Əksəriyyəti isə dini qəbul etmələrinə baxmayaraq bu zəifliklərə məğlub olmuşlar. Onlar zəiflik və hərisliklərindən uzaqlaşmaq əvəzinə dini hökmlərdə güzəştlər axtarırlar. Məsələn, dostlarının, yoldaşlarının, qohumlarının nə deyəcəyindən çəkinərək dinin bəzi hökmlərini yerinə yetirmirlər və ya dinə uyğun gəlməyən bəzi vərdişlərini tərk edə bilmirlər. Buna görə də dini öz mənfəətlərinə görə şərh edir, mənfəətlərinə uyğun hökmlərini qəbul edir, digərlərini görməzlikdən gəlirlər.
Peyğəmbərimiz (səv) isə bu cür insanların istəklərinə heç bir zaman güzəştə getməmiş, Allah`ın endirdiyini heç bir dəyişiklik etmədən, heç kimdən mənfəət güdmədən, yalnız Allah`dan qorxub çəkinərək təbliğ etmişdir. Allah Peyğəmbərimizin (səv) bu təqvasını Quranda belə bildirir:
“And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi.”(Nəcm Surəsi, 1-5)
“Bilin ki, Allah`ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.”(Hucurat Surəsi, 7)
Quranda Peyğəmbərimizə (səv) aid hadisələrdə onun təvəkkülü və Allah`a təslimiyyəti aşkar görünür. Məsələn, Peyğəmbərimizin (səv) Məkkədən çıxdıqdan sonra dostu ilə birlikdə gizləndiyi bir mağaradakı sözləri onun təvəkkülünün ən gözəl nümunələrindən biridir. Ayədə belə bildirilir:
“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım etdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah`ın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir” (Tövbə Surəsi, 40)
Peyğəmbərimiz hər şəraitdə Allah`a təslim olmuş və bütün hadisələrə xeyir gözü ilə baxmışdır. Quranda bildirilən Peyğəmbərimizin (səv) qövmünə dediyi bu sözlər də onun nə qədər təvəkküllü olmasını göstərir:
“Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!”(Tövbə Surəsi, 50-51)
Peyğəmbərimiz (səv) təvəkkülü ilə bütün müsəlmanlara nümunə olmuş və insanın Allah`dan gələcək bir şeyi dəyişdirməyə əsla gücünün çatmayacağını belə xatırlatmışdır:
"Bir nəfsə təqdir edilmiş şey mütləq baş verər."
“... Bir şey istəyəndə Allah`dan istə. Kömək tələb edəcəksənsə, Allah`dan kömək dilə. Çünki qullar Allah`ın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə yığılsalar, bu faydanı etməyə qadir ola bilməzlər. Allah`ın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığılsalar, buna da qadir ola bilməzlər."
Peyğəmbərimizin (səv) sünnəsinə uyan hər bir möminin də müsibət kimi görünən hadisələri onun kimi təvəkküllü qarşılamalı, hər şeydə bir xeyir və gözəllik olduğuna iman etməlidir. Bunu da unutmamaq lazımdır ki, Allah`ın ən təqvalı qullarından biri olan Peyğəmbərimiz hz. Məhəmməd (səv) çox böyük çətinliklərlə sınanmışdır.
Hər şeydən əvvəl təbliğat apardığı xalqın içərisində hər cür çətinliyi törətməyə hazır olan insanlar var: ikiüzlü davranaraq Peyğəmbərimizə (səv) hiylə qurmağa çalışanlar, atalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, Peyğəmbərimizdən (səv) nəfslərinə uyğun ayə gətirməsini istəyənlər, onu öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər və daha bir çoxları davamlı olaraq Peyğəmbərimizə (səv) mane olmağa çalışmışlar.
Peyğəmbərimiz (səv) inkarçıların bu hərəkətlərinə daim səbr etmiş, qərarlılıqla Allah`ın dinini təbliğ etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin təməlində Allah`a olan güclü imanı, təvəkkülü və təslimiyyəti dayanır. Peyğəmbərimiz (səv) mağarada olduğu kimi hər vəziyyətdə Allah`ın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allah`ın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman gətirmişdir. Peyğəmbərimizin (səv) bu hədisi onun hər şeyin xeyirli tərəflərini görən təvəkkülünə bir nümunədir:
"Mömin insanın vəziyyəti necə qəribədir. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət yalnız möminə xasdır, başqasına deyil. Ona məmnun olacağı bir şey gəlsə, şükr edər bu xeyirdir, bir zərər gəlsə, səbr edər bu da xeyirdir."
Peyğəmbərimiz (səv) bu inancı ilə hadisələr qarşısında əlindən gələn bütün səyi göstərmiş, ancaq nəticənin Allah`a aid olduğunu hər vaxt bilərək Ona təvəkkül etmişdir. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və müvəffəqiyyətli etmişdir.
Allah çətinlik yaradanlara qarşı Peyğəmbərimizə (səv) təvəkküllü davranmasını bildirmim və Peyğəmbərimiz (səv) də həyatı boyunca Rəbbimizin bu əmrinə uymuşdur. Ayədə belə buyurulur:
“Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah`a təvəkkül et! Qoruyan olaraq Allah yetər.”(Nisa Surəsi, 81)
Başqa bir ayədə isə belə buyrulur:
“Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görür.”(Ali İmran Surəsi, 20)
Peyğəmbərimiz (səv) bir sözündə isə təvəkkül edənlərin alacaqları mükafatı belə bildirmişdir:
"Siz Allah`a haqqı ilə təvəkkül etsəniz quşlar kimi ruziləndirilərsiniz. Onlar ac gedər, tox dönərlər."
Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin (səv) sözləri və davranışıdır. Buna görə dəhər hansı bir çətinliklə, nəfsinə ağır gələn vəziyyətlə qarşılaşan hər möminhər şeyi yaradanın Allah olduğunu düşünərək Quran ayələrini, Peyğəmbərimizin (səv) təvəkkülünü nümunə götürməli, hər hadisədə Allah`ın yaratdığı qədərə təslim olduğunu xatırlamalıdır.
İslam dininin ən əsas xüsusiyyətlərindən biri insanın bütün həyatını Allah qorxusu üzərinə qurması və bütün ibadətlərini də yalnız Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün etməsidir. Allah bir ayəsində möminlərə "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah`a məxsusdur!"(Ənam surəsi, 162) şəklində buyurur.
Quranda “Ancaq tövbə edənlər, islah edilənlər, Allahdanmöhkəmyapışanlar və dinlərini qatqısız olaraq Allah üçün (xalis) qılanlar; məhz onlar möminlərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir" (Nisa Surəsi, 146 ) ayəsiylə də möminlərə dini yalnız Allah üçün, başqa heç bir məqsəd güdmədən yaşamaları əmr edilmişdir. İnsanın Allah`dan möhkəm yapışması, Allah`dan başqa bir ilah olmadığını bilərək həyatını yalnız Onun razılığına həsr etməsi və hər nə olursa olsun Allah`a olan sədaqətindən imtina etməməsi o insanın ixlaslı olduğunu göstərir.
İxlaslı mömin etdiyi işlər və ibadətlərlə Allah`dan başqasının sevgisini, razılığını, təqdirini, rəğbətini əldə etməyə çalışmaz. İxlaslı möminlərə ən gözəl nümunə hz. Məhəmməd (səv) və digər peyğəmbərlərdir.
Peyğəmbərimiz (səv) yalnız Allah`ın razılığını axtarmışdır. Heç bir mənfəət və ya dünyəvi bir mənfəət düşünmədən həyatı boyunca Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərmişdir.
“De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram." (Sad Surəsi, 86)
“De: “Mən sizdən bir haqq istəmişəmsə onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir.”(Səba surəsi, 47)
“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər!” (Möminlər Surəsi, 44)
Hz. Məhəmməd (səv) peyğəmbərliyi ərzində müxtəlif çətinliklərlə qarşılaşmışdır. Qövmündən inkar edənlər və müşriklər ona qarşı çox incidici sözlər söyləmiş, hətta sehrbaz və ya dəlidir demiş, bəziləri də Peyğəmbərimizi (səv) öldürmək belə istəyərək bunun üçün planlar qurmuşlar. Buna baxmayaraq, Peyğəmbərimiz (səv) hər mədəniyyətdən və xarakterdən insanlari öyrətməyə, onlara Quranı, gözəl əxlaqı öyrətməyə çalışmışdır.
Quran ayələrində bildirildiyi kimi, bəzi insanlar mühüm əxlaq qanunlarından belə xəbərsiz olduqları üçün Peyğəmbərimiz (səv) kimi incə düşüncəli, üstün əxlaqlı bir insana müxtəlif çətinliklər yaradıblar. Peyğəmbərimiz (səv) isə bütün bunlara qarşı səbirli olmuş, hər vəziyyətdə Allah`a yönələrək, Allah`ın köməyini istəyərək möminlərə də səbir və təvəkkülü tövsiyə etmişdir.
Allah Quranda Peyğəmbərimizə (səv) bir çox ayəsi ilə inkar edənlərin söylədiklərinə qarşı səbirli olmasını belə tövsiyyə edir:
“Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!”(Qaf Surəsi, 39)
“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allah`a məxsusdur. O, Eşidəndir, Biləndir.”(Yunus Surəsi, 65)
“Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.”(Hicr Surəsi, 97)
“Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.”(Hud Surəsi, 12)
Peyğəmbərimizin (səv) nələrə səbir edib üstün əxlaq göstərdiyini düşünən möminlərin qarşılaşdıqları hadisələrdə özlərinə onu nümunə götürməlidirlər. Nəfslərinə zidd olan ən kiçik bir hadisədə ümidsizliyə qapılanlar, ən kiçik bir etiraz, dözümsüzlük göstərənlər, Allah`ın dinini təbliğ etməkdən imtina edənlərvə ya ticarətləri baş tutmadıqda pis olanlar bu davranışlarınının Allah`ın Kitabına və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmadığını bilməlidirlər. İman edənlər, hər hadisədə səbir göstərib, Allahı vəkil tutub Ona həmd edərək, Peyğəmbərimiz (səv) kimi üstün bir əxlaq göstərməli və Rəbbimizin razılığını, rəhmətini və cənnətini ummalıdırlar.
“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.”(Kəhf Surəsi, 55)
Allah Quranda möminlərə "Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır" (Nisa Surəsi, 135) şəklində buyurur. Peyğəmbərimizin (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və millətlərdən olan insanlara qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allah`ın ayəsində bildirdiyi kimi zəngin, kasıb ayrı-seçkiliyi etmədən hər kəsə bərabər davranması ilə bütün insanlar üçün çox böyük bir nümunədir.
Allah bir ayəsində Rəsuluna belə buyurur:
“Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.”(Maidə Surəsi, 42)
Peyğəmbərimiz (səv) bu çətin qövmün içində belə Allah`ın əmrinə itaət etmiş və heç bir zaman ədalətdən kənara çıxmamışdır. Daim "Rəbbim ədalətli olmağı əmr etdi" (Əraf Surəsi, 29) deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.
Hz. Məhəmmədin (səv) peyğəmbərliyi boyunca ədalətli davranmalı olduğu hadisələr baş vermişdir. Peyğəmbərimizin (səv) yaşadığı yerdə bir çox müxtəlif din, dil, irq və qəbilədən olan insan bir yerdə yaşayırdı. Bu birliklərin bir yerdə dinclik və güvən içində yaşamaları, aralarına nifaq salmağa çalışanların qarşısını almaq çox çətin idi. Ən kiçik səbəbə görə dərhal bir qrup digərinə qarşı hirslənib hücum edə bilirdi. Ancaq Peyğəmbərimizin (səv) ədaləti, müsəlmanlar üçün olduğu qədər bu birliklər üçün də dinclik yaratmışdır. Əsri-Səadət dövründə Ərəbistan yarımadasında xristian, yəhudi, bütpərəstlər arasında fərq qoymadan hər kəsə ədalətli davranmışdır. Peyğəmbərimiz (səv) Allah`ın "Dində məcburiyyət yoxdur." (Bəqərə Surəsi, 256) ayəsinə uyğun olaraq hər kəsə haqq dini izah etmiş, amma seçim etmək mövzusunda sərbəst buraxmışdır.
Allah Peyğəmbərimizə (səv) başqa bir ayəsində isə fərqli dinlərdən insanlara qarşı necə ədalətli olmalı olduğunu belə bildirmişdir:
“Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allah`ın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır.”(Şura Surəsi, 15)
Peyğəmbərimiz (səv) Quran əxlaqına itaət edərək göstərdiyi bu gözəl davranışı indiki dövrdə də fərqli dinə mənsub insanların bir-birlərlərinə qarşı münasibətlərinə nümunə olmalıdır.
“Səndən əvvəlki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.”(Furqan Surəsi, 20)
Peyğəmbərimizin (səv) ədaləti fərqli irqlərdən insanlar arasında da bir çox xütbəsində, hətta Vida xütbəsində də irqlərə gör üstünlük ola bilməyəcəyini, Allah`ın ayəsində xəbər verdiyi kimi "üstünlüyün yalnız təqvaya görə olacağını" bildirib. Ayədə belə buyurulur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”(Hucurat Surəsi, 13)
Peyğəmbərimiz (səv) isə iki ayrı hədisində belə bildirmişdir:
"Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar, şübhəsiz, irqləri ilə öyünməməlidirlər."
"Sizin nəsilləriniz kimlərəsə üstünlük və qürur göstərməyə səbəb olmamalıdır. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız eyni ölçüdə olan bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin heç kimə din və təqva cəhətdən üstünlüyü yoxdur (Belə olmalıdır: Halbuki heç kimin heç kimə din və təqva istisna olmaqla heç bir üstünlüyü yoxdur) . Bir insanın pis olması üçün başqalarını tənqid etməsi, aşağı səviyyəli hesab etməsi, xəsis, pis xasiyyətli olması, hədd-hüdudu aşması kifayət edir."
Peyğəmbərimiz (səv) Vida Xütbəsində də müsəlmanlara belə müraciət etmişdir:
"Soylarla fəxr edilməməlidir. Ərəblər ərəb olduqları üçün qeyri ərəblərdən, qeyri ərəblərin də naşı olduqlarından ərəblərdən üstün sayıla bilməzlər. Çünki Allah qatında ən uca olanınız ona qarşı çıxmaqdan ən çox çəkinəniniz, (ən təqvalınız)dır. "
Ərəb yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin (səv) ədalətinə nümunədir. Bu müqavilənin maddələrindən biri belədir:
"Nəcranlıların və maiyətindəkilərin canları, malları, dinləri varları və yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allah`ın və Allah`ın peyğəmbərinin zəmanəti (himayəsi) altına alınacaq".
Peyğəmbərimizin (səv) xristian, yəhudi və müşriklərlə imzaladığı Mədinə müqaviləsi də onun ədalətinin bir nümunəsidir. Fərqli inanclı birliklər arasında ədalət yaratmaq və hər birliyin maraqlarının diqqətə alınması üçün hazırlanan bu müqavilə sayəsində illərlə düşmən münasibətində yaşayan birliklər arasında sülh yaranmışdır. Mədinə müqaviləsinin ən nəzərə çarpan xüsusiyyətlərindən biri vicdan azadlığını təmin etməsidir. Bu mövzu ilə əlaqədar maddə belədir:
"Mən-i Avf yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir."
Mədinə müqaviləsinin maddələrindən birində "Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənlərimizlə köməkləşməyəcəyi təqdirdə kömək və dəstəyimizi qazanacaqlar" deyə bildirilmişdir. Peyğəmbərimizdən (səv) sonra da səhabələri Peyğəmbərimizin (səv) müqavilədə qeyd etdirdiyi bu hökmə sadiq qalmış və eyni hökmü bərbəri, buddist, brahman və buna bənzər inancları olan insanlar üçün də yerinə yetirmişlər.
Əsri-Səadət dövrünün sülh, dinclik və təhlükəsizlik içində keçməsinin ən mühüm səbəblərindən biri Quran əxlaqına itaət edən Peyğəmbərimizin (səv) ədalətli mövqeyidir.
Peyğəmbərimizin (səv) ədaləti qeyri-müsəlmanlarda da rahatlıq yaratmış və müşriklərdən də Peyğəmbərimizin (səv) himayəsi altına girmək istəyənlər olmuşdur. Allah Quranda müşriklərin bu tələblərini bildirmiş və eyni zamanda Peyğəmbərimizə (səv) bu insanlara qarşı necə davranmalı olması da vəhy edilib:
“Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allah`ın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. Məscidul-Haramın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.”(Tövbə Surəsi, 6-7)
Hal-hazırda dünyanın hər tərəfində meydana gələn münaqişələrin, müharibələrin, narahatlıqların tək həlli Quran əxlaqına uyğundavranmaq və Peyğəmbərimiz (səv) kimi din, dil və ya irqi ayrı-seçkilik güdmədən ədaləti qoruyub saxlamaqdır.
Peyğəmbərimizə (səv) Quran vəhy edildikdən etibarən həyatı boyunca insanları Allah`ın dininə çağırmış, onlara doğru yolu göstərərək rəhbərlik etmişdir. Quranın bir ayəsində Peyğəmbərimizin (səv) belə xitab etməsi buyurulur:
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm.”(Yusuf Surəsi, 108)
Quran ayələrindən göründüyü kimi Peyğəmbərimiz (səv) insanları xəbərdar edib qorxudarkən və onlara Quranı, gözəl əxlaqı öyrədərkən bir çox çətinliklərlə qarşılaşmışdır. Hər kəs hidayətə gəlmədiyinə görə qısqanclığından, kinindən, Peyğəmbərimizə (səv) çətinlik yaradan, söylədiyi sözü qavramayanlar, başa düşdüyü halda eşitməzlikdən gələnlər Peyğəmbərimizin (səv)söylədiklərinə “inandım” dediyi halda həqiqətdə inanmayıb iki üzlülük edənlər və buna bənzər pis əxlaq göstərənlər olmuşdur. Peyğəmbərimiz (səv) bunlara baxmayaraq, heç bir zaman qorxmadan təbliğinə qətiyyətlə davam etmişdir. Bu insanların rəftarları bir ayədə belə açıqlanır:
“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm.”(Ali İmran Surəsi, 119)
“De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”(Rəd Surəsi, 36)
Peyğəmbərimizin (səv) münafiqlərə qarşı davranışı və dözümlülüyü isə ayədə belə bildirilir:
“Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allah`a ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”(Rəd Surəsi, 36)
Peyğəmbərimiz (səv) münafiqləri (ikiüzlü şəxsləri) xəbərdar etməyə davam etmiş, dinə və özünə qarşı düşmənçilik bəsləmələrinə baxmayaraq, bəlkəhidayət taparlar deyə onlara dini ən təsirli şəkildə izah etmişdir. Münafiqlərin Peyğəmbərimizin (səv) izah etdiklərinə qarşı göstərdikləri rəftar isə “Nisa” surəsində belə xəbər verilir:
“Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allah`ın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən.”
(Nisa Surəsi, 60-61)
Münafiqlərin bu ikiüzlü rəftarlarına baxmayaraq, Peyğəmbərimiz (səv) onlara öyüd-nəsihət vermiş, onların vicdanlarına təsir edərək doğrunu görmələrini təmin edəcək şəkildə onlarla danışmışdır. Bir ayədə belə buyurulur:
“Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.”(Nisa Surəsi, 63)
Özünə düşmən olan insanlara öyüd vermək, səhvlərini açıq şəkildə söyləyərək onları doğru yola çağırmaq, əlbəttə ki, çətin bir məsuliyyətdir. Amma Peyğəmbərimiz (səv) kimi Allah`a güvənən, hidayəti verənin Allah olduğunu bilən, insanlardan deyil yalnız Allah`dan qorxub çəkinən bir insan üçün hər işdə olduğu kimi bunda da Allah`ın köməyi və yaratdığı asanlıqlar vardır.
“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm.”(Yusuf Surəsi, 108)
Allah Quranın bir çox ayəsində əxlaq pozuntusu olan insanları doğru yola yönəltmək, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Yuxarıda da ifadə edildiyi kimi, Peyğəmbərimiz (səv) Allah`ın ona verdiyi bu məsuliyyəti böyük səbir, şövq və qətiyyətlə həyatı boyunca davam etdirmişdir. Vəfatına çox yaxın bir zamanda Vida xütbəsində müsəlmanları öyrətməyə və onlara öyüd-nəsihət verməyə davam etmişdir.
Allah`ın Peyğəmbərimizə (səv) verdiyi bu öhdəlik ayələrdə belə bildirilir:
“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.”(Bəqərə Surəsi, 151)
“Allah möminlərə, öz aralarından onlara (Allah`ın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.”(Ali İmran Surəsi, 164)
“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.”(Cümə Surəsi, 2)
Allah bir ayəsində Peyğəmbərimizin (səv) nəsihətlərinin xatırlatma və qorxutma olduğunu, inananlar üçün "həyat verəcək şeylər" olduğunu bildirir. Ayədə belə buyurulur:
“Ey iman gətirənlər! (Peyğəmbər) sizi həyat verəcək şeylərə çağırdığı zaman Allah`ın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.”(Ənfal Surəsi, 24)
Buna görə də Peyğəmbərimizin (səv) çağırış və öyüdləri hər hansı bir insanın çağırışı kimi deyil. Bu çağırışlara tabe olmaq insanın dünyada və axirətdə qurtuluşu deməkdir. Peyğəmbərimizin (səv) hər çağırışında insanı pisliklərdən, zülmdən, bədbinliklərdən, əzabdan qurtaran hikmətlər vardır. Peyğəmbərimizin (səv) hər öyüdü Allah`ın ilhamı olduğu üçün səmimi bir müsəlman bu öyüdlərə qəlbən təslim olaraq hidayət tapar.
Peyğəmbərimizin (səv) günümüzə çatan sözlərində onun möminlərə verdiyi gözəl nəsihətlər də var. Bunlardan biri səhabəsi Muaza (rə) verdiyi öyüd-nəsihətdir. Ona belədemişdir:
"Muaz! Sənə Allah`dan qorxmağını, sözün doğrusunu söyləməyini, sözünün üstündə durmağını, əmanətə toxunmamağını, xəyanətdən uzaq olmağını, qonşu haqqını qorumağı, yetimə qayğı göstərməyi, şirin sözlülüyü, bol-bol salam verməyini, işin yaxşısını etməyini, az tamahkarlığı, imandan yapışmağını, Quranı dərinliyinə qədər anlamanı, axirət sevgisini, hesabdan qorxmağını, təvazökarolmağı tövsiyə edirəm.
Muaz! Sənə hikmət sahiblərinə söyməkdən, doğru söyləyənə yalan danışmaqdan, günahkara boyun əyməkdən, ədalətli bir hökmdara qarşı çıxmaqdan, yer üzündə fitnə törətməkdən uzaq olmağı tövsiyə edirəm.
Muaz! Sənə hər daşın, ağacın və divarın yanında harada olursan ol, Allah`dan qorxmağını, işlədiyin hər günahın ardından gizlisini gizli, aşkar olanına da aşkar tövbə etməyini tövsiyə edirəm. "
Peyğəmbərimiz (s.əv.) yaxınlarını və müsəlmanları belə öyrətmiş və onları hər zaman gözəl xasiyyətli olmağa çağırmışdır.
“Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.”(Bəqərə Surəsi, 257)
“Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.”(Tövbə Surəsi, 70)
“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.”(Ənkəbut Surəsi, 2-4)
Peyğəmbərimiz (səv) çox şəfqətli, düşüncəli, sevgi dolu bir insan idi. Dostlarının, yaxınlarının, özünə tabe olan bütün möminlərin maddi və mənəvi hər cür problemi ilə maraqlanır, sağlamlıqları, təhlükəsizlikləri, sevinci üçün bütün tədbirlər görür, onlara qucaq açır, imanını və təqvalarını davamlı möhkəmlədərək axirət həyatlarını düşünürdi. Peyğəmbərimizin (səv) bütün insanlığa nümunə olan gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:
“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”(Tövbə Surəsi, 128)
“Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!”(Şuəra Surəsi, 215)
Peyğəmbərimizin (səv) öyrətdiyi möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürdükləri üçün Quranda da yada salınaraq bütün insanlara fədakar davranmaları, mərhəmətli olmaları bildirilmişdir. Bir ayədə möminlərin bir-birləri üçün etdikləri fədakarlıq belə izah edilir:
“Mühacirlərdən Mədinədə yurd salan və iman gətirəninsanlar öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr Surəsi, 9)
“Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar”(Nəml Surəsi, 89)
“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”(Nəml Surəsi, 90)
Peyğəmbərimizin (səv) öyrətdiyi və Quran ayələrinə qəlbən bağlı möminlər əsirlərə qarşı belə qoruyucu rəftarlar göstərmişlər. Onların bu nümunə əxlaqları ayələrdə belə bildirilir:
“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”(İnsan Surəsi, 8-10)
Peyğəmbərimiz (səv) səhabələrinə də mərhəmətli olmalarını xatırlatmış və onlara ən gözəl nümunə olmuşdur:
"Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız. Təəssüf günahlarına bilərək davam edib, istiğfar etməyənlərə."
"Mərhəmət etməyənə mərhəmət edilməz."
Peyğəmbərimizin (səv) dövründə ətrafında olan insanların bəzilərinin ədəb və mədəniyyət səviyyələri aşağı idi. Bu insanların incə düşüncəli olmadıqları, narahatlıq verən rəftarları bəzi ayələrdən aydın olur. Məsələn, evlərə ön qapılarından deyil arxa qapılarından girdikləri, Peyğəmbərimizin (səv) evinə yemək yeməyə gələndəvə ya çox danışıb Peyğəmbərimizin (səv) vaxtını aldıqları ayələrdə bildirilib.
Peyğəmbərimiz hz. Məhəmməd (səv) isə çox incə düşüncəli, nəzakətli, səbirli, bu kəslərə şəfqətlə yanaşan, səmimi və çox mədəni bir insan idi. Ətrafındakı insanların narahatlıq verən rəftarlarını hər zaman gözəl şəkildə bildirmiş, onların könüllərini almış və böyük bir səbir və təmkinlə onları başa salmışdır və bu əxlaqı da bütün möminlərə çox gözəl bir nümunə olmuşdur.
Sonsuz mərhəmətli və şəfqətli olan Rəbbimiz Peyğəmbərimizə (səv) bu mövzuda da kömək etmiş, onu ayələri ilə dəstəkləmişdir. Bu mövzudakı ayələrdən biri belədir:
“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin )zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.”
(Əl-Əhzab Surəsi, 53)
Səhabələrin bir çox rəvayətlərində də Peyğəmbərimizin (səv) nəzakətli, incə düşüncəli davranışından nümunə verilir. Peyğəmbərimiz (səv) həm bir peyğəmbər olması, həm də bir dövlət başçısı olduğundan hər təbəqədən olan insanlarla davamlı əlaqədə olmuş, dövlət və qəbilə rəislərindən, zəngin şəxslərə, kasıb, zəif, kimsəsiz yetimlərə, qadın və uşaqlara qədər hər kəslə görüşmuşdür. Bütün bu sosial vəziyyəti, yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan insanlarla hər sahədə yaxşı dialoq qurmuş, hamısının könlünü xoş tutub, hər birinə qarşı nəzakətli, düşüncəli, səbirli və gözəl bir rəftar göstərmişdir.
Peyğəmbərimizin (səv) ətrafında olan yaxın səhabələrinin bildirdikləri hadisələrdən də aydın olduğu kimi Peyğəmbərimiz (səv) "çox nəzakətli, sadə, zərif, lətif və incə düşüncəli" idi. Ədəb, tərbiyə və ədəb qaydalarını həyatında ən gözəl və ən ideal şəkildə tətbiq edirdi.
Hz. Aişə (rə) "Rəsulullahdan daha gözəl əxlaqa sahib heç kim yoxdur. Əshabədən və ailəsindən biri özünə səslənincə, “Buyurun” deyə cavab verərdi. Bu səbəblə Allah ona "Sən yüksək bir əxlaq sahibisən buyurmuşdur" deyərək Peyğəmbərimizdə (səv) gördüyü gözəl əxlaqı izah etmişdir.
Peyğəmbərimizin (səv) evində böyüyən və illərlə ona xidmət edən hz. Ənəs (r.a) Peyğəmbərimizin (səv) bənzərsiz nəzakətini belə bildirmişdir:
"Ondan bir şey soruşanı diqqətlə dinləyər, sualı soruşan yanından ayrılmadıqca, onu tərk etməzdi. Rəsulullah ilə bir kimsə görüşsə və ya bir kimsə görüşmək üçün əlini uzatsa, qarşısındakı insan əlini çəkmədən Rəsulullah əlini çəkməzdi. Biri ilə üz-üzə gəlincə də qarşısındakı üzünü çevirib ayrılmadıqca Rəsulullah o şəxsdən üzünü çevirməzdi. Önünə oturan şəxsə tərəf heç bir zaman ayaqlarını uzatmırdı. Qarşılaşdığı kimsəyə, əvvəlcə, özü salam verərdi. Səhabələriylə əl verib görüşməyə əvvəl özü başlayardı.
Səhabələrinə gözəl ləqəblər verərdi. Hz. Əliyə “Əbu Turab”, bir başqa səhabəsinə “Əbu Hüreyrə” kimi ləqəbləri vermişdi. Onları şərəfləndirmək üçün, xoşlarına gələn adlarla çağırardı."
Heç kimin sözünü kəsməzdi. Danışığını yarımçıq kəsməzdi. Danışdığı adam sözünü bitirmədən, yaxud getmək üzrə ayağa qalxmadan söhbətinə davam edərdi.
Rəsulallaha on il xidmət etdim, Vallah mənə “Uf” belə demədi. Onun gecikdirdiyim və ya etmədiyim bir əmrindən ötrü məni danlamadığı kimi, ailəsindən danlayan olsa, onlara da “Ona toxunmayın. Bu işi etmək lazım olsaydı, edərdi” deyərdi.”
Bir gün bir iş üçün bir yerə getməyimi əmr etdi. Yanından çıxdıqdan sonra küçədə bir neçə uşağın oynadığını gördüm və onları seyr etməyə başladım. Bu zaman arxadan biri iki əliylə başımı tutdu. Çevrildiyimdə baxdım ki, Odur. Gülərək mənə: “Ənəscim, sənə söylədiyim yerə getdinmi?” dedi.
“Xeyr, hələ getmədim, gedəcəyəm” dedim.
Mən ona illərlə xidmət etdim. Vallah bir dəfə olsun etdiyim bir iş üçün “Nə üçün etdin? ”, etmədiyim bir iş üçün “Nə üçün etmədin?” dediyini xatırlamıram.”
Peyğəmbərimiz (səv) həyatı boyunca minlərlə insanı elmləndirmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl rəftarlı, incə düşüncəli, fədakar, üstün əxlaqlı insanlar olmalarına səbəb olmuşdur. Özündən sonra da sözləri, davranışı və əxlaqı ilə milyonlarla insanın bir çox gözəlliyi öyrənməsinə vəsilə olan Peyğəmbərimiz (səv) çox xeyirli bir yol göstərici və təlimatçı olmuşdur.
“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.”(Ali İmran Surəsi, 26)
“Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.”(Bəqərə surəsi, 201-202)
Allah bütün insanları göndərdiyi elçilərə riayət edərək və onlara itaət etməklə məsul tutmuşdur. Elçilər Allah`ın əmrlərini yerinə yetirən, insanlara Allah`ın vəhyini çatdıran və hərəkətləri ilə, danışıqları ilə, qısacası bütün həyatları ilə insanlara Allah`ın ən razı olacağı insan modelini və həyatın necə yaşanması lazım olduğunu göstərən mübarək insanlardır. Allah Quranda elçilərinə uyanların qurtuluşa çatacaqlarını bildirmişdir. Bu səbəbdən Peyğəmbərimizə (səv) itaət etmək mühüm bir ibadətdir. Allah itaət mövzusunun əhəmiyyətini Quranda belə xəbər verir:
“Biz hər bir elçini Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allah`dan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allah`ın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.”(Nisa Surəsi, 64)
“Allah`a və (Onun) Elçisinə itaət edənlər Allah`ın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.”(Nisa Surəsi, 69)
Quranın bir çox ayəsində isə peyğəmbərlərə itaət edənlərin əslində Allah`a itaət etmiş olduqları bildirilir. Elçilərə qarşı çıxanlar isə həqiqətdə Allah`a qarşı qarşı çıxmış olurlar. Bu ayələrdən bəziləri belədir:
“Kim Peyğəmbərə itaət edərsə Allah`a itaət etmiş olar, kim üz çevirərsə (bil ki) Biz səni onlara gözətçi göndərməmişik.”(Nisa Surəsi, 80)
“Sənə beyət edənlər Allah1a beyət etmiş olurlar. Allah1ın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah ilə bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.”(Fəth Surəsi, 10)
Peyğəmbərimiz (səv) də hədislərində itaətin əhəmiyyətini xatırlatmış və belə buyurmuşdur:
"Kim mənə itaət etsə, şübhəsiz ki, Allah`a itaət etmiş olar. Kim də mənə üsyan etsə, şübhəsiz ki, Allaha üsyan etmiş olar."
Allah Quranda Peyğəmbərimizin (səv) möminlər üçün qoruyucu və idarəçi olduğunu bildirir. Bu səbəbdən müsəlmanlar hər mövzuda Peyğəmbərimizdən(səv) nəsihət alır, onun fikrini və razılığını alaraq bir işə başlayardılar. Bundan başqa, aralarında narazılıq yarandıqda, həll yolu tapa bilmədikləri və ya ümmətin təhlükəsizliyinə, sağlamlığına, iqtisadi vəziyyətlə bağlı bir xəbər öyrəndikdə bunları da dərhal Peyğəmbərimizə (səv)çatdırar və ondan ən xeyirli və etibarlı həll və ya üsulu öyrənərək tətbiq edərdilər.
Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox mühüm bir əxlaqdır. Məsələn Allah bir ayəsində bütün xəbərlərin peyğəmbərə və ya onun özünə vəkil etdiyi şəxslərə çatdırılmasını əmr etmişdir. Ayədə belə buyurulur:
“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allah`ın lütfü və rəhmi olmasaydı əlbəttə az bir qisminiz istisna olmaqla (ha-mınız) şeytana uyardınız.”(Nisa Surəsi, 83)
Bu, əlbəttə ki, bir çox xeyiri və hikməti olan bir əmrdir. Hər şeydən əvvəl Peyğəmbərimizin (səv) hər əmri və hökmü Allah tərəfindən qorunur. Buna görə də verdiyi qərarlar daim xeyirlidir. Bundan əlavə, Peyğəmbərimiz (səv) ümmətin ən ağıllı və hikmətli insanı idi. İnsan hər işində təbii olaraq ən layiqli, ən yüksək ağıla və vicdana sahib olan, ən çox güvəndiyi və əmin olduğu adamla məsləhətləşmək, nəticə çıxarması üçün ona bildirmək istəyir.
Peyğəmbərimiz (səv) hadisələri daha ağıllı və sağlam şərhlərlə izah etmişdir. Allah başqa bir ayəsində isə möminlərin aralarındakı narazılıqlarda Peyğəmbərimizi (səv) hakim tutmalarını bildirmişdir. Bu cür həll yolu çətin olan məsələlərin dərhal Peyğəmbərimizə (səv) çatdırılması Allah`ın əmridir və bu da ağıla, vicdana və ədəbə uyğundur. Həmdə Peyğəmbərimizin (səv) verdiyi hökmə könüldən və heç bir şübhə etmədən itaət etmək çox əhəmiyyətlidir. Onun verdiyi qərar o insanın mənfəətləri ilə ziddiyyət təşkil etsə də, həqiqətən, iman edənlər bu vəziyyətdən heç bir narahatçılıq hiss etməz və dərhal razı olaraq peyğəmbərin hökmünə itaət edərlər. Allah bu əhəmiyyətli itaət xüsusiyyətini Quranda belə bildirmişdir:
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.”(Nisa Surəsi, 65)
Peyğəmbərimizin (səv) bütün qərarlarının daim Allah`ın qüdrəti altında olduğunu hiss edə bilməyən bəzi zəif imanı olan və ya ikiüzlü insanlar Peyğəmbərimizin (səv) hər mövzudan xəbərdar olaraq məlumatlandırmasına qarşı çıxmış və bu mövzuda fitnə çıxarmağa çalışmışlar. Bir ayədə belə bildirilir:
“Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allah`a iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allah`ın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır.”
(Tövbə Surəsi, 61)
Bu kəslər imanı qavraya bilmədikləri və Peyğəmbərimizi (səv) təqdir edib tanıya bilmədikləri üçün onun hər şeydən xəbərdar olmasını cahiliyyə düşüncəsi ilə qiymətləndirmişlər. Çünki cahil insanlar sahib olduqları məlumatları xeyir, gözəllik, insanların yaxşılığı və təhlükəsizliyi üçün istifadə etmirlər. Onlar bundan ancaq qeybət və fitnə üçün istifadə edir, bir-birinə qarşı hiylələr qurmağa çalışırlar. Halbuki Peyğəmbərimiz (səv) özünə gələn hər xəbərlə həm müsəlmanların, həm də müdafiəsi altındakı digər insanların təhlükəsizliyini, sağlamlığını, dincliyini təmin etmiş, mümkün təhlükələri aradan qaldıraraq, möminlərə qurulan hiylələri pozmuş, iman zəifliyi olanları taparaq onların imanlarını gücləndirəcək tədbirlər görmüş, möminləri zəiflədəcək, şücaətlərini qıracaq bütün ehtimalların qarşısını kəsmiş, möminlərə gözəllik və xeyir gətirəcək hər cür yollar müəyyən etmişdir. Buna görə də Allah ayələrdə onun “bir xeyir qulağı” olduğunu bildirmişdir. Peyğəmbərimizin (səv) hər sözü, hər qərarı, hər tədbirləri möminlərə və əslində bütün insanlara xeyir və gözəllik gətirmişdir.
“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allah`a, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik dönüş də yalnız Sənədir!” (Bəqərə Surəsi, 285)