Hz. İsa (ə.s)-ın gəlməyəcəyini söyləyənlərin bu səhv düşüncədə olmaqlarının bir səbəbi də, İslamda bir xilaskar gözləntisi olmadığı iddiasıdır.
Allah tarix boyu insanlara göndərdiyi peyğəmbərlər vasitəçiliyi ilə doğru yolu göstərmişdir. Bəzən də insanların din əxlaqından uzaqlaşdıqları, pozulma və degenerasiyanın yayıldığı dövrlərdə Rəsul hökmündə təbliğ edənlər göndərərək insanları qaranlıqdan işıqlığa çıxartmışdır. Hər əsrin əvvəlində bir mücəddidin gələcəyi hədislərdə belə xəbər verilir:
Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
“Həqiqətən Əziz və Cəlil olan Allah HƏR ƏSRİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidatlardan (dinin əslində olmayan sonradan əlavə edilmiş batil inanclardan) təmizləyən, yeniləyən (elm sahibi) bir şəxs göndərər.” (Sünen-i Ebu Davud, 5/100)
İmam Rəbbani Həzrətləri isə belə deyir:
“HƏR ƏSRİN ƏVVƏLİNDƏ bu ümmətin din alimlərinin arasından BİR MÜCƏDDİD ÇIXACAQ və şəriəti (Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimizin (s.ə.v) sünnəsini) canlandıracaq.” (Mektubat-ı Rabbani, 1/520)
Necə ki, Quranda da, darlıq və çətinlik içində olan insanların Allaha, onlar üçün bir xilaskar və qoruyucu göndərməsi üçün dua etdikləri xəbər verilmişdir:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa Surəsi, 75)
Quranda bildirilən Talut və Zülqərneyn hekayələri də Allahın insanlara peyğəmbərlər xaricində elçilər göndərdiyinin əhəmiyyətli bir dəlilidir. Talut hekayəsində, Allahın o dövrdəki cəmiyyətə idarəçi olaraq Talutu göndərdiyi və inananların ona itaət etmələrinin vacib olduğu bildirilmişdir. Talut və tərəfdarları, dövrün inkarçı lideri olan Caluta qarşı mübarizə aparmışlar. Səmimi olaraq iman edənlər Taluta səmimi qəlbdən bağlanıb ona itaət etmişlər, tərəddüdə düşənlər isə həm Talutun özlərinə elçi olaraq göndərilməsinin, həm də onun verdiyi əmrlərə tabe olmalarının hikmətlərini başa düşməmişdilər.
Eyni şəkildə, Zülqərneyn də yaşadığı cəmiyyətə, onları düşdükləri çətinlikdən qurtarmaq və din əxlaqını hakim etmək üçün təbliğ edici olaraq göndərilmişdir. Quranda Allahın Zülqərneynə möhkəm bir iqtidar verdiyi bildirilmişdir:
Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı. (Kəhf surəsi, 84)
İndiki dövrdə də insanlar əxlaqi çöküntünün, yoxluğun, zülmün, haqsızlığın hökm sürdüyü qaranlıq bir dünyada yaşayırlar. Hz. İsa (ə.s), Allahın təqdir etdiyi vaxt gəldiyində, hz. Mehdi (ə.s) ilə birlikdə din əxlaqını dünyaya hakim etmək, insanları qaranlıqdan nura çıxartmaq üçün vəzifəli olaraq yenidən dünyaya göndəriləcəklər. Hz. İsa (ə.s)-ın gəlişi ilə və Hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə, zülmün və nifaqın dayaq nöqtəsi olan inkarçı ideologiyalar fikri olaraq tamamilə ortadan qalxacaq, insanların həsrətini çəkdikləri əmin-amanlıq, hüzur və bolluq Allahın izni ilə bütün dünyaya hakim olacaq.