İnsan dünyada yaşadığı müddət boyu başına gələn hər hadisədə verdiyi reaksiyalarla və içindən keçirdiyi düşüncələrlə sınanar. Bu sınaq zamanı qarşısında hər zaman iki seçim haqqı olar: Ya daim pisliyi əmr edən nəfsinin səsinə, ya da özünü bu pisliklərdən çəkindirən vicdanının səsinə uymalı olar. Allah, insanın içindəki bu iki səsə ayələrdə diqqət çəkir:
Nəfsə və ona “müəyyən nizam içində biçim verənə”, Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). (Şəms surəsi, 7-8)
Ayədə də bildirildiyi kimi, nəfs insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pisliyə çağırar. İnsanın öz istək və arzularını ön plana çıxardaraq, Allahın rizasını görməzlikdən gəlməsini istəyər. Həmçinin bunu da çox müxtəlif bəhanələr irəli sürərək hiyləgərcəsinə edər. Belə ki, əgər insan vicdanını dinləməsə, nəfsinin fısıldadıqlarına asanlıqla aldanar.
Halbuki, şərtlər və tələblərin nə olmasından asılı olmayaraq, vicdan insan ömrünün sonuna qədər bir an belə susmaz. Nəfs həmişə bəzi bəhanələr gətirsə belə, vicdan mütəmadi şəkildə insana nəyin doğru, nəyin yanlış olduğunu açıqca söyləyər. Bu, Allahın insan üçün yaratdığı mükəmməl sistem və böyük nemətdir. Hansı hadisə ilə qarşılaşırsa da, dünyanın harasına getsə də, hansı mədəniyyətdən olsa da, hər insan içində daim müraciət edə biləcəyi düzgünlük rəhbərinə sahibdir.
Unutmayın, siz də bu düzgünlük rəhbərinə sahibsiniz. O zaman, əsla içinizdəki bu səsin söylədiklərini anlamazlıqdan gəlməyin.
Üstəlik, vicdan təkcə möminlərə məxsus ilham deyil. Bu səs inkarçılar da daxil olmaqla, hər insanın içində var. Lakin möminlərin fərqi, həyatlarının hər anında vicdanlarından istifadə etmələri və onun səsini dinləmələridir. İnkarçılar isə özlərinə haqqı göstərdiyi halda vicdanlarının səsini dinləməyib nəfslərinin istək və arzularına tabe olarlar. Allah bu mövzuya Quranda hz. İbrahimlə əlaqədar bir hekayədə diqqət çəkmişdir. Hz. İbrahim, qövmünün sitayiş etdiyi bütləri, ən böyükləri istisna olmaqla, parça-parça etdikdən sonra qövmüylə aralarında belə söhbət keçmişdir:
Onlar dedilər: "Ey İbrahim, bunu ilahlarımıza sən etdin?" İbrahim dedi: "Xeyr, bu etmişdir, bu onların ən böyüyüdür. Əgər danışa bilirsə özündən soruşun". Bundan sonra öz vicdanlarına müraciət edib: "Həqiqət budur ki, zalım olan sizlərsiniz (bizik)" dedilər. Sonra yenə öz bildiklərinə qayıdıb dedilər: "And olsun ki, bunların danışa bilməyəcəklərini sən də bilirsən". (Ənbiya surəsi, 62-65)
Bu söhbəti edən insanlar, bir qədər sonra hz. İbrahimi oda atmağa qərar verən insanlardır. Allahın onları hidayət etməsi üçün göndərdiyi peyğəmbərlərini oda atmağa cürət edəcək qədər zalım olan bu insanların da vicdanları, haqqı onlara bu qədər açıq şəkildə söyləyir. Lakin ayədə xəbər verildiyi kimi, bu insanlar vicdanlarının səsini duyduqları halda, “öz bildiklərinə qayıtmış”, eləcə də, həqiqəti görməzlikdən və anlamazlıqdan gəlmişdirlər. Başqa ayədə deyildiyi kimi, "kor və kar" olmuşdurlar. (Maidə surəsi, 71)
Hər insan kimi sizin də içinizdə vicdan və nəfs bir yerdədir. Siz də qarşılaşdığınız hər hadisədə vicdanınızın və nəfsinizin səslərini eşidirisiniz. Əgər Allahı razı salmaq, doğruya nail olmaq istəyirsinizsə, əsla vicdanınızın səsini eşitməzlikdən, anlamazlıqdan gəlməyin.
İnsan içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının yanlışı söylədiyini anlaya bilməməkdən narahatlıq duya bilər. Lakin bilmək lazımdır ki, vicdan doğrunu gördükdə bir an belə tərəddüd etməz, heç vaxt insanı qərarsızlıq içində buraxmaz və doğrunu dərhal söyləyər. Lakin vicdanın səsindən dərhal sonra nəfs fəaliyyətə başlayar və vicdanın söylədiyini insana etdirməmək üçün, müxtəlif bəhanələr uydurar. Yəni bir insanın qarşılaşdığı bir hadisə qarşısında duyduğu ilk səs vicdanının səsidir. Arxasından gələn bütün bəhanələr, mənfi şeylər isə nəfsdən qaynaqlanır. Siz eşitdiyiniz anda, Allah rizası üçün ən gözələ çağıran o ilk səsin vicdanınıza aid olduğunu anlamazlıqdan gəlməyin.
Əgər insan vicdanından istifadə etməsə və o ilk səsi dinləməsə, bir müddət sonra sanki nəfsinin əsiri olar və hər cür pisliyi etməyə hazır ola bilər. Bu, tamamilə öz seçimi olduğundan imtahanında da məğlub olar, nəfsinin istəkləri və qüruruna görə sonsuza qədər cəhənnəmdə yaşamağa məhkum olar. Çünki insan Allaha qulluq etmək məsuliyyətini daşıyır və qulluq da ancaq vicdana uymaqla mümkündür. Bunu anlamazlıqdan gələnlərin sonunu isə, Allah, yuxarıda göstərdiyimiz nəfslə bağlı ayələrin davamında “məhv olmaq” kimi xarakterizə etmişdir:
Onu təmizləyən həqiqətən nicat tapmışdır. Və onu (üsyanla, günahla, pozulmalara) əhatə edən isə, əlbəttə, məhv olmuşdur. (Şəms surəsi, 9-10)
Hər kəs peşmançılığın nə qədər can yandıran bir duyğu olduğunu bilər. Məhz bu duyğunun təməlində vicdanın sözünün dinlənməməsi dayanar və bu, insan üçün Allahdan olan bir xəbərdarlıq səciyyəsi daşıyar. Bəzən insan yanlış seçimindən imtina edənə qədər də bu peşmançılıq ondan əl çəkməz, mənəvi əzaba çevrilər. Elə isə siz vicdan əzabı çəkdiyiniz zaman bunu anlamazlıqdan gəlməyin. Bu bir yerdə səhv etdiyinizin göstəricisidir və harada, hansı nöqtədə səhv etdiyinizi də sizə söyləyəcək olan yenə vicdanınızdır. Dünyada peşmançılığı yox etmək imkanı olduğu halda, bu fürsəti əldən verməyin. Çünki axirətdəki peşmançılıq dözülməz ölçülərdədir və sonsuza qədər də insanın yaxasını buraxmayacaq.
Nəfsiniz istəməsə də, bəzən sizə çətin göstərməyə çalışsa da, vicdanınızın sizə daim doğrunu söylədiyini əsla anlamazlıqdan gəlməyin. Əgər siz vicdanlı olsanız, bilin ki, Allah sonsuz vicdan sahibidir; nəfsinizdən qorunaraq və vicdanınıza uyaraq etdiyiniz zərrə qədər yaxşılığınızın qarşılığını sizə tam şəkildə verəcək. Lakin vicdanlarının səsini dinləməyənlər, əlbəttə ki, dinləyənlərlə bir tutulmayacaq.