Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 58)
Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot bitir.
İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də, heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir bulağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə: "Niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?" -deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz.
Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayılması mümkün olmayacaq qədər çox nemətlə dolu olan torpaqlarda yaşadır. Belə ki, insan torpağı əkib-becərmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxır. Gömgöy dənizlərdə isə minlərlə növ və ləzzətdə balıqlar var. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların qarnından tərtəmiz süd çıxarır, arılara bal hazırladır... Bütün bunları insanlara Allah bağışlayır.
"Ya da O, Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" (Mülk surəsi, 21) ayəsində bildirildiyi kimi, Allah diləyərsə, torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraqlıq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:
Ey insanlar! Allah`ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah`dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də döndərilirsiniz! (Fatir surəsi, 3)
Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayır. Cənnətdə isə möminlər üçün daha gözəli var. Belə ki, Quranda "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir" (Səcdə surəsi, 17) şəklində buyurularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanı, zəqqum ağacı və qaynar su ilə qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç nə tapa bilməyəcəklər.
Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! (Duxan surəsi, 43-49)
Ayələrdə belə xəbər verilir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs qorxmursunuz?” (Yunis surəsi, 31)
(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)