İmam Mehdi (ə.s)-ın lütfü ilə insanların idrakı mükəmməlləşdiriləcək və əxlaqları kamilliyə çatacaq. (Bihar-ül Envar, cild 52, səh. 328 və 336)
(Hz. Mehdi (ə.s) dövründə) Ürəklər ehtiyacsızlıq və özünə kafiliklə dolacaq.(Bihar-ül Envar, cild 52, səh. 337; E'qd al-Dorar, səh. 169; Musnad)
(Hz. Mehdi (ə.s) dövründə) Göstəriş və nümayiş sona çatacaq və etibarlılıq alışılan hala gələcək. (E'qd al-Dorar, səh. 159)
(Hz. Mehdi (ə.s) dövründə) Yaşlılar gənclərə qarşı köməksevər və şəfqətli ikən gənclər yaşlılara qarşı hörmətli olacaq. (Bihar-ül Envar, cild 52, səh. 385)
(Hz. Mehdi (ə.s) dövründə) Yalan və böhtan ortadan qalxacaq. (Misbaah al-Zaaer, səh. 217-219)
(Hz. Mehdi (ə.s) dövründə) Həqiqi dostluq olacaq və bu elə bir ölçüdə olacaq ki, inananlardan biri digərinin sərvətini onun icazəsini almadan götürəcək və digəri bunu əhəmiyyətsiz hesab edəcək. (Bihar-ül Envar, cild 52, səh. 372)