Hörmətli Adnan Oktarın yeni izahları (18 iyul 2012; 23:30)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (18 iyul 2012; 23:30)

736

OSMANLININ ƏSKİK TƏRƏFLƏRI DƏ VAR ƏLBƏTTƏ, SƏHV TƏRƏFLƏRİ DƏ VAR. YAXŞI TƏRƏFLƏRİ DƏ ÇOXDUR, AMMA HEÇ QƏBUL ETMƏDİYİMİZ TƏRƏFLƏRİ DƏ VAR. MƏSƏLƏN, O SİYASİ CİNAYƏTLƏR RƏZALƏTDİR. YƏNİ HEÇ BİR AÇIQLAMASI YOXDUR. 6 yaşında, 7 yaşında uşaqların qətlə yetirilməsi, şəhid edilməsi. “Dövlət adına” -deyir. Nə əlaqəsi var? Götürüb təhsil verərsən, bir yerdə yerləşdirərsən, olar bitər. Yəni öldürərək, şəhid edərək ... Çox qorxunc bir metoddur. Axirətdə açıqlanacaq kimi bir istiqaməti yoxdur. Haramdır, çox böyük günaha girmişlər.

MÜQƏDDƏS SANDIĞI TAPACAQ OLAN MEHDİDİR. ALLAH ONA O VƏZİFƏNİ VERMİŞ. BAŞQASI TAPA BİLMİR. CIA var, o qədər kəşfiyyat təşkilatı var, dövlətlər var gücüylə axtarır. İsrail dövləti rəsmi olaraq axtarır Müqəddəs Sandığı. Bütün imkanları hesabına, bütün insanlar axtarır, amma tapa bilmirlər. Yerini kim bilir, yalnız Mehdi bilir. Mehdi də tam vaxtında sandığı ortaya çıxaracaq.

Oruc tutan fiziki cəhətdən çox sağlam olmalıdır. Təzyiqi, hər şeyi çox yaxşı olacaq. Belə olduqda onsuz da oruc tutan xəbəri belə olmaz, çox gözəl olar, çox zövqlü olar. Bütün bədənində hiss edər, bir xoşluq gələr. XÜSUSİ BİR ENERJİSİ VARDIR ORUCUN. BÜTÜN DAMARLARDA, HƏR YERDƏ HİSS EDİLƏR. Bədəndə köklü bir dəyişikliyə səbəb olar. Yəni ruhi və fiziki çoxlu faydaları vardır. Damarlarda xolesterol plaklarını əridər. Çünki bədən istifadə edəcək qida tapa bilmir, məcbur olaraq damarlardakı xolesterolu yeməyə başlayır. Lüzumsuz xolesterol bədəndə istifadə edilmiş olur. Yığılan yağlar istifadə edilməyə başlanır. Bədən, suyu nəzarətli istifadə etməyi öyrənir. Bədənə tərbiyə verilmiş olur. Yəni bədən bir növ gimnastika etmiş olur. Bədən suyunu necə istifadə edəcəyini görmüş olur. Daxili orqanlarda yenilənməyə səbəb olur. Və daha bizim bilmədiyimiz bir çox faydaları var.

(Vaqiə surəsi)

58. “Axıtdığınız nütfəni gördünüzmü??”

Bətndəki nütfəni insan görə bilməz. Nədir o? Elektron mikroskopunda spermanın araşdırılması. Hərəkətlərinin, quruluşunun, qamçısının, digər tərəflərinin araşdırılması. Araşdırıldığında insanların ağlı dayanır, heyrət edirlər və iman edirlər. Bu elmə təşviqdir, buradakı ayə.

59. “Onu siz yaradırsınız, yoxsa Biz?”

Yəni bu təsadüfən olmaz deyir Allah. Çünki böyük bir sənət var, böyük bir incəlik var.

60. “Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz”.

Allah insanın acizliyini xatırladır. Məsələn, adam havalara girir, amma “Öləcəksiniz, ölümü yaratdım” -deyir Allah. “Əgər durdura bilirsənsə ölümü durdur” -deyir. Allah insana acizliyini göstərir, xatırladır.

61. “Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz".

Yenidən yaradıldığında bənzəri yaradılır, amma mükəmməl yaradılır. Əvvəlki kimi acizlik içində deyil. Amma acizlik içində olmamağı bax Allah necə açıqlayır: “... siz özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmaq-inşa etmək mövzusunda”. Daha əvvəl biz bilirik, elmi üsullarla anlayırıq Allahın Yaratma sənətini. Amma yenidən yaradılışda bilmirsiniz, bilməyəcəklər deyir Allah. Yeni fizika qanunları ilə, yeni bir üsulla yaradacağam deyir. Təptəzə bir üsulla. Tam fərqli bir quruluş var o zaman. Məsələn, insanda qan olmur vücudunda. Qan olmadan yaşayır. Qan olmadan insan yaşaya bilərmi? Bədənində qan yoxdur. Yeni bir yaratmadır çünki. Başdan sona fizika qanunları dəyişmiş olur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo