Artur Londonda yaşayan ingilis uşağdı. Artur sağlamdır və ailəsi ona yaxşı baxır. Xəstələnsə, evlərinin yaxınlığında müalicə ala biləcəyi bir xəstəxana var. Anası sağlam qidalanmasına diqqət edir, bir çox oyuncağı da var. Həyatı bir çox uşaq kimi evi və məktəbi arasında keçsə də, dostları ilə gözəl vaxt keçirir. Ürəyi istədikdə həyətə çıxıb oyun oynaya bilir. 9 yaşlı Arturun ən böyük xəyalı atası kimi hava gəmisi pilotu olmaqdır.
Safi ləzkiyəli bir uşaqdır. Artur ilə həmyaşıddır. Halbuki həyat şəraiti ondan çox fərqlidir. Məktəbdə oxuyarkən Suriya rejiminə aid təyyarələr tərəfindən Safinin məktəbinə barel bombası atılıb. Yaşadığı kənd bombalandığından bütün kəndlilər oradan qaçıb. Bu hadisədən bir ay əvvəl isə başqa bir hücumda evinin pəncərələri qırılmış, bombanın ətrafa səpələnən şrapnel hissələrinin bəziləri Səfinin üzünü parçalamış, bir qismi hələ də belindədir. Üzündəki şrapnel yarasına görə dostları arasında qorxub onunla oynamaq istəməyənlər olduğunu deyir. Safi Arturdan fərqli olaraq həkim olmaq istəyir. Bunun səbəbini isə "yaralanan uşaqlara, böyüklərə kömək etmək, həyatlarını xilas etmək" kimi açıqlayır.
Bu, Antakyada yaşayan suriyalı bir uşağın gerçək həyat hekayəsindən bir hissədir. UNİCEF-in türkcə internet saytında onlarla suriyalı uşağın buna bənzər hekayəsi var. [i] Bu hekayələrdə hər birinin məruz qaldığı təzyiq, sürgün və ya qətliama dair ürək dağlayan məlumatlar var.
Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində yetim qalan uşaqların sayı gün keçdikcə artır. Müharibə uşaqlara çox pis təsir edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNİCEF-in son hesabatına görə, [ii] Suriya və İraqdakı münaqişələrin mənfi təsir etdiyi uşaqların sayı 14 milyondur. Suriya içində qalıb əziyyət çəkən və yardıma möhtac olan uşaqların sayı 5,6 milyondur. Bunların 323 mini 5 yaşdan kiçik uşaqlardır.
Ölkələrindən qaçan suriyalı qaçqınların bir milyondan çoxu 11 yaşından kiçik uşaqlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres, "Uelsdə heç bir milyon uşaq yaşamır. Los Anceleslə Bostonu birləşdirin, bir milyon uşaq heç olmaz. Bu rəqəm dəhşətlidir" [iii] deyərək bir milyon uşağın məcburi köçkün vəziyyətinə düşməsinin nə qədər acınacaqlı olduğunu dilə gətirir.
Suriyada hələ də 18 yaşından kiçik 11 min 525 uşaq nəzarət altında saxlanılır. Suriyada Zorakılıq və Pozuntuları Sənədləşdirmə Mərkəzinə görə, 98 min 823 uşaq münaqişələr nəticəsində yetim qaldı. [iv] Suriya İnsan Hüquqları Təşkilatının (SNHR) hesabatına görə, Suriyada 9 min 500 uşaq həbsdədir. [v] Eyni hesabatda 94 uşağın gördüyü işgəncələrdən öldüyü məlumatı da yer alır.
Yalnız Suriyada deyil, İraqda, Əfqanıstanda, Liviyada və başqa yerlərdə uşaqlar və ya onların anaları, ataları ölməyə, müharibədə yetim qalanların sayı getdikcə artmağa davam edir. Milyonlarla uşaq məktəbə gedə bilmir, kifayət qədər qidalanmır, səhiyyə xidmətlərindən məhrumdur. Hər an ölüm qorxusu ilə yaşayırlar. Müharibə zonasından qaça bilən uşaqları da böyük çətinliklər gözləyir. Qonşu ölkələrə sığınmış uşaqların böyük hissəsinin evi yoxdur. Qeyimləri yoxdur. Əşyaları, oyuncaqları, məktəbləri, dostları... Ən önəmlisi isə onlara səmimi sevgi, şəfqət və nəvaziş göstərən heç kimləri yoxdur. UNİCEF-in sədr müavini Yoka Brandt Suriyadan qaçıb başqa ölkələrə sığınan uşaqlarla bağlı bunları deyir:
"Bu uşaqlar qorunmur: Cinsi istismara, uşaq yaşda işlədilməyə, erkən yaşda ərə getməyə məruz qalırlar. Gələcəkləri əllərindən alınır ". [vi]
Suriyalı uşaqların içində olduqları vəziyyət xəbərlərdə ayrıca yer alır. İnsanlar hər gün yanıb dağılmış evləri, güllələnmiş uşaqları yuxulu gözlərlə izləyirlər. İnsanların bir çoxu internetdə müharibənin acılarını ortaya qoyan xəbərləri, rəsmləri görsələr də bunlara çox baxmırlar. Baxsalar da tez unudur, unutmaq istəyirlər. Çünki bəziləri üçün öz rahatlığı, öz təhlükəsizlikləri tam olduğu müddətcə heç bir problem yoxdur.
Twitterdə bir neçə cümlə bölüşmək, Facebookda bir iki foto paylaşmaq, bir neçə ittihamedici mesaj yazmaq yetərli görünür. Suriyalı qaçqınlara yardım etmək üçün ianə verənlərin sayı isə təxmin ediləndən də azdır.
Halbuki insanlar öz uşaqlarının üzərinə titrədiyi kimi suriyalı uşaqları da düşünməlidirlər. Bu insanlar oturduqları yerdən qalxıb bir neçə günlüyünə Suriyaya gedib oradakı müharibənin səbəb olduğu dəhşəti və qorxunu yaşamış olsalar eyni laqeydliyi davam etdirə bilərlərmi? Hər insanın eqoistliyi tərk edib, dünyadakı məzlumların problemlərinə məlhəm olmaq üçün cəhd etməlidir. Bütün dünyada sevgini, sülhü, qardaşlığı, ədaləti, mərhəməti, şəfqəti yaymaq üçün ciddi səy göstərməliyik.
Hər şeydən əvvəl uşaqları işgəncə edərək öldürəcək qədər vicdanları kütləşdirən ideologiyaların olduğunu dərk etməli, bunları silahla yox etməyə çalışmaq əvəzinə fikri yolla susdurmalıyıq. Şəxsi və ya milli maraqlar nə qədər əhəmiyyətli olursa olsun, bir insan həyatından qiymətli olmayacağını izah edərək insanların vicdanlarına xitab etməliyik.
[i] http://www.unicef.org.tr/basinmerkezidetay.aspx?id=2445
[ii] http://www.unicef.org/media/media_81172.html
[iii] http://www.amerikaninsesi.com/content/suriye-de-ic-savasin-en-agir-bedelini-cocuklar-oduyor/1739950.html
[iv] http://kdk.gov.tr/haber/cocuklar-suriyedeki-savasin-en-buyuk-magduru-olmaya-devam-ediyor/427
[v] http://www.trtturk.com/haber/suriyedeki-ic-savasin-4-yillik-agir-bilancosu-116176.html
[vi] http://www.amerikaninsesi.com/content/suriye-de-ic-savasin-en-agir-bedelini-cocuklar-oduyor/1739950.html
Adnan Oktarın «Middle East Monitor»da dərc edilən məqaləsi:
https://www.middleeastmonitor.com/articles/middle-east/19625-when-conscience-fails-children-suffer