Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın tələbələri haqqında belə söyləmişdir:
Onlar Allah yolunda mübarizə edərlər və təkəbbürlük edənlər onları kiçik görər. Onların dəyəri dünyada bilinməz, lakin axirətdə yaxşı tanınarlar. (Muntakab el Ezhar, səh. 474)
Hədisdə, insanların böyük hissəsinin hz. Mehdi (ə.s)-ın tələbələrinin imanlarını lazımı kimi təqdir edə bilməyəcəklərinə diqqət çəkilmişdir.
Bir başqa hədisdə isə yenə Axırzamanda insanların böyük əksəriyyətinin bu səbəblə hz. Mehdi (ə.s)-dan və camaatından uzaq dayanacağına işarə edilmişdir:
Buyurdu ki: "Onları yer üzünün kənarında axtar. ONLARIN HƏYATLARI SADƏDİR, EVLƏRİ KÜRƏKLƏRİNDƏDİR, ƏGƏR HAZIR OLSALAR TANINMAZLAR, ƏGƏR İTSƏLƏR AXTARILMAZLAR, XƏSTƏ OLSALAR KİMSƏ ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, ƏGƏR EVLƏNMƏK İSTƏSƏLƏR KİMSƏ ONLARA GƏLMƏZ. ƏGƏR ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ KİMSƏ QATILMAZ. ONLAR MALLARINI ARALARINDA BƏRABƏR OLARAQ BÖLƏRLƏR VƏ BİR-BİRLƏRİNİ QƏBİRLƏRİNDƏ ZİYARƏT EDƏRLƏR, AYRI ŞƏHƏRLƏRDƏ OLSALAR BELƏ İSTƏKLƏRİ HƏMİŞƏ EYNİDİR." (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, səh. 238)
Bu insanlar Hz. Mehdi (ə.s)-ın və yaxınlarının üstün əxlaqını və Allah yolunda verdikləri böyük fikri mübarizəni təqdir edə bilməyəcəklər. Axırzamanda insanların böyük qisiminin din əxlaqından uzaqlaşmış olmaları və Hz. Mehdi (ə.s.) camaatının bir çox böhtana və çətinliyə məruz qalmaları səbəbiylə insanların, mənfəətlərinin zərər görməsi qorxusuyla hz. Mehdi (ə.s) və camaatına yaxınlaşmayacaqları aydın olur.