“New Scientist” jurnalının 10 dekabr 2016-cı il tarixli nəşrində və internet saytında “Daş dövrü pəhrizi: Ətin yanında tərəvəz mərasimi” başlıqlı məqalə nəşr olundu. Məqalədə insandan sözdə mərhələ-mərhələ inkişaf etmiş və təkamülləşmiş heyvan növü olaraq danışılarkən, qidalanma vərdişləriylə insanın sözdə təkamülü arasında əlaqələr qurulmağa çalışılırdı.
Məqalə, İsrailin şimalında Qeşer Benot Yaqov adı verilən qazıntı sahəsində 780.000 il əvvəl yaşamış insanların gündəlik qidalanma vərdişləri üzərinə idi. Araşdırma boyunca İsrail Ban İlan Universitetindən Yoel Melamed, Naama Qoren-İnbar və həmkarları, o bölgədə “insanların yaşadığı dövr”dəki bitki qalıqlarının müxtəlifliyi və bolluğu ilə əlaqədar məlumatları yığdılar. Həm də eyni bölgədə “insanların yaşamadığı dövr”lərə aid qatlardakı bitki qalıqlarını araşdırdılar. İki məlumatı müqayisə etdiklərində əldə edilən tapıntılar, həmin bölgədə insanların yaşadığı dövrdə 55 fərqli növ bitki, tərəvəz, meyvə və toxum yetişdirildiyini, bu yeməklərin bilərəkdən toplandığını və istehlak edildiyini göstərirdi. Məqalədə verilmək istənən təəssüratın əksinə bu heç bir təkamüllü mərhələni təsdiqləmirdi. Yalnız, daha əvvəlki işlərdə köhnə dövrlərdə ən çox ət ilə qidalanıldığı iddia edilərkən, bu araşdırma ilə birlikdə insanların ət ilə birgə tərəvəz və bitki ilə də qidalandıqları təsbit edilmiş oldu. Ancaq məqalədə “İnsan təkamülü hələ də davam edən bir müddət və bu səbəblə qidalanma pəhrizləri daimi olaraq dəyişiklik göstərir” kimi heç bir elmi dayağı olmayan cümlələrlə, oxucuların şüuraltına insanın təsadüflərlə ortaya çıxmış heyvan növü olduğu təlqini verilirdi.
Bunu ifadə etməkdə fayda vardır: Qazıntı sahələrində bitki və tərəvəz qalıqlarına tez-tez rast gəlmək mümkün deyil. Çünki bitkilər və tərəvəzlər istehlak edildiyində, kəsilmiş heyvan sümükləri kimi qalıq buraxmaz. Bu səbəbdən bəzi arxeoloqların etdiyi kimi, qazıntı sahələrində olan kəsilmiş heyvan sümükləri səbəbiylə, köhnə insanların pəhrizlərində ən çox yalnız ət qidalandıqları söyləmək etibarlı təsbit deyil. Bundan başqa bu məqalədə edildiyi kimi bir qövmün tərəvəz, ət ya da bitki yemə vərdişlərinə görə təkamülü təsbit edilməsi də elmi olaraq mümkün deyil.
Araşdırma qrupunun gəldiyi başqa nəticəyə görə isə; “Bitkilər, əkinçilik dövrünə keçişdən çox daha əvvəl qədim insanların qidalanma pəhrizlərində yerini almışdı. Qədim insanlar bitkiləri necə mövsümlük olaraq qiymətləndirə biləcəklərini bilir və il boyunca eyni yerlərdə böyümələrinə imkan təmin edirdilər.”
Təkamül nəzəriyyəsi, qədim dövrdə yaşayan insanların ictimai həyatları olmayan, primitiv insan növləri olduğunu iddia edər. Ancaq bu araşdırmayla birlikdə iddianın əksinə 780.000 il əvvəl yaşamış insanların da primitiv deyil, normal zəkaya sahib olduqları, bitkiləri mövsümlərinə görə məhsul yığdıqları və qidalandıqları bir daha təsbit edilmiş oldu.
Açıqdır ki, insanların fərqli bəslənmə vərdişlərinin olması, onların zehni qabiliyyətləri baxımından daha irəli ya da geri olduqlarını göstərməz. Yəni, ət ən çox qidalanan cəmiyyət daha geri və zehni olaraq sözdə daha primitiv olduğu üçün ətlə bəslənməz. Necə ki, indiki vaxtda da yalnız ətlə bəslənən vegetarianlar vardır. Cəmiyyətlərin məşğuliyyətləri, bəslənmə vərdişləri və mədəni seçimləri insanların bir başqa canlıdan törədiyini göstərən ünsürlər deyil.
İndiki vaxtda da texnoloji olaraq geri qalmış bir çox qəbilə, yalnız ovçuluq və yığıcılıqla məşğul olmaqdadır. Ancaq bu vəziyyət qətiyyən onların daha az insan olduqlarını göstərməz. Eyni vəziyyət bundan yüz minlərlə il əvvəl yaşayan insanlar üçün olduğu kimi, bundan on minlərlə il sonra yaşayacaq insanlar üçün də keçərlidir. Nə keçmişdə yaşayanlar primitiv insanlardır, nə də gələcəkdə yaşayanlar daha inkişaf etmiş fərqli növ olacaq.
Allah insanı “Ol” sözüylə yoxdan var etmiş və ona Ruhundan üfləmişdir.
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
QAYNAQ: