Kommunist vəhşiliyin əsl səbəblərini yaxşı araşdırmaq lazımdır. Problem yalnız Lenin və ya Stalin kimi diktatorların şəxsi hərisliyi və zalımlıqları ola bilərmi? Yoxsa problem darvinizmdən qaynaqlanan kommunist ideologiyaların tətbiqidirmi? Mövzunu araşdırdıqda ikinci variantın doğru olduğunu görürük. Vəhşilik kommunizm ideologiyasının təbii nəticəsi kimi meydana gəlmişdir. Bu ideologiyanın əsasında insanların "heyvan növü" hesab edilməsi dayanır.
Marks və Engels kimi materialist ideoloqların irəli sürdüyü kommunizm yalanı 20-ci əsri qanlara qərq edən ölüm maşını rolunu oynamışdır. Kommunizm bəşəriyyətə dəhşətli cinayətlər, işgəncələr, sürgünlər, əmək düşərgələri, qıtlıq, ictimai təzyiq və qorxudan başqa bir şey gətirməmişdir.
Kommunizm insanı heyvan növü hesab edir
Kommunizmi araşdırdıqda insanın heyvan növü hesab edilməsinin şahidi oluruq. Kommunizm Marksın israrla ifadə etdiyi kimi, Darvinin təkamül nəzəriyyəsinə əsaslanır və bu nəzəriyyə insanı "təkmilləşmiş heyvan" olaraq qəbul edir. Bundan əlavə, onlar insanlar arasında münaqişələrin, təcavüzlərin, zülmlərin, hakimiyyət uğrunda müharibələrin təbii və qanuni olduğunu təlqin edirlər. Bu fəlsəfəni mənimsəyən insan əlinə fürsət düşən kimi hər cür zülm və vəhşilik törədə bilər.
Kommunist ideoloqlar müxaliflərini heyvan hesab etmiş, idarə etdikləri insanları da psixoloji cəhətdən "heyvanlaşdırmağa" istiqamətlənən siyasət həyata keçirmişlər. “Kommunizmin Qara Kitabı”nda sözügedən siyasət belə açıqlanır:
“İnsan öldürmək maariflənmə tələb edir. Hər kəs qonşusunu öldürməkdə qərarsızlıq yaşayır, buna qarşı tətbiq olunan ən effektiv maariflənmə qurbanına onun insan olduğunu unutdurmaq, ona müvəqqəti olaraq "insan olmadığını" öyrətməkdir. Alain Brossat haqlı olaraq deyir: "Barbar təmizləmə ayini, ölüm maşınının tam məhsuldar işləməsi, işgəncələr və müxtəlif üsullar demək olar ki, insanların heyvanlaşdırılması, xəyali və real düşmənlərin heyvanlar dünyasına salınmasıdır..." (Alain Brossat, Un communisme Insupportable, Paris, L'Harmattan, 1997, səh. 265)
"Heyvanlaşdırılmış" düşmənə, əvvəlcə, ov heyvanı kimi davranılır, sonra da buraxılırdı. Təbii ki, əvvəlcə üzərinə bir güllə sıxılırdı. Stalin bu üsulları sistemləşdirdikdən sonra çinli, kambocalı və digər ardıcılları bundan xeyli yararlandılar. Amma üsulları ilk kəşf edən Stalin deyildir. Lenin də bu işin içində idi. O, iqtidarı ələ keçirdikdən sonra bütün düşmənlərini "zərərli böcək", "bit", "əqrəb" və ya "vampir" hesab edirdi. " (Kommunizmin Qara Kitabı, səh. 996-997)
Kommunist vəhşiliyin qondarma elmi dayağı: Darvinizm
Məhz kommunizmin insanları heyvan hesab edən bu ideologiyasının əsasında darvinizm dayanır. Bu, Marks, Engels və Lenin tərəfindən dəfələrlə vurğulanmış bir həqiqətdir. Buna görə də kommunist vəhşilik demək olar ki, darvinizmin tətbiq etdiyi üsullardan biridir.
Frana Milli Elmi Araşdırma Mərkəzinin (GÉODE-Paris X) tədqiqat rəhbəri və kommunizm tarixi üzrə ekspert Stefan Kurtua (Stéphane Courtois) bu haqda belə deyir:
"Kommunizmdə ictimai-siyasi yevgenizm, sosial darvinizmin ünsürlərinə rast gəlinir. Dominik Kolasın (Dominique Colas) yazdığı kimi, “Lenin növlərin təkamülü haqqındakı bilgilərin ağası olaraq, məhv edilməli olanlar barədə qərar çıxarır. Elm vasitəsilə marksizm-leninizm kimi ideoloji və siyasi tarix burjuaziyanın insanın təkamül mərhələsini keçdiyi barədə qərara gəldikdən sonra bu sinfin ləğv edilməsinə, hətta bu sinfi yaradan və ya bu sinfə hər hansı şəkildə aidiyyatı olan insanların öldürülməsinə haqlı səbəblər tapıla bilər." (Kommunizmin Qara Kitabı, səh.999)
Kurtua bu fikirlərin ardınca bu sualı verir:
Marksizm-leninizmin kökləri Marksdan daha çox sosial məsələlərə tətbiq olunan və irqçilik kimi yanlış düşüncələrə meyillənən azğın darvinizmlə əlaqəli ola bilərmi? ("Kommunizmin Qara Kitabı, səh. 1000)
Əlbəttə ki, əlaqəlidir. Kommunizmin mənşəyi mütləq ki, darvinizmdir. Həm də bu darvinizm "azğın bir darvinçilik" deyil, darvinizmin məhz özüdür. İnsanların heyvan növü olduqlarını, aralarında qaçınılmaz və təbii münaqişə olduğunu, tarixin bu yolla irəlilədiyini, insanın etdiklərinə görə heç kəsə hesab verməyəcəyini və dialektik materializmin bütün digər cəfəngiyyatlarını irəli sürən və bunu da “elm" adı altında tətbiq edən qaynaq darvinizmdir. Darvin bunun nəzəriyyəsini qurmuş, kommunistlər isə həyata keçirmişdir.
20-ci əsrin qanlı kommunizmi əslində "tətbiq edilən darvinizm" dir.
Marksın Darvinə duyduğu heyranlıq
Darvinin materializmə verdiyi bu töhfənin əhəmiyyətini ilk anlayan insan da elə məhz Karl Marksın özü olmuşdur. Marks Darvinin 1859-cu ildə nəşr etdirdiyi “Növlərin Mənşəyi” adlı kitabını nəzərdən keçirmiş və bu kitabın öz nəzəriyyəsi üçün böyük bir mənbə və dayaq olduğunu görmüşdür. Engelsə yazdığı 19 dekabr 1860-cı il tarixli məktubunda Darvinin kitabından “bizim fərziyyələrimizin təbii tarixi təməlini əhatə edən kitab budur” deyə bəhs etmişdir. 16 yanvar 1861-ci ildə Lassalleyə yazdığı məktubunda isə belə demişdir: “Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir.”
Marks Darvinə olan heyranlığını ən böyük əsəri olan “Das Kapital”ı Darvinə həsr edərək göstərmişdir. Kitabının Darvinə göndərdiyi almanca nəşrində əlyazısı ilə belə yazmışdır: "Çarls Darvinə həqiqi bir pərəstişkarı olan Karl Marksdan".
Problemin kökünə getmək
Kommunizm bəlasının səbəb olduğu işgəncələr Şərq Blokundakı bütün ölkələrdə tətbiq olunmuşdur. Kommunizmin vəhşiliyi və dinə olan nifrəti tarixin ən qorxulu işgəncə rejimlərinin yaranmasına səbəb oldu. İnsanları heyvan hesab edən, bu qondarma "heyvanların" yola gətirilməsi üçün davamlı şiddət, işgəncə və qorxunun zəruri olduğunu qəbul edən darvinist-materialist fəlsəfə kommunist rejimlərin zindanlarında faciəvi işgəncələrə çevrildi.
Məhz bu səbəblərə görə darvinizmi təhlükə kimi görməyənlər və ya zərərsiz bir nəzəriyyə kimi düşünənlər bu yazılanları çox yaxşı oxumalıdır. Çünki darvinist-kommunist ideologiyanın əsas məqsədi budur: İnsanları bir-birinə qırdırmaq və məhv etmək, onları hər cür əxlaqi dəyərlərdən və mənəvi gözəlliklərdən uzaqlaşdıraraq heyvanlaşdırmaq və bu yolla insan cəmiyyətlərini rahatlıqla idarə edilə bilən "heyvan sürülərinə" çevirmək... Bunu hansı ideologiya adı altında edirlərsə etsinlər, məqsəd eynidir . Tarix də buna şahiddir.
Terrora yalnızca İslam əxlaqı ilə son qoyula bilər.
Terrorizm hazırda dünyanın bir çox ölkəsini təhlükə altına qoymağa davam edir, bir tərəfdən də bir çox ölkədə "küçələrə" yayılır, şiddətdən və qan tökməkdən zövq alan barbar kütlələr meydana gətirir. Buna görə də dünya səviyyəsində "terrorizmə qarşı fikri mübarizə”yə ehtiyac var.
Bu ideologiya yalnız məhkəmə və istintaqla, terrorist qrupları və ya təşkilatlanmaları izləməklə, günahkarları məhkum etməklə ləğv edilə bilməz. Əksinə, bu üsullarla terrorist fəaliyyətlər daha da inkişaf edib güclənə bilər.
Aparılan mübarizələrin nəticəsində terror təşkilatının daxili və xarici dəstəyi kəsilə bilər, işçiləri yox edilə bilər, lakin bir təşkilat ideologiya baxımından süqut etmədiyi müddətcə onun tamamilə süqut etməsi mümkün ola bilməz. Terrorizmin ideologiyaları yaşadıqca görülmüş tədbirlər çox qısa müddətli “həll yolu” olacaq.
Terrorizmin ləğv edilməsi üçün insanlara sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, ədalət kimi təməl əxlaqi anlayışların öyrədilməsi və aşılanması lazımdır. Bu məfhumların qaynağı isə Quran əxlaqıdır. Terrorizm insanlara müharibəni, şiddəti, qan tökməyi, irqçiliyi təlqin edir, amma Allah`ın bizlər üçün müəyyən etdiyi Quran əxlaqı isə bizi sülh və dinclik içərisində olan bir dünyaya səsləyir.
Başqa sözlə, İslam dini və Quran əxlaqı yer üzünü terrorizm bəlasından qurtaracaq yeganə çarədir.
Ola bilsin ki, bu gerçəkləşəcək və Allah`ın "... yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olmalı deyilmi?”(Hud surəsi, 116) ayəsi ilə bəhs etdiyi liderlər 21-ci əsrdə dünyadakı terror zülmünü və fitnə-fəsadçılığı kökündən məhv edəcəklər.