Peyğəmbərimizə (səv) Quran vəhy edildikdən etibarən, həyatı boyu insanları Allahın dininə çağırmış, onlara doğru yolu göstərərək rəhbərlik etmişdir. Quranın bir ayəsində Peyğəmbərimizin (səv) belə xitab etməsi bildirilir:
“(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən də müşriklərdən deyiləm!” (Yusuf surəsi, 108)
Quran ayələrindən aydın olduğu kimi, Peyğəmbərimiz (səv) insanları xəbərdar edib qorxudarkən və onlara Quranı, gözəl əxlaqı öyrədərkən bir çox çətinliklərlə qarşılaşmışdır. Hər kəs hidayət əhli olmadığı üçün qısqanclığından, kinindən Peyğəmbərimizə (səv) çətinlik yaradanlar, söylədiyi sözü qavrayamayanlar, başa düşdüyü halda inkar edənlər, Peyğəmbərimizin (səv) söylədiklərinə inandım dediyi halda inanmayıb ikiüzlülük edənlər və buna bənzər pis əxlaq göstərənlər olmuşdur. Peyğəmbərimiz (səv) bunlara baxmayaraq, heç vaxt qorxmadan dini izah etməyə böyük qətiyyətlə davam etmişdir. Bu şəxslərin rəftarları bir ayədə belə açıqlanır:
“Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.” (Ali İmran surəsi, 119)
…De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!” (Rəd surəsi, 36)
Peyğəmbərimizin (səv) münafiqlərə qarşı göstərdiyi gözəl əxlaq və səbir isə ayədə belə bildirilir:
“Kitab verdiklərimiz sənə nazil etdiyimizə (Qurana) sevinirlər. Fəqət elə firqələr də vardır ki, onun (Quranın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!” (Rəd surəsi, 36)
Peyğəmbərimiz (səv) münafiqləri xəbərdar etməyə davam etmiş, dinə və özünə qarşı düşmənçilik bəsləmələrinə baxmayaraq, bəlkə imtina edərlər və hidayət taparlar deyə onlara dini ən təsirli şəkildə izah etmişdir. Münafiqlərin Peyğəmbərimizin (səv) izah etdiklərinə qarşı göstərdikləri rəftar isə ” Nisa” surəsində belə xəbər verilir:
“(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara: “Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.” (Nisa surəsi, 60-61)
Münafiqlərin bu ikiüzlü rəftarlarına baxmayaraq, Peyğəmbərimiz (səv) onlara öyüd-nəsihət vermiş, onların vicdanlarına təsir edərək doğrunu görmələrini təmin edəcək şəkildə onlarla danışmışdır. Bir ayədə belə buyurulur:
“Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə” (Nisa surəsi, 63)
Özünə düşmən olan insanlara öyüd vermək, səhvlərini açıq şəkildə söyləyərək onları doğru yola çağırmaq əlbəttə ki, çətin bir məsuliyyətdir. Ancaq Peyğəmbərimiz (səv) kimi Allaha güvənən, hidayəti verənin Allah olduğunu bilən, insanlardan deyil, yalnız Allahdan qorxub çəkinən bir insan üçün hər işdə olduğu kimi bunda da Allahın köməyi və asanlıqları vardır.
De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!” (Yusuf surəsi, 108)
Allah Quranın bir çox ayəsində azğınlaşmış insanları doğru yola yönəltmək, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Yuxarıda da ifadə edildiyi kimi, Peyğəmbərimiz (səv) Allahın ona verdiyi bu məsuliyyəti böyük səbir, şövq və qətiyyətlə həyatı boyu davam etdirmişdir. Vəfatına çox yaxın bir zamanda Vida Xütbəsində belə müsəlmanları öyrətməyə və onlara öyüd-nəsihət verməyə davam etmişdir.
Allahın Peyğəmbərimizə (səv) verdiyi bu gözəl məsuliyyətlər ayələrdə belə bildirilir:
“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik” (Bəqərə surəsi, 151)
“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran surəsi, 164)
“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın zəlalət içərisində idilər” (Cümə surəsi, 2)
Allah bir ayəsində Peyğəmbərimizin (səv) nəsihətlərinin xatırlatma və qorxutma olduğunu inananlar üçün "həyat verəcək şeylər" olduğunu bildirir. Ayədə belə buyurulur:
“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar, Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi, 24)
Bu səbəbdən Peyğəmbərimizin (səv) çağırış və öyüdləri hər hansı bir insanın çağırışı kimi deyil. Bu çağırışlara tabe olmaq, insanın dünyada və axirətdə qurtuluşu deməkdir. Peyğəmbərimizin (səv) hər çağırışında insanı pisliklərdən, zülmdən, bədbinliklərdən, əzabdan qurtaracaq hikmətlər vardır. Peyğəmbərimizin (səv) hər öyüdü Allahın ilhamı olduğu üçün səmimi bir müsəlman bu öyüdlərə könüldən təslim olaraq hidayət tapar.
Peyğəmbərimizin (səv) dövrümüzə qədər gəlib çatan sözlərində möminlərə verdiyi gözəl nəsihətlər də var. Bunlardan biri səhabəsi Muaza (rə) verdiyi öyüd-nəsihətdir. Ona belə söylədiyi bildirilir:
“Muaz! Sənə Allahdan qorxmağı, sözün doğrusunu söyləməyi, sözündə durmağı, əmanətə toxunmamağı, xəyanətdən uzaq olmağı, qonşu haqqını qorumağı, yetimə qayğı göstərməyi, şirin sözlülüyü, bol-bol salam verməyi, işin yaxşısını etməyi, az tamahkarlığı, imana sarılmağı, Quranı dərinliyinə qədər anlamağı, axirət sevgisini, hesabdan qorxmağı, təvazökarlıq qanadlarını açmağını tövsiyə edirəm.”
Muaz! Səni hikmət sahiblərinə söyməkdən, doğru söyləyənə yalan danışmaqdan, günahkara boyun əyməkdən, ədalətli bir hökmdara qarşı çıxmaqdan, yer üzündə fitnə törətməkdən uzaq olmağı tövsiyə edirəm.
Muaz! Sənə hər daşın, ağacın və divarın yanında, harada olursan ol, Allahdan qorxmağı, işlədiyin hər günahın ardından gizlisini gizli, aşkar olanına da aşkar tövbə etməyini tövsiyə edirəm ".
Peyğəmbərimiz (səv) yaxınlarını və müsəlmanları belə öyrətmiş və onları hər zaman gözəl xasiyyətli olmağa çağırmışdır.
Sami Əfəndi (1838-1912). Celi daxilində lövhə. Kəlam-ı nəzakətli: "Hikmətin başı Allah qorxusudur."
“Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan (ayırıb) zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar”(Bəqərə surəsi, 257)
“Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər” (Tövbə surəsi, 70)
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar! Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!” (Ənkəbut surəsi, 2-4)