HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Fil surəsi, 1-5-ci ayələr
“Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? Məgər Rəbbin onların hiyləsini boşa çıxarmadımı? Onların üzərinə qatar-qatar quşlar göndərdi. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi”.
Allah filləri çoxlu sayda quşlarla təsirsiz hala gətirir. Müsəlmanlar da bir araya gələrlərsə, sıx və bərabər olsalar fil kimi gücləri təsirsiz hala gətirə bilərlər. On minlərlə quş, yüzlərlə filə qarşı mübarizə apardılar; Quşlar kiçik olsa da, çox təsirli oldular. Quşlar kiçik daş atır, gücü də azdı, amma birlikdən güc doğar. Quran ona işarə edir. Birlikdə olsanız böyük güc sahibi olarsınız, inşaAllah. Allah: “onların hiyləsini boşa çıxarmadımı?” deyir. Demək ki, küfr hiylə quracaq, Allah da boşa çıxaracaq. inşaAllah.
Kövsər surəsi, 1-3-cü ayələr
Şeytandan Allaha sığınıram. “Həqiqətən, Biz sənə Kövsəri verdik. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, əsl soyu kəsik olan sənə kin bəsləyəndir”.
“Həqiqətən, Biz sənə Kövsəri verdik”. Əbcədi hicri 1453 tarixini verir. Həm İstanbulun fəthi, həm də dünya hakimiyyətinin tarixi. Hicri baxsaq, 1453 dünya hakimiyyətini, miladi baxsaq, İstanbulun fəthinin tarixini verir. “...Rəbbin üçün namaz qıl və qurban kəs”. Demək ki, Allah namazı, qurbanı mübarək edib. Bəzi kəslər qurbana qarşıdır. “Doğrusu, əsl soyu kəsik olan sənə kin bəsləyəndir”. Mehdi (ə.s)-la, bu kin bəsləyənlərin, soyu kəsik olanların, Peyğəmbərimiz (s.ə.v)-in soyunun müvəffəqiyyətini görərək necə hala gəldiklərini görəcəyik inşaAllah.
Məsəd surəsi, 1-5-ci ayələr
“Əbu Ləhəbin iki əli qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır”.
Odun kimi adamlarla gedib evlənirlər. O odun kimi hərifləri də axirətdə kürəyində daşımış olacaq. Onun odu ilə yanmış olacaq. Quran, belə pislik adamlarla evlənməyin də səhvini göstərmiş olur. “Bir-birinizin odunu olarsınız”, ayənin işarəsi budur. Allah: “Malına, qazanclarına heç etibar etməyin. Fayda verməz”. deyir. “... iki əli qurusun”. Hər şeyləri quruyur. Əlinə güvənir, Allah əlini qurudur. Ayağına güvənir ayağını qurudur. “Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır”. Axirətdəki çəkəcəkləri bəlanın dəhşətli olacağını göstərir.
Əsr surəsi, 1-3-cü ayələr
“Əsrə and olsun; Həqiqətən, insan ziyandadır. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa”.
“Əsrə and olsun; Həqiqətən insan, ziyandadır”. Allah, bütün insanlar ziyandadır deyir. “Yalnız iman gətirib yaxşı işlər görənlər ...” Yəni səmimi əməllər edənlər. “Bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa”. Yəni Quranı, İslamı, mehdiyyəti, İsa Məsihin enişini, gözəlliyi, barışı, müharibələrə qarşı olmağı, haqq olan hər şeyi və bir-birlərinə səbri tövsiyə edənlərdən başqa. “Niyə hələ də İslam Birliyi olmadı, niyə əziyyət çəkirik? Niyə bu çətinliklər var?” deməyəcək. Səbir edəcək. Çünki səbrin sonunda cənnət olur, Allahın razılığı var. Səbir etmək lazımdır. Yoxsa itirdin. Haqqı tövsiyə edə bilmirəm deyir, bu halda itirərsən. Allah and içərək, mütləq ziyanda olarsınız deyir. Bütün dünya ziyandadır. İqtisadi böhran yaşayırlar, ağrı-acı yaşayırlar, dinc deyillər. Çünki iman etmirlər. Etsə də səmimi olmur. Bir-birinə haqqı tövsiyə etmir. Və səbirli deyil. Allah, o zaman itirərsiniz, deyir. Çox asandır. Nurlu olan bu hökmləri tərk etdiyində bəla yağış kimi yağar.
Huməzə surəsi, 2-3-cü ayələr
“O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır”.
“O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır...” Allah, kapitalizmə qarşıdır. Quran, kapitalist düşüncəyə qarşıdır. Vəhşi kapitalizmi bu qədər köklü izah edən bir açıqlama mən dünyada görmədim. “Və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır”. Allah, psixologiyalarını da söyləyir. Həqiqətən onlarda qəribə bir əzəmət olar. Ölməyəcəkmiş kimidirlər.