Tarix boyu Allaha, dinə və Allahın elçilərinə qarşı çıxan şəxslər həmişə bir bəla ilə yox olmuş, hətta arxalarında tək bir iz qalmayacaq şəkildə qeyb olmuşlar. Bu şəxslərin sonluğundan bütün insanlar ibrət almalı, Allahın qəzəblənməsindən qorxub çəkinməlidirlər.
De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”. (Nəml surəsi, 69)
De: “Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu”. (Ənam surəsi, 11)
“... Elçisinə itaət edin. Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir ...” (Əhzab surəsi, 33)
De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”. (Rum surəsi, 42)
Peyğəmbər (səv) yuxarıda göstərilən ayələrdəki sözlərində isə, "Ey qövmüm düşünün. Sizdən əvvəlki ümmətlər, bu etdiyiniz şeylərə görə həlak oldu. Peyğəmbərlərinə qarşı ixtilafları səbəbindən və kitablarının bəzisini bəzisinə qarışdırmaları səbəbindən." deyərək ətrafındakıları keçmişdəkilərin başlarına gələnlərlə xəbərdar etmişdir.